Please Wait
6711
Bu hədisdə "tabut" kəlməsi vardır və Qurani- kərimdə də ona işarə olunubdur:
«... أَنْ یَأْتِیَکُمُ التَّابُوتُ فیهِ سَکینَةٌ مِنْ رَبِّکُمْ ...»
Bu şərif ayə buna işarə edir ki, elə bil bəni İsrail hələ Talutun Allah- Taala tərəfindən məmuriyətinə inanmamışdılar, hətta özlərinin Peyğəmbəri "İşmuilin" aydınlatması ilə belə. Ondan dəlil və nişanə istədilər. Onların Peyğəmbəri dedi: Onun hökumətinin nişanəsi budur ki, sizin üçün tabut (əhd sandığı) gələcək.
Bəni İsrailin tabutu (başqa ibarətlə əhd sandığı) nə olub, onu kim düzəldib, onun nədən təşkil tapdığı barədə rəvayətlərdə, təfsirlərdə, hətta "qədim əhd" (tövrat) kitablarında çoxlu söz deyilibdir. Onlardan ən aydını Əhli- beytin (ə) hədislərində və müfəssirlərin bəzisinin sözlərində gəlibdir: Rəvayətlərə əsasən tabut, Allah- Taalanın əmri ilə Musanın (ə) anasının öz körpəsini qoyduğu və Nil çayında tərk etdiyi taxta sandıqdan ibarət olub.
Bəni İsrail qövmünün Talutdan tabut (sandıq) istəməyinə işarə edən ayə və Allah- Taalanın Qədir günündə Peyğəmbər- əkrəmə (s) silah tabutunu öz canişininin ixtiyarında qoymaq barədə verdiyi göstəriş arasında əlaqə vardır. Bu əlaqəni belə izah etmək olar ki, vasitələr, nəsildən- nəsilə keçərək axırıncı İmama yetişib və əsrin İmamı (ə.c.) bu sandıqçanı və silahı öz nişanələrindən biri ünvanına camaata çatdıracaq.
Bu hədisin bir qismətində belə gəlibdir: "...Cəbrail nazil oldu və Peyğəmbərə (s) xitab edərək dedi: Allah- Taala salam yetirəndən sonra deyir: Sənin vəfatının vaxtı yaxınlaşıbdır, xəbər çatdırma (elçilik) müddətin sona çatıbdır və bilki, mən səni heç bir çarəsiz çağırıram. Bəs öz əhdini və sifarişini söylə və öz elmini, keçmiş Peyğəmbərlərin elmlərinin mirasını, silah və tabutu, öz risalətinin (elçiliyinin) nişanələrini və əsərlərini, öz canişin və qəyyumun, mənim xəlqim üçün höccət olan Əli ibn Əbi Talibə tapşır. Onu özündən sonra öz ardıcılın kimi camaata tanıtdır, onun əhd- peymanını yeniləşdir və həmçinin öz qəyyumum, bütün mömin qadın və kişinin mövlası, Əli ibn Əbi Talib üçün bağladığım peymanı onlara xatırla..."[1]
Bu hədisdə "Tabut" kəlməsi vardır və Qurani- kərimdə də ona işarə olunubdur:
«وَ قالَ لَهُمْ نَبِیُّهُمْ إِنَّ آیَةَ مُلْکِهِ أَنْ یَأْتِیَکُمُ التَّابُوتُ فیهِ سَکینَةٌ مِنْ رَبِّکُمْ وَ بَقِیَّةٌ مِمَّا تَرَکَ آلُ مُوسى وَ آلُ هارُونَ تَحْمِلُهُ الْمَلائِکَةُ إِنَّ فی ذلِکَ لَآیَةً لَکُمْ إِنْ کُنْتُمْ مُؤْمِنینَ»[2]
Və Peyğəmbərləri onlara dedi: .onun hökumətinin nişanəsi budur ki, sizin üçün Tabut (əhd sandığı) gələcək (O sandıqda) onda sizin, Musa və Harun ailəsindən olanlar üçün Allah- Taala tərəfindən aramlıq vardır. Bir halda ki, onu mələklər aparırlar və əgər İmamımız olsa onda sizin üçün (aydın) nişanələr vardır.
"Tabut", "Təvəbə" kəlməsindən götürülübdür və qayıtmaq mənasındadır.[3] Həmçinin taxtadan düzəldilmiş sandıq mənasına da işlənilir. Cənazələrin aparılmasında istifadə olunan sandığa da tabut deyirlər. Amma gərək diqqət edək ki, Tabutun əsil mənası ölülərə məxsus deyil, bəlkə hər növ taxta sandığa aiddir.[4]
Bəni İsrailin tabutu (başqa ibarətlə əhd sandığı) nə olub, onu kim düzəldib, onun nədən təşkil tapdığı barədə rəvayətlərdə, təfsirlərdə, hətta "qədim əhd" (tövrat) kitablarında çoxlu söz deyilibdir. Onlardan ən aydını Əhli- beytin (ə) hədislərində və müfəssirlərin bəzisinin sözlərində gəlibdir: Rəvayətlərə əsasən tabut, Allah- Taalanın əmri ilə Musanın (ə) anasının öz körpəsini qoyduğu və Nil çayında tərk etdiyi taxta sandıqdan ibarət olub. Ola bilsin bu sandıq, nəhayət həzrət Musanın (ə) nicatına və onun anasının yanına qayıtmağına səbəb olduğu üçün "tabut" adı ilə adlandırılıb.[5]
Əli ibn İbrahim Qummi, İmam Həhəmməd Baqirin (ə) belə söylədiyini nəql edir: "Tabutdan məqsəd, Allah- Taalanın Musanın (ə) anası üçün göndərdiyi sandıqdır ki, Musanı onda qoydu və dəryaya atdı. Bu tabut bəni İsrailin yanında çox möhtərəm və qiymətlidir. Onunla xoşbəxtlik arayardılar....."[6]
Bu şərif ayə buna işarə edir ki, güya bəni İsrail hələ Talutun Allah- Taala tərəfindən məmuriyyətinə, hətta özlərinin Peyğəmbəri "İsmuilin" aydınlatması ilə belə inanmamışdılar və ondan dəlil və nişanə istədilər. Onların Peyğəmbəri dedi: Onun hökumətinin nişanəsi budur ki, sizin üçün Tabut (əhd sandığı) gələcək.[7]
Bəni İsrail qövmünün Talutdan tabut (sandıq) istəməyinə işarə edən ayə və Allah- Taalanın Qədir günündə Peyğəmbər əkrəmə (s) silah tabutunu öz canişininin ixtiyarında qoymaq barədə verdiyi göstəriş arasında əlaqə vardır. Bu əlaqəni belə izah etmək olar ki, bu vasitələr, nəsildən- nəsilə keçərək axırıncı İmama yetişib və əsrin İmamı (ə.c.) bu sandıqçanı və silahı öz nişanələrindən biri ünvanına camaata çatdıracaq.[8]
[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 37, səh 202, Müəssisətül- vəfa, Beyrut-, 1404 h.q. Təbərsi, Əhməd ibn Əli- ehticacu ələ əhlil- licac, cild 1, səh 56, Murtəza, Məşhəd, birinci çap, 1403 h.q.
[2] - Bəqərə surəsi, ayə 248.
[3] - Qurşi, seyyid Əli Əkbər, Quranın lüğəti, cild 1, səh 260, Darul- hutubil- islamiyyə, Tehran, altıncı çap, 1371, h. ş. Təbatəbai, seyyid Məhəmməd Hüseyn, Əl- mizan fi təfsiril- Quran, cild 2, səh 289, Dəftəre intişarate İslamiye cameye müdərrisine hozeye elmiyyeye Qum, beşinci çap, 1417, h. q.
[4] Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 2, səh 239, Darul- kutubul- İslamiyyə, Tehran, birinci çap, 1374, h.q.
[5] - Hüseyni Həmədani, seyyid Məhəmməd Hüeyn, Parlayan nurlar, təhqiqI Behbudi, Məhəmməd Baqir, cild 2, səh 267, Lütfi kitab mağazası, Tehran, birinci çap, 1404 h.q. Mustəfəvi, Həsən, Ət- təhqiq fi kəlimatil- Quranil- kərim, cild 1, səh 372, kitab nəşri və tərcüməsi müəssisəsi, Tehran, 1360 h.q. Nümunə təfsiri, cild 2, səh 239 və 240.
[6] - Təbərsi, Fəzl ibn Həsən, Məcməul- bəyan, fi təfsiril- Quran, təhqiq: Bəlağinin müqəddiməsi ilə, Məhəmməd Cavad, cild 2, səh 614, Nasir Xosrov nəşriyyatı, Tehran, üçüncü çap, 1372, h.ş.
[7] - Məcməul- bəyan, fi təfsiril- Quran, cild 2, səh 614; Nümunə təfsiri, cild 2, səh 239.
[8] - Müraciət edin: Biharul- ənvar, cild 53, səh 85.