Ətraflı axtarış
Baxanların
13648
İnternetə qoyma tarixi: 2011/09/18
Sualın xülasəsi
Ömər Əbu- Hüreyrəni saxta hədis düzəltməsinə görə cəzalandırıbdırmı?
Sual
Mən eşitmişəm ki, Ömər sünni ravisi olan Əbu- Hüreyrəni saxta hədislər düzəltdiyinə görə açıqca danlamış və vurmuşdur, bu doğrudurmu? Mümkündürsə müraciət etmək üçün mənbə də qeyd edin.
Qısa cavab

Buxari, Müslim, Zəhəbi, İmam Əbu Cəfər İskafi, Müttəqi Hindi və digərləri nəql ediblər ki, ikinci xəlifə Əbu- Hüreyrəni Peyğəmbər (s)- ə nisbət verdiyi çoxlu əsassız rəvayətlərə görə şallaqladı və ona öz hökumətinin sonuna kimi rəvayət nəql etməyi qadağan etdi.

Ömərin Əbu- Hüreyrəni pis gümanda olmasının səbəbləri aşağıdakılardan biri ola bilər:

Bir: Onun yəhudi Kəbul- əhbarlarla oturub- durması və ondan rəvayət nəql etməsi.

İki: Əsassız rəvayətləri nəql etməsi ki çox vaxt israiliyyatla uyğun və hətta israiliyyatdandır.

Üç: Səhabədən nəql olunan rəvayətə müxalif rəvayəti nəql etməsi.

Dörd: Onunla Əli (ə) və Əbu Bəkr kimi səhabələrin müxalifət etməsi.

Ətreaflı cavab

Əbu- Züreyrənin İslamdan qabaqkı həyatı barəsində məlumat onun özünün danışdığından başqa bir şey əldə yoxdur. O uşaqlıqdan balaca bir pişiklə oynayarmış və yetim və kasıb bir adam olub ki, aclıqdan uzaq olmaq üçün camaata xidmət edərmiş. Deynəvəri "Əl- maarif" kitabında deyib: O Yəməndə Dus qəbiləsindən olub, yetim yaşayıb və yoxsulluqla hicrət edib. Otuz yaşında Mədinəyə gəldi və yoxsul olduğuna görə, yoxsul mühacirlərin yığışdığı fəffəyə doğru getdi.[1]

Əbu- Hüreyrənin özü İslam və Peyğəmbər (s)- ə iman gətirməsinin səbəbini qarnını doyurmaq və yoxsulluqdan uzaq olmaqdan başqa bir şey deməmişdir.[2]

Onun özü deyərmiş: Mən həmişə qarnımın dalınca olmuşam, o həddə ki. səhabələrin bəzisi hər gün yeməyə görə onların evinə getdiyimə görə məndən qaçıb- gizlənirdilər. O Cəfər bin Əbu- Talibi ona etdiyi qonaqpərvərliyə görə, Peyğəmbərdən sonra bütün səhabələrdən üstün bilirdi və onun barəsində gözəl cümlələr demişdir.[3]

Səalibi səmarul- qulub kitabında deyir: Əbu- Hüreyrə Müaviyə ilə yemək yeyirdi və Əli (ə)- ın arxasında namaz qılardı. Onun özü bu işinin səbəbi barəsində deyərdi: Müaviyənin aşı daha yağlı və dadlıdır, amma Əlinin arxasında qılınan namaz daha fəzilətlidir.[4]

Amma ikinci xəlifənin Əbu- Hüreyrəni hədis düzəltməsinə görə şallaqlaması və ona hədis nəql etməyi qadağan etməsi barəsində deməliyik ki, bu məsələni hamı qəbul edir ki, Əbu- Hüreyrə yalnız bir il doqquz ay Peyğəmbər (s)- lə birlikdə olmasına baxmayaraq, amma digər səhabələrdən daha çox o həzrətdən hədis nəql edibdir.[5]

İbn Həzm, onun hədislərinin statistikasını tutub və yazmışdır: "Buqəy ibn Muxəllədin müsnədi təkcə Əbu Hüreyrədən 5374 hədis nəql edib və Buxari 446 hədis ondan gətirmişdir".[6]

Əbu- Hüreyrənin özü Buxarinin ondan rəvayət etməsinə əsasən deyibdir: "Peyğəmbər (s)- in səhabələrindən Abdullah ibn Ömərdən başqa heç biri mənim qədər həzrətdən hədis nəql etməyibdir. O hədisləri yazırdı, amma mən yazmırdım".[7]

Əbu- Hüreyrənin rəvayətlərinin çox olması Ömər ibn Xəttabı qorxuya saldı və nəhayət onu buna görə şallaqladı və ona dedi: Ey Əbu- Hüreyrə rəvayət çox nəql edirsən. Qorxuram Allah Peyğəmbərinə yalan və töhmət vurasan. Sonra onu hədələdi ki, əgər Peyğəmbərdən (s) rəvayət etməyi dayandırmasa, onu vətəninə sürgün edəcək.[8] Ona görə də onun rəvayətlərindən çoxu Ömərin vəfatından sonraya aiddir, çünki ondan sonra daha heç kəsdən qorxmurdu.[9] Onun özü deyərmiş: Mən sizin üçün elə hədislər nəql edirəm ki, əgər Ömərin zamanında nəql etsəydim, o məni şallaqlayardı.[10]

Zöhri İbn Sələmdən nəql edib ki, eşitdim Əbu- Hüreyrə deyərdi: Ömər dünyadan gedənə kimi Peyğəmbər belə etdi deyə bilmirdik. Ömər diri olan zaman bu hədisləri sizə deyə bilərdikmi? Allaha and olsun, indi də Ömərin mənim belimə vurduğu şallaqların vədəsindən qorxuram.[11]

Əbu- Hüreyrənin Peyğəmbər (s)- dən nəql etdiyi bu qədər rəvayəti yazmaq üçün, xüsusi qaydaları olub və deyərdi: "Halalı haram və haramı halal etməyənə qədər, bir rəvayəti Peyğəmbər (s)- ə nisbət verməkdə heç bir problem yoxdur". Özünün bu düzəltdiyi qaydasını Peyğəmbər (s)- ə nisbət verdiyi hədislərlə şərii cilvələndirmişdir. O cümlədən Təbəraninin Əbu- Hüreyrədən, o da Peyğəmbərdən nəql etdiyi bir hədisdir: "Halalı haram və haramı halal etməyib və haqqa yetişibsizsə, onu mənə nisbət verməkdə heç bir problem yoxdur. Həmçinin gətiribdir ki, Peyğəmbərdən belə dediyini eşidibdir: "Hər kəs Allahın onda razılığı olan bir hədisi rəvayət etsə, deməli mən onu demişəm, hər çənd ki, onu deməsəm də".[12]

Halbuki, Peyğəmbərdən olması sabit olan budur ki, buyurub: "Hər kəs mənim demədiyim bir hədisi məndən nəql etsə, onun yeri yandırıcı oddadır".[13]

Ömər elə ki, Əbu- Hüreyrənin hədis nəql etməkdəki həddini aşmasını gördü, təkid edərdi ki, bu hədisi həmişə ona xatırlatsınlar.[14]

Əbu- Hüreyrə və tədlis

Tədlis budur ki, rastlaşdığın insandan ondan eşitdiyin şeyi rəvayət edəsən və ya öz əsrində yaşayandan onun demədiyi şeyi edəsən və nəql edərkən elə göstərə ki, ondan eşidib və o da belə bir şey deyibdir.[15] Tədlisin bütün növlərinin pislənməsi və haram olması məlumdur və ona yalanın qardaşı deyirlər.[16]

Hədis alimləri deyirlər: Əgər bir şəxsin bir rəvayəti tədlislə deməsi sabit olsa, daha o şəxsdən heç bir rəvayəti qəbul etmək olmaz. Hətta onun bir dəfə tədlis etməsini bilsək də.[17] Deynəvəri və İbn Kəsir İbn Səidin oölundan nəql ediblər ki, deyərdi:

"Allahdan qorxun və hədis nəql etməyin. Allaha and olsun Əbu- Hüreyrənin yanında idim ki, bir rəvayət Peyğəmbər (s)- dən nəql etdi və digər bir hədisi də Kəb Əhbardan. Sonra bizimlə olanların bəzisinə dedi: Peyğəmbərin hədisini Kəbə nisbət verirəm və Kəbin hədisini də Peyğəmbərə (s)".[18] Hədis alimlərinin hamısı deyiblər: Əbu- Hüreyrə, Ubadilə, Müaviyə, və Ənəs yəhudi Kəbul- əhbardan rəvayət nəql ediblər. Kəbul- əhbar müsəlmanları aldatmaq üçün zahirdə müsəlman olub, amma batində yəhudi idi. Onların içindən Əbu- Hüreyrə hər kəsdən daha çox ondan rəvayət nəql edib və ona inanmışdır.[19]

Əslində Kəbin Əbu- Hüreyrəyə hiyləsi qələbə çalmış və beləliklə istədiyi xurafat və yalanları İslam dininə daxil etmişdir. Kəb barəsində deyilən zöslərdən aydın olur ki, Kəbin özünəməxsus üslubu olubdur. Zəhəbi Təbəqatul- hifazda Əbu- Hüreyrə barəsində yazıbdır: "Kəb Əbu- Hüreyrə barəsində deyərmiş: Tövrat oxumayıb ona Əbu- Hüreyrədən daha alim kimsəni görmədim".[20] Baxın, bu kahin Əbu- Hüreyrəni necə aldadıb. Əbu- Hüreyrənin tövratla tanışlığı olmaya- olmaya onda nəyin olmasını necə anlaya bilər. Əgər onunla tanışlığı olsaydı onu oxuya bilməzdi. Çünki tövrat ibrani dilində idi. Əbu- Hüreyrə isə savadsız olduğuna hətta ərəb dilini də bilmirdi.[21]

Buxari Əbu- Hüreyrədən nəql edib ki, kitab əhli tövratı ibri dilində oxuyur və onu müsəlmanlar üçün ərəb dilində təfsir edirlər. Əgər mən ibri dilini bilsəydim, mən də onun təfsirçilərindən olardım.[22] Deynəvəri Əbu- Hüreyrə barəsində yazıbdır: "Əbu- Hüreyrə onunla müasirlərin və böyük səhabələrin heç birinin nəql etmədiyi rəvayətləri nəql etdiyinə görə, onu müttəhim edib, onun rəvayətlərini inkar edib və deyiblər: Bu hədisləri Peyğəmbər (s)- dən necə sən yalnız eşidibsən, halbuki, heç vaxt təkcə Peyğəmbərin hüzurunda olmayıbsan".[23]

Deynəvəri deyir: Ayişə şiddətlə onu inkar edirdi.[24] Əbu- Hüreyrəni yalana ittiham edənlər sırasında, Ömər, Osman, Əli və onlardan qeyriləri idi.

Əbu- Hüreyrə Peyğəmbər (s)- dən nəql edib ki: "Teyrə (pis fal vurmaq) qadın, heyvan, və evdə doğrudur". Bu hədisi Ayişə üçün nəql edən zaman deyir: "Quranı Əbul- Qasimə nazil edən şəxsə and olsun, bu hədisi Peyğəmbər (s)- ə nisbət verən hər şəxs yalan deyibdir. Əksinə Peyğəmbər (s) buyurdu: "Cahiliyyət əhli teyrənin heyvan, qadın və evdə olduğunu deyirdilər".

Əli (ə) buyururdu: "Əbu- Hüreyrə camaatın ən yalançısıdır". Başqa yerdə buyurur: "Peyğəmbərə (s) ən çox yalan nisbət verən Əbu- Hüreyrədir". Deyirlər bir gün Əbu- Hüreyrə dedi: "Həddəsəni xəlili. Dostum mənə danışdı". Həzrət Əli (ə) onun cavabında buyurdu:

«متی کان النبی خلیلک»

"Məta kanənnəbiy xəliləkə. Peyğəmbər (s) nə vaxt sənin dostun olub"?[25]

Əbu Cəfər İskafi nəql edir: Müaviyə Əli (ə)- ın əleyhinə pis hədislər düzəltmələri üçün səhabə və tabeindən bir dəstəni həvəsləndirdi. Səhabədən Əbu- Hüreyrə, Əmr ibn As, Müğeyrə ibn Şöbə. Tabeindən Orvə ibn Zübeyr idilər.[26]

Bu barədə müstəqil şəkildə Əbu- Hüreyrə barəsində iki kitab yazılıbdır:

Bir: "Əbu Hüreyrə" seyid Şərəfüddin Amuli yazıb ki, yuxarıdakı sual barəsində 136, 160, 186- cı səhifələrə müraciət etmək olar.

İki: "Şeyxul- muzirə Əbu- Hüreyrə" Mahmud Əburiyə Misri yazıb.



[1] - Əş- şeyx Mahmud Əburiyə, Şeyxul- muzirə Əbu Hüreyrə, səh 103. Əş- şeyx Mahmud Əburiyə, Əzvaun ələs- sünnətil- Muhəmmədiyyə, səh 195, Seyid Şərəfuddin Musəvi Amuli, Əbu Hüreyrə, səh 136.

[2] - Həmin.

[3] - Fəthul- bari, cild 7, səh 63.

[4] - Səalibi, simarul- qulub fil- muzafi vəl- mənsub, səh 76- 87.

[5] - Mahmud Əburiyə, Əzvaun ələs- sünnətil- Muhəmmədiyyə, səh 200.

[6] - Əş- şeyx Mahmud Əburiyə, Şeyxul- murizə Əbu- Hüreyrə, səh 130.

[7] - İbn Həcər, Fəthul- bari, cild 2, səh 167 (O deyib: Əbu- Hüreyrənin həm hədis yazmaması, həm də Quran hafizi olmaması sabit olubdur.

[8] - Səhih Buxari, cild 2, Bədul- xəlq kitabı, səh 171. Müslim ibn Həccac Nişaburi, Səhihi- Müslim, cild 1, səh 34, İbn Əbil- hədidmötəzili, Nəhcül- bəlağənin şərhi, səh 360, Zəhəbi, Seyri elamin- mubəla, cild 2, səh 433 və 434, Müttəqi Hindi, Kənzul- ummal, cild 5, səh 239, h 4857, İmam Əbu Cəfər İskafi, Nəhcül- həmidinin şərhindən nəql etməklə, cild 1, səh 360.

[9] - Həmin.

[10] - Mahmud Əburiyə, Əzvanun ələs- sünnətil- Muhəmmədiyyə, səh 201.

[11] - Həmin.

[12] - Şatibi, Əl- Muvafiqatif, cild 2, səh 23.

[13] - Mahmud Əburiyə, Əzvanun ələs- sünnətil- Məhəmmədiyyə, səh 202.

[14] - Seyid Şərəfuddin Musəvi Amuli, Əbu- Hüreyrə, səh 140.

[15] - Şeyx Əhməd Şakir, şərhu əlfiyyətis- suyuti, səh 35.

[16] - Həmin.

[17] - Mahmud Əburiyə, Əzvanun Ələs- sünnətil- muhəmmədiyyə, səh 202 və 203.

[18] - İbn Kəsir, Əl- bidayə vən- nəhayə, cild 8, səh 109, İbn Qətibə Deynəvəri, Təvili muxtələfil- hədis, səh 48 və 50.

[19] - Mahmud Əburiyə, Əzvaun ələs- sünnətil- Muhəmmədiyyə, səh 207.

[20] - Zəhəbi, Təbəqatul- hifaz, Mahmud Əburiyədən nəql etməklə, Əzvaun ələs- sünnətil- Məhəmmədiyyə, səh 207.

[21] - Mahmud Əburiyə, Əzvaun ələs- sünnətil- Məhəmmədiyyə, səh 207.

[22] - Həmin.

[23] - Deynəvəri, Təvilu muxtəlifil- hədis, səh 50.

[24] - Həmin, səh 48.

[25] - Əzvaun Ələs- sünnətil- Məhəmmədiyyə, səh 204.

[26] - Məhəmməd Əbduh, Nəhcül- bəlağənin şərhi, cild 1, səh 358.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...