Ətraflı axtarış
Baxanların
16419
İnternetə qoyma tarixi: 2011/10/13
Sualın xülasəsi
Hansı baxışlar haram və günah sayılır?
Sual
Tehran kimi şəhərlərdə hicaba düzgün riayət olunmur və səhər açılandan axşama kimi belə xanımlarla çox rastlaşırıq, günah edirik ya yox?
Qısa cavab

Allah Qurani kərimdə naməhrəmə baxmaq barəsində buyurur:

«قل للمؤمنین یغضوا من ابصارهم»[1]

Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər."

«و قل للمؤمنات یغضضن من ابصارهن»[2] 

Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər".

İmam Sadiq (ə) da bu barədə buyurur: "Naməhrəmə baxmaq, şeytanın zəhərli oxlarından biridir. Çox vaxt bir dəfə baxmaq uzun həsrətə səbəb olur".[3]

Müqəddəs şəriətdə harama baxmaq bunlardan ibarətdir: Kişinin naməhrəm qadının bədəninə baxması (üz və əlin biləyəcən olan yerindən başqa), ləzzət və şəhvət qəsdi ilə olub- olmaması fərq etmir. Həmçinin üz və ələrə baxmaq əgər şəhvət qəsdi ilə ya harama düşmək qorxusu ilə olarsa. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması (üz, boyun, əllər və ayağın bir miqdarından başqa),[4] qəsdlə olub- olmaması fərq etmir və həmçinin qeyd olunan yerlərə, əgər şəhvət qəsdi ilə ya harama düşməklə olsa.

Mövzunun daha aydın olması üçün, qadağan olunmuş və haram baxışların növlərini qeyd edirik:

Haram baxışlar bunlardır: 1. Qadının bəzənmiş üzünə baxmaq. 2. Qadının bər- bəzəyinə (qızıl və...) baxmaq. 3. Tanış qadının hicabsız şəklinə baxmaq. 4. Reybə (harama düşmək qorxusu) ilə baxmaq. 5. Naməhrəm kişinin bədəninə baxmaq (üz və əllərdən başqa). Əlbəttə bu məsələ barəsində mərcələr arasında fikir ayrılığı var ki, 4- cü nömrənin izahında açıqlandı. 6. Naməhrəm qadının bütün bədəninə baxmaq (üz və əlin biləyəcən olan yerindən başqa). 7. Şəhvətlə baxmaq (hərçənd üz, əllər və ya eyni cinsin bədəninə olsa da).[5]

Aşağıdakı iki suala diqqət etmək, məsələnin daha aydın olması üçün əhəmiyyətlidir:

Sual: 1: Evlənmək istəyən şəxs qadınların üz və tüklərinə (məsələn küçədə) onlardan birini bəyənib və sonra elçi göndərmək üçün ləzzət qəsdi olmadan baxa bilərmi?

Cavab: Bütün mərcələr: Belə baxmaq cayiz deyil.[6]

İzah: Qadının bədəninə onunla evlənmək məqsədi ilə baxmağın şərtləri var. Qeyd olunan sual bu məsələdən xaricdir.

Sual 2: Libas və mantonun üstündən naməhrəm qadının bədəninin qabarıq yerlərinə (sinə və arxa kimi) baxmaq cayizdirmi?

Cavab: Bütün mərcələr: Əgər ləzzət qəsdi ilə olsa və ya günaha düşməkdən qorxsa, bu yerlərə baxmaq olmaz.[7]

Yuxarıdakı suallara diqqət etdikdə, anlayırıq ki, evlənmək niyyəti ilə hətta ləzzət qəsdi olmadan qafınların üz və əllərinə baxmaq (məsələn küçədə) və həmçinin naməhrəm qadının bədəninin qabarıq yerlərinə (sinə və arxa kimi) libas və mantonun üstündən baxmaq cayiz olmadığı zaman, naməhrəmin qadağan edilmiş və hətta cayiz yerlərinə cinsi ləzzət qəsdi və şəhvətlə baxmaq, haram olmalıdır.

Amma küçə və iş yerində çarəsiz və məcbur qalıb naməhrəmlə qarşılaşdığınız və naməhrəm qadının münasib bir hicabı olmadıqda, müqəddəs şəriətə əsasən, ilk baxış və qarşılaşmada, günaha düçar olmursunuz.

Amma baxmağınıza davam etdikdə, günaha düçar olacaqsınız.

Bununla belə, mümkün qədər və ehtiyac olmadıqda günah və harama düşməyə şərait yaradan yerlərdən keçmək və elə yerlərə getməkdən çəkinməyinizi məsləhət görürük.



[1] - Nur surəsi, ayə 30.

[2] - Nur surəsi, ayə 31.

[3] - Bihar, cild 101, səh 40.

[4] - Bu barədə təqlid mərcələri arasında fikir ayrılığı var. Aşağıdakı suala diqqət edin: Sual: Qadının naməhrəm kişinin qolunun dirsək və dirsəkdən yuxarı hissəsinə baxmasının hökmü nədir?

Cavab: İmam Xomeyni, Safi; cayiz deyil.

Bəhcət: Ehtiyat vacibə əsasən cayiz deyil.

Təbrizi, Sistani, Fazil, Məkarim, Nuri və Vəhid: Əgər ləzzət qəsdi və günaha düşmək qorxusu olmadan olsa, iradı yoxdur. Baxın: Tələbə risaləsi, baxmağın hökmləri, səh 202.

[5] - Baxın: Tələbə risaləsi: Baxmağın hökmləri, səh 197.

[6] - Məkarim, Təliqətun ələl- ürvə, m 26, və istiftalar, cild 1, səh 816, Fazil, Təliqətun ələl- ürvə, cild 2, ən- nikah, m 26, Safi, Hidayətul- ibad, cild 2, ən- nikah, m 28, İmam, Tıhrirul- vəsilə, cild 2, ən- nikah, m 28, Sistani, Minhacus- salihin, cild 2, ən- nikah, m 28, Təbrizi, siratun- nicat, cild 6, m 948, Dəftər: Vəhid, Tələbə risaləsi, Baxmağın hökmləri, səh 201.

[7] - Baxın, İmam, İstiftalar, cild 3, (hicabın hökmləri), səh 27, Sistani, istani org, (hicab), səh 5, Fazil, Cameul- məsail, cild 1, səh 708, Məkarim, İstiftalar, cild 2, səh 153 və 1023, Nuri, İstiftalar, cild 2, səh 679, Təbrizi, Siratun- nicat, cild 1, səh 907, Safi, Cameul- əhkam, cild 2, səh 1694 və 1729, Xamineyi, İstifta, səh 559- 618, Əl- ürvətül- vüsqa, cild 1, m 16, Dəftər: Vəhid və Bəhcət. Tələbə risaləsi, Baxmağın hökmləri, səh 202.

Ətreaflı cavab
Бу суалын изаһлы ҹавабы јохдур.
Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163824 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    158959 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118703 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    111839 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    105521 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92546 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54109 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    49313 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    44898 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44348 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...