Please Wait
8554
Türbət suyunu hazırlamaq üçün, pak və gigiyena suyu kifayətdir.[1] Hərçənd, fərat suyu[2] zəmzəm suyu[3], yaxud neysan ayında[4] olan yağış suyu kimi bəzi suların daha çox
Imtiyazları var. yağış suyu da çox vaxt saf və təmiz olduğuna görə, bəlkə adi sulardan daha yaxşı olsun. Amma dua barəsində mərhum Şeyx Abbas Qummi Məfatihul- cinan kitabında deyir: bu duanın oxunması rəvayət olubdur:
«بسم الله و بالله اللهم اجعله رزقا واسعا و علما نافعا و شفاء من کل داء انک علی کل شئ قدیر»
"Bismillah və billah Allahumməc- əlhu rizqən vasiən elmən nafiən və şifaən min kulli dain, innəkə əla kulli şəyin qədir.[5]
Daha çox məlumat əldə etmək üçün, həmin kitaba baxın.
[1] - Torpaq yemək haramdır. Amma İmam Hüseyn (ə)- ın türbətindən şəfa tapmaq üçün bir az yeməyin (noxud miqdarında) iradı yoxdur. (Mərcələrin izahlı hökmləri, cild 2, səh 598). Amma mərcələrin bəzisi buyurublar: Su ilə elə qarışdırınlar ki, aradan getsin. Böyük müctəhidlər: Xoi, Təbrizi, Fazil buyurublar: Daha yaxşıdır Ayətullah Bəhcət buyurur: Ehtiyat budur. Ayətullah Sistani buyurur: Əgər onu müqəddəs qəbrin özündən yaxud onun ətrafından götürməsələr və ya türbətin o Həzrətin müqəddəs qəbrindən olmasına yəqin olmasa, ehtiyat vacibə əsasən, onu su və onun kimi bir şeydən bir miqdarla elə həll etməlidirlər ki, aradan getsin. (Həmin).
[2] - Məsələn hörpə doğulan uşağa fərat suyu içirtmək müstəhəbdir. (Camiul- məsail lil Behcət, cild 2, səh 538).
[3] - Nümunə olaraq, meyyitin kəfənini zəmzəm suyu ilə nəmli etmək müstəhəbdir. (Qayətul- qusva, cild 1, səh 234).
[4] - Onun xüsusiyyətləri barəsində məlumat əldə etmək üçün, Məfatihul- cinan kitabına baxın, səh 601.
[5] - Məfatihul- cinan, səh 923.