Ətraflı axtarış
Baxanların
17866
İnternetə qoyma tarixi: 2008/04/20
Sualın xülasəsi
Torpağa səcdənin fəlsəfəsi nədir?
Sual
Torpağa səcdənin fəlsəfəsi nədir? Nə üçün şiələr Kərbəla türbətinə və möhürə səcdə edirlər?
Qısa cavab

Səcdənin həqiqəti (Allah qarşısında) xüzu, zillət və bəndəlik izhar etməkdir. Səcdə vacib əməllərdən biridir. Çünki Allahın kəlamında deyilir: “Ey iman gətirənlər! Rüku edin və səcdə yerinə yetirin!”

Bimək zəruridir ki, şiələr “torpaq üçün” deyil, “torpağın üzərinə” səcdə edirlər. Çünki Allahdan başqası üçün səcdə etmək bütün şiə alimlərinin yekdil fikrinə əsasən şirk və haramdır.

Bəzən sual verilir ki, nə üçün təkcə torpağa səcdə edirik? Cavabı budur ki, bu işdə biz Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnətinə tabe oluruq. Çünki əhli-sünnətin mötəbər mənbələrində də belə gəlmişdir: Səcdə ilk növbədə torpağa, ondan sonrakı mərhələdə (torpaq olmadıqda) isə torpaqdan cücərən şeylərə edilməlidir. Bu hökmdən adi halda yeyilən və geyilən şeylər istisnadır. Amma zərurət və çıxılmaz hallarda paltara və sair geyimlərə səcdə etmək olar.

Burada hər qisim üçün bir rəvayət zikr etməklə kifayətlənir və təfsilatını ətraflı cavaba həvalə edirik:

1. Torpağa səcdə: Müslim özünün “Səhih” kitabında belə nəql edir: “(Allah) bizim üçün bütün yer üzünü səcdə yeri və su olmadıqda torpağını təharət üçün – pakedici qərar vermişdir.”

2. Yerdən cücərən şeylərə səcdə. Buxari özünün “Səhih” kitabında belə nəql edir: “Ümmü Səlim Peyğəmbər (səlləllahu əleyhi və səlləm)-dən xahiş etdi ki, onun evinə gəlib namaz qılsın, həmin yeri həmişəlik olaraq öz namazı üçün yer seçsin. Peyğəmbər onun xahişini qəbul edərək mənzilinə gəldi. Onun evində olan həsirə su çilədi və onun üstündə namaz qıldı. Ümmü Səlim də Peyğəmbərlə birlikdə namaz qılıb oranı öz namaz yeri qərar verdi.”

3. Zərurət və çıxılmaz hallarda paltara səcdə. Ənəs ibni Malik deyir: “Biz (müsəlmanlar) Peyğəmbərlə birlikdə namaz qılırdıq. Yer qızmar və yandırıcı olduğuna görə köynəyimizin bir hissəsini səcdə yerinə qoyaraq onun üstünə səcdə edirdik.”

Deməli, şiələr Əhli-sünnətin də mötəbər mənbələrində gələn Peyğəmbər sünnətinə istinad edirlər.

Burada sual yaranır ki, nə üçün şiələr imam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdəyə təkid edirlər?

Cavabda deməliyik: Əvvəla, İmam Hüseyn (əleyhis-salam)-ın qəbrinin türbəti və torpağı sair türbətlər kimidir və onun sair torpaqlardan ayrılıb istisna edilməsinə bir əsas yoxdur. İkincisi, İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etmək vacib deyil, müstəhəbdir. Üçüncüsü: Əhli-beyt (əleyhimus-salam) İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etməyin savab olmasına təkid edirdilər. Dördüncüsü, İmam Hüseyn (əleyhis-salam)-ın pak türbəti bir çox əqidəvi mübarizə və tarixi məsələləri zehinlərdə canlandırır, buna görə də onun üstünə səcdə etmək daha layiqdir.

Torpağa səcdə etməyin fəlsəfəsi barəsində imam Sadiq (əleyhis-salam)-dan belə rəvayət olunur: “Səcdə mütəal Allah qarşısında zillət, xüzu və bəndəlik əlamətidir. Buna görə də yeməlilərin və geyilməlilərin üstünə səcdə edilmək layiq deyildir. Çünki dünya adamları yeməlilərin və geyməlilərin quludurlar, halbuki səcdə edən şəxs öz səcdəsində Allaha bəndəlik və ibadət halındadır, ona görə də öz alnını dünyanı özlərinə məbud seçərək dünya ilə qürur hissi keçirən və məğrur olanların məbudlarının üstünə qoyması rəva deyildir. Torpağa səcdə etməyin fəziləti daha artıqdır. Çünki belə səcdə Allah qarşısında bəndəliyi, xüzu və zilləti daha yaxşı və layiqli şəkildə çatdırır.”

Ətreaflı cavab

Müxaliflər tərəfindən cəhalət və ya düşmənçilik üzündən şiələrin əleyhinə aparılan zəhərli təbliğatlar və şiəyə hücum etmək üçün istifadə olunan şantajlardan biri də torpağa səcdə etmək məsələsidir. Halbuki, əgər bu məsələ haqq əsasında, hər növ yersiz təəssüblərdən uzaq bir mühitdə araşdırılaraq tədqiq edilsə, onun nəticəsi şiəliyə yaxılan ittihamların tam əksinə olacaqdır. Çünki şiələr “torpaq üçün” deyil, “torpağın üzərinə” səcdə edirlər. “Torpaq üçün” səcdə etməklə “torpağın üzərinə səcdə etmək” ayrı-ayrı məsələlərdir.

Şübhəsiz, birinci qisim (torpaq üçün səcdə etmək) şirkin bir qismidir və şiələr bu növ səcdəni haram bilirlər. Çünki belə səcdə Allahdan qeyrisi üçün yerinə yetirilmiş olur və onun isbatı çox dəlil-sübut tələb etmir. Bu barədə şiə alimlərinin və müctəhidlərin fətvalarına müraciət edə bilərsiniz.

Mövzunun həqiqəti aydın olsun deyə, aşağıda onları ətraflı şəkildə araşdırırıq:

Səcdənin tərifi

Səcdə lüğətdə (məbudun qarşısında) bəndəlik etmək, əyilmək, zəlil olmaq mənasınadır. Müqəddəs islam şəriətində də alnın bir hissəsini yerə və başqa şeylərə qoymaqdır; alın ilə səcdə etdiyi şey arasında fasilə və pərdə olmamalıdır. Bunun dəlili aşağıdakı rəvayətdir: “Səcdə etdiyin zaman alnını yerə qoy və sürətlə yerə vurma (qarğanın yerə dimdik vurduğu kimi sürətlə etmə)!”[1]

Həmçinin bu barədə belə rəvayət olunur: “Peyğəmbərə Məkkə və Mədinə diyarında səcdə edərkən alnınızın və əllərinizin yanmasından şikayət etdik və Peyğəmbər bizim şikayətimizə etina etmədi.”[2]

Səcdə bütün alimlərin və fəqihlərin fikir birliyinə əsasən, vacibdir. Çünki mütəal Allah  buyurur: “Ey iman gətirənlər! Rüku edin və səcdə yerinə yetirin!”[3]

Bu məsələnin fiqhi məsələ olması

Aydındır ki, bu məsələ (səcdə) kəlam məsələsi deyil, fiqhi bir məsələdir. Çünki səcdə mükəlləf şəxsin əməli ilə əlaqədardır. Sünnü və şiələr arasında fiqhi məsələlərdə ixtilaf olduqca çoxdur. Ən yaxşı dəlili də budur ki, müşahidə etdiyimiz kimi, əhli-sünnət məzhəbinin özü də dörd əsas məzhəbə bölünür və bu dörd məzhəb bir çox fiqhi məsələlərdə ixtilafa malikdirlər.[4]

Səcdə barəsində rəvayətlər

Səcdə barəsində gələn rəvayətləri üç qismə bölmək olar:

1. Bəzi rəvayətlər səcdənin yer üzünə edilməsinin zərurətinə təkid edir;  

2. Bəzi rəvayətlər bitkilərdən olan (toxunan) həsir kimi şeylərə səcdəyə işarə edir;

3. Bəzi rəvayətlər də yundan və ya pambıqdan (parçadan) hazırlanan köynəyə səcdə edilməsinə işarə edir.[5]

Birinci qisim, yəni səcdənin yer üzərinə edilməsinin zərurətinə təkid edən rəvayətlər çoxdur və çoxlu rəvayət kitablarında müxtəlif təbirlərlə nəql olunmuşdur. Burada bir neçə nümunəni qeyd etməklə kifayətlənirik:

1. جُعِلَتْ لِيَ الْاَرْضُ مَسْجَداً وَ طَهُوراً “Yer mənim üçün səcdəgah və pakedici qərar verilmişdir.” Bu rəvayət Müslimin “Səhih” kitabında belə gəlmişdir: “Bütün yer üzü bizim üçün səcdə yeri və onun torpağı – su tapılmadığı halda (təyəmmüm üçün) pakedici (təhur) qərar verilmişdir.”

“Sünəni Tirmizi” kitabında isə belə deyilir:Bütün yer üzü mənim üçün məscid (səcdəgah) və pakedici qərar verilmişdir.”

Beyhəqinin ibarəsi belədir: “Yer üzü mənim üçün pakedici və məscid (səcdəgah) qərar vermişdir.”

Beyhəqinin kəlamında bu ifadə də mövcuddur: “Yer mənim üçün pak və səcdəgah qərar verilmişdir. Hər yerdə namaz vaxtı çatanda necə olursa olsun, namaz qılıram.”[6]

2. Əbuzər nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) belə buyurdu: “Yer sənin üçün səcdə məhəllidir, belə isə, hər yerdə namaz vaxtı çatsa namaz qıl!”[7]

3. İbni Abbas deyir ki, Peyğəmbər daşın üzərinə səcdə etdi.[8]

4. Əbu Səid Xudri belə rəvayət edir: “Öz gözlərimlə gördüm ki, Peyğəmbərin alnı və burnu (torpağa səcdə etdiyinə görə) toz-torpaqlı idi.”[9]

5. Cabir ibni Əbdüllah deyir: “Mən zöhr namazını Peyğəmbərlə birlikdə qıldım. Hava şiddətli şəkildə qızmar olduğuna görə bir daş parçasını əlimdə soyudurdum ki, onun üstünə səcdə edəm.”

6. Ənəs ibni Malik deyir: “Biz Peyğəmbərlə birlikdə çox qızmar havada namaz qılırdıq. Hər birimiz bir daş parçasını əlimizdə soyudur, sonra onu qoyub üstünə səcdə edirdik.”[10]

7. Ömər ibni Xəttab deyir: “Yağışlı bir gecənin səhəri sübh namazını qılmaq üçün evdən çıxdıq. Yer palçıq olduğuna görə hər birimiz bir qədər daş topladıq, onları məscidin həyətinə döşədik və onun üstündə namaz qıldıq. Peyğəmbər bu hadisəni görən zaman buyurdu: “Necə də yaxşı işdir!” Bundan sonra səcdədə alın yerimizə daş qoymaqla namaz qılmağa başladıq.[11]

8. Əyaz ibni Əbdüllah Qürəyşi belə nəql edir: “Peyğəmbər başında əmmamə olan (və alnını tutan) halda səcdə edən bir kişini gördü. Ona işarə etdi ki, əmmaməni dala çək və yenə işarə etdi ki, alnınla səcdə et.”[12]

Bunlar səcdənin yerə və torpağa edilməsinin vacibliyini göstərən çoxlu rəvayətlərdən qısa nümunələr idi.[13]

Beyhəqi deyir: “Əgər parçaya və paltara səcdə etmək caiz olsaydı, rəvayətlərdə ona mütləq işarə edilməli idi. Çünki onlara səcdə etmək isti daşları götürüb səcdə etmək üçün əldə soyutmaqdan çox rahat idi.”[14]

b) Üzrlü səbəb olmadan torpaqdan qeyrisinə səcdə etməyin caizliyini göstərən rəvayətlər

1. Malik ibni Ənəs belə nəql edir: “Nənəm (Məlikə) Peyğəmbəri, onun üçün hazırladığı yeməyə dəvət etdi. Peyğəmbər o yeməkdən yedi, sonra  buyurdu: “Qalxın və mənimlə namaz qılın!” Ənəs ibni Malik deyir: Mən ayağa qalxdım və çox köhnəldiyinə görə qaralmış bir həsirə su çiləyib islatdım. Peyğəmbər onun üstündə dayandı, mən o həzrətin arxasında, nənəm də mənim dalımda dayanıb namaz qıldıq.”[15]

Ənəs bu məzmunda başqa bir rəvayəti belə nəql edir: Bibilərimdən biri Peyğəmbər üçün yemək hazırladı, sonra o həzrətə xitab edərək dedi: “İstəyirəm ki, bizim evimizdə yemək yeyəsən və namaz qılasan!” Peyğəmbər gəldi və göstəriş verdi ki, evdəki böyük həsiri otağın bir tərəfinə qoyam, onun üstünə su səpib süpürəm. Sonra Peyğəmbər onun üstündə dayandı və biz də onun arxasında dayanaraq namaz qıldıq.”[16]

Digər bir rəvayətdə Ənəs ibni Malik deyir: “Ümmü Səlim Peyğəmbərdən xahiş etdi ki, onun evinə gəlib namaz qılsın, həmin yeri həmişəlik olaraq özünə namaz yeri seçsin. Peyğəmbər  bu xahişi qəbul edərək onun evinə gəldi. Mən onun evində olan həsirə bir az su çiləyib islatdım. Peyğəmbər onun üstündə namaz qılmağa başladı. Ümmü Səlim də Peyğəmbərlə birlikdə namaz qıldı və o yeri həmişəlik namaz yeri seçdi.”[17]

2. İbni Abbas deyir: “Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) kiçik həsirin üstündə namaz qılırdı.”[18]

3. Əbu Səid Xudri deyir: “Peyğəmbərin yanına gələndə o həzrətin bir həsir üzərində namaz qıldığını gördüm: elə o həsirin üzərinə də səcdə edirdi.”[19]

4. Peyğəmbərin həyat yoldaşı Məymunə deyir: “Allahın Rəsulu namaz halında idi. Mən də onun yanında dayanmışdım, elə yaxın idim ki, köynəyi mənə dəyirdi. Səcdəyə gedəndə alnını həsirin üstünə qoyurdu.”[20]

Bu barədə mövcud olan rəvayətlər olduqca çoxdur və qeyd olunanlarla kifayətlənirik.

v) Üzrlü səbəblər olduğu zaman yerdən qeyrisinə səcdənin caiz olduğunu göstərən rəvayətlər

Bu barədə Ənəs ibni Malikin rəvayətini qeyd etməklə kifayətlənirik: “Biz Peyğəmbərlə birlikdə namaz qılırdıq. Hər hansı birimiz kəskin hərarətə görə alnımızı səcdə halında yerə qoya bilməsəydik, köynəyimizi açır və onun üzərinə səcdə edirdik.”

Bu rəvayət əhli-sünnətin çoxlu mənbələrində müxtəlif təbirlərlə nəql olunmuşdur, o cümlədən: “Səhihi Buxari”, “Səhihi Müslim” və s. [21]

Hər bir insaflı və tədqiqatçı alim bu hədislərdə dərindən təfəkkür etsə, aydın olar ki, bu rəvayətlərin hamısı təkid edir ki, əvvəla: səcdə gərək ilk növbədə torpağa edilsin. Ondan sonrakı növbədə  yerdən cücərən və yeyilib-geyilən olmayan şeylərə edilsin. Sonrakı mərhələdə isə (çarəsizlik və imkansızlıq halında) köynəyə (parçaya) səcdə etmək olar.

Deməli, Əhli-beyt məktəbinin şagirdləri olan alimlər və fəqihlər bu rəvayətlərə istinad etməklə, habelə məsumların rəvayətlərinə tabe olaraq demişlər: Namazda səcdə edilən yerin torpaq və ya torpaqdan cücərən və əksər hallarda yeyilən və geyilən olmayan şeylər olması vacibdir.[22]

Amma bizim (şiələrin) bir qədər torpağı palçıq etdikdən sonra qurudaraq möhür şəkilinə salıb namazda onun üzərinə səcdə etməyinizin səbəbinə gəldikdə isə, onun bəzi dəlillərini aşağıda qeyd edirik:

1. Onun paklığına əmin olduğunuza görə; çünki səcdənin şərtlərindən biri üzərinə səcdə edilən şeyin pak olmasıdır. Həmçinin, onun mübah olmasına (qəsbi olmamasına) xatircəm olduğumuz üçündür. Çünki səcdə yerinin şərtlərindən biri onun mübah olmasıdır (qəsbi olmamasıdır).

2. Bizim dövrümüzdə evlərin, məscidlərin və s. döşəmələri xalça-palaz ilə örtülmüşdür və orada torpaq yoxdur. Buna görə də möhürə səcdə edirik.

İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdənin fəlsəfəsi

Şiələrin imam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etmələrinin səbəbinə gəldikdə isə, demək lazımdır:

1. Şiə fəqihləri arasında elə bir kəs tapmaq olmaz ki, imam Hüseyn (əleyhis-salam)-ın qəbrinin torpağından hazırlanmış möhürə səcdə etməyi vacib hesab etsin; əksinə onlar deyirlər ki, pak və mübah olan hər bir torpağın üzərinə səcdə etmək səhihdir. Onlar sadəcə buyurmuşlar ki, imam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etmək müstəhəbdir.[23]

2. İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etmək “torpağa səcdə”nin nümunələrindən biridir. Müsəlmanlar yerə və torpağa səcdənin düzgün olmasında müttəfiq fikirdədirlər. Deməli, imam Hüseyn türbətinin “mütləq şəkildə olan yer və torpaq”dan istisna edilməsinə heç bir əsas qalmır ki, “nə üçün şiələr imam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə edirlər?” - deyə irad tutulmuş olsun.

3. Əhli-beyt (əleyhimus-salam) imam Hüseyn (əleyhis-salam) türbətinə səcdə etməyə dair çoxlu təkidlər etmişlər. İmam Səccad (əleyhis-salam) bu türbətə səcdə edən ilk şəxs olmuşdur. Ondan sonrakı bütün imamlar imam Hüseyn (əleyhis-salam) türbətinə səcdə edir və bu işin müstəhəb olmasını təkidlə vurğulayırdılar. Belə ki, imam Sadiq (əleyhis-salam)  buyurur: “İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə yeddilik təşkil edən hicabları aradan qaldırır.”[24]

İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə səcdə etməyin fəziləti barədə deyilən çoxlu səbəblər elm və təfəkkür əhlinə gizlin deyildir. O cümlədən:

a) Etiqadi təlimlər nəzərindən: Ömər ibni Səd (lənətullahi əlehy) Aşura günü sübh çağı öz ordusuna pişnamazlıq edərək camaat namazı qıldı, amma elə həmin günün axşam çağı imam Hüseyn (əleyhis-salam)-ı şəhadətə çatdırdı. Şiələr imam Hüseyn türbətinə səcdə edərkən elan edirlər ki, Ömər Səd və onun hakimi Yezidin qıldıqları ölü və ruhsuz namaz kimi namaz qılmırlar; şiələrin namazı imam Hüseynin, atasının və babasının namazı kimi həmişə diridir. Bu da Əhli-beytin vilayət məfhumunu şiələrin qəlbində möhkəmlədib sabit edən həmin məsələdir. Buna görə də imamlar bu türbətə səcdəyə təkid edirdilər. İmam Hüseyn türbətinə səcdə etmək elə Allah dərgahında təslim,  xüzu və bəndəlikdən ibarətdir və şiələr Allah övliyalarına tabe olmaqla bu işi görürlər.

b) Tarixi təlimlər: Bəziləri Əli (əleyhis-salam)-la imam və xəlifə ünvanı ilə beyət edilən Qədir-xum təlimlərini və Bəni-üməyyənin xilafəti dövründə baş verən Aşura təlimlərini söndürməyə səy edirdilər. Hüseyn türbəti Aşura günündə Bəni-üməyyə hakimlərinin törətdikləri bəşəriyyətə zidd olan cinayətlərin canlı tarixi sənədidir. Tarix boyu zalımlar Qədir və Aşura təlimlərini məhv edib tarixdən silmək üçün var-gücləri ilə çalışmış və bütün imkanlarından istifadə etmişlər. Amma Əhli-beyt imamları Aşura hadisəsini mərsiyə, ağlamaq, ziyarət və s. vasitələrlə bütün insanların qəlbinə hopdurmuş və onlarla Aşura qiyamı arasında əlaqə yaratmışlar. Buradan da imam Hüseyn türbətinə səcdənin əhəmiyyətinə təkidin səbəbi aydın olur.

v) Cihad və şəhadət təlimləri. İmam Hüseyn türbəti əksəriyyət təşkil edən müsəlman xalqlarda cihad və inqilab ruhiyyəsini gücləndirən vasitələrdən biridir. Bu da bütün  dövrlərdə islam ümmətinin ehtiyac duyduğu şeylərdəndir. Xüsusilə, yaşadığımız hazırkı dövrdə islam cəmiyyəti müxtəlif müharibələrlə qarşılaşmışdır. İmam Hüseyn türbəti ilə mənəvi əlaqədə olmaq bir ovuc cansız və ruhsuz torpaqla əlaqə deyil, əksinə cihad, inqilab məfhumları ilə agahlıq və hərəkətverici bir qüvvə ilə əlaqə yaratmaqdır.

Bunda əlavə, imam Hüseyn türbətinin çoxlu mühüm əxlaqi, siyasi, əqidəvi, dini təsir və təlimləri vardır ki, bu məsələ ilə əlaqədar imam Hüseyn (əleyhis-salam)-ın hərəkatı barədə yazılan müfəssəl kitabları mütaliə etmək lazımdır.[25]

Sonda deyilik: Axı şiənin günahı nədir?! Bütün vücudları ilə Peyğəmbərin təlimlərinə sarıldıqları və o həzrətin tutduğu yola və sünnətə əsasən əməl etdikləri bir halda nə üçün bu qədər töhmətlərlə qarşılaşmalıdırlar?! Şiələr o həzrətin danılmaz sünnətinə: əməl və rəftarlarına iltizamlı olmuşlar. Şiələr şəkkli olan şeylərə, o cümlədən üzrlü səbəb və ya çıxılmaz hal olmadıqda xalça-palaza və köynəyə səcdə etməkdən uzaq olmuşlar.

Bu barədə çoxlu rəvayətlər vardır ki, yeyilən və geyilən şeylərə səcdənin qadağan edilməsinin fəlsəfəsini bəyan edir. Məsələn, Hüşam ibni Həkəm deyir ki, imam Sadiq (əleyhis-salam)-a dedim: “Üzərinə səcdə etməyin caiz olduğu və caiz olmadığı şeyləri bizə bəyan et.” Həzrət  buyurdu: “Səcdə yalnız torpağa və torpaqdan cücərən, amma yeməli və geyməli olmayan şeylərə caizdir.”

Soruşdum ki, sənə fəda olum, bu işin səbəbi nədir? Həzrət  buyurdu: “Çünki səcdə Allah qarşısında xüzu və bəndəlikdir və yeməli-geyməli şeylərə səcdə etmək rəva deyildir. Çünki camaat yeməlilərin və içməlilərin quludur, halbuki səcdə edən şəxs səcdə halında Allaha ibadət və bəndəlik halındadır. Rəva deyildir ki, bu halda öz alnını dünya qullarının – dünyaya aldanaraq məğrur olanların məbudunun üzərinə qoyaraq səcdə etsin. Torpağa səcdə etməyin daha artıq fəziləti vardır. Çünki  belə bir səcdə Allaha bəndəlik və xüzunu daha artıq çatdırmağa layiqdir.”[26]

 


[1] İbni Hibban, “Səhih”, 1-ci cild, səh. 264

[2] Müslim, “Səhih”, 3-cü cild, səh. 312; İbni Macə, “Sünən”, 2-ci cild, səh. 360

[3] “Həcc”  surəsi, ayə:  77

[4] Əlavə məlumat almaq üçün bax: “Əl-fiqhu ələl-məzahibil-ərbəə”, Cəziri, Əbdür-Rəhman

[5] Əllamə Əmini, “Əssucudu ələt-türbətil-Hüseyniyyə”, səh. 13

[6] “Səhihi Buxari”, 1-ci cild, səh. 113; “Səhihi Müslim”, 2-ci cild, səh. 64; “Səhihi Nisai”, 2-ci cild, səh. 32; “Səhihi Əbu Davud”, 2-ci cild, səh. 114; “Sunəni Kubra”, 2-ci cild, səh. 433, 435

[7] “Səhihi Nisai”, 2-ci cild, səh. 37

[8] Hakim “Müstədrək” kitabında onu rəvayət etmiş və Zəhəbi də onu “səhih” bilmişdir: 3-cü cild, səh. 473

[9] “Səhihi Buxari”, 1-ci cild, səh. 2, 163, 198, 253, 256, 258, 259; “Sünəni Əbu Davud”, 1-ci cild, səh. 143-144; “Sünəni Kubra”, 2-ci cild, səh. 106

[10] “Sünəni Kubra”, 2-ci cild, səh. 106 

[11] “Sünəni Əbu Davud”, 1-ci cild, səh. 75, “Sünəni Kubra”, 2-ci cild, səh. 440

[12] “Sünəni Kubra”, 2-ci cild, səh. 105

[13] Bu bölmədə nəql olunan rəvayətlər barədə əlavə məlumat almaq üçün bax: “Torpağa səcdə etməyin fəlsəfəsi nədir?”  sual 508 (sayt: 554)

[14] “Müsnəd”, Əhməd ibni Hənbəl, 1-ci cild, səh. 321; “Sünəni Kubra”, 2-ci cild, səh. 105

[15] “Səhihi Buxari”, 1-ci cild, səh. 101; “Səhihi Nisai”, 2-ci cild, səh. 57

[16] İbni Macə, “Sünən”, 1-ci cild, səh. 255

[17] “Səhihi Nisai”, 2-ci cild, səh. 57

[18] “Səhihi Tirmizi”, 2-ci cild, səh. 126

[19] “Səhihi Müslim”, 2-ci cild, səh. 62-126

[20] “Səhihi Buxari”, 1-ci cild, səh. 101; “Səhihi Müslim”, 2-ci cild, səh. 128

[21] “Səhihi Buxari”, 1-ci cild, səh. 101; “Səhihi Müslim” 2-ci cild, səh. 109; “Sünəni İbni Macə”, 1-ci cild, səh. 321; “Sünəni Əbu Davud”, 1-ci cild, səh. 106

[22] “Ürvətul-vusqa”, 1-ci cild, səcdə bölməsi,  “üzərinə səcdə səhih olan şeylər”

[23] “Təhrirul-vəsilə”, İmam Xomeyni, 1-ci cild, “üzərinə səcdə səhih olan şeylər” bölməsi

[24] “Vəsailuş-şiə”, 6-cı cild, səh. 23

[25] Əbdül-Mün’im Həsən, “Binuri Fatimətəhtədəytu”, səh. 203-204, Seyid Əbdüllah Fərininin “Təşəyyö” kitabından nəqlən, səh. 206

[26] “Mən la yəhzuruhul-fəqih”, 1-ci cild, səh. 273

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...