Ətraflı axtarış
Baxanların
7980
İnternetə qoyma tarixi: 2012/04/10
Sualın xülasəsi
Ramazan hansı mənayadır və onun həqiqəti nədir?
Sual
Ramazan hansı mənayadır və onun həqiqəti nədir?
Qısa cavab

“Ramazan” lüğətdə şiddətli hərarətə, habelə günəşin hərarətinin çox olduğuna görə daşın qızıb hərarətli olmasına deyilir. Həm də deyilmişdir ki, “səhradan şəhərə qayıtmaq” mənasına olan “hərr” kökündən alınmışdır. Termində isə Ramazan qəməri tarixinin 9-cu ayı, islamda orucluq ayı və Quranın nazil olma ayıdır. İmam Səccad (əleyhis-salam) Ramazan ayının vəsfində buyurur: “Həmd-səna o Allaha olsun ki, Ramazan ayını hidayət yollarından biri kimi qərar verdi. Bu ay orucluq ayı, islam ayı, ruhi və mənəvi paklıq ayı, imtahan və sınaq ayı, qiyam ayıdır; elə bir aydır ki, camaatı hidayət etmək üçün Quranı bu ayda nazil etmişdir... və o haqqı batildən seçəndir.”

Deməli, mübarək Ramazan ayı insanın ruhən və mənən paklanması, ilahi əxlaq ilə zinətlənməsi ayıdır. Bu ayın batini və həqiqəti isə insanın “öz”ündən azad olaraq Allah görüşünə nail olması, heyvani yöndən azad olaraq ilahi bir həyatla dirilməsidir.

Ətreaflı cavab

“Ramazan” lüğətdə şiddətli hərarətə, habelə günəşin hərarətinin çox olduğuna görə daşın qızıb hərarətli olmasına deyilir. Həm də deyilmişdir ki, “səhradan şəhərə qayıtmaq” mənasına olan “hərr” kökündən alınmışdır.[1]

Buna əsasən, rəməzə kökündən alınan “irtimazən minəl-hüzn” dedikdə məqsəd budur ki, bir şəxsin batini qəm-qüssədən yandı. Yaxud “irtimazən lifulanin” dedikdə məqsəd budur ki, filan şəxs qəm-qüssəyə düçar oldu. Həmçinin “irtimazən – rəməzət kəbiduhu” dedikdə məqsəd budur ki, onun ciyəri xarab oldu, sanki, müəyyən bir xəstəlik onun ciyərini yandırıb xarab etmişdir.[2]

Termində isə, Ramazan ərəblərin doqquzuncu ayı, islamın oruc tutmaq ayıdır ki, Quran ondan nazil olmuşdur شَهْرُ رَمَضانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ ....[3]

 

Mübarək Ramazan ayının batini və həqiqəti

Varlıq aləmində olan hər bir şeyin həqiqəti və batini vardır. Çünki dünya yüksək (mücərrəd) aləmlərin tənəzzül etmiş formasıdır; dünya aləmində olan hər bir şey məna aləmində olanların nümunəsidir. Dünyada “din və ibadət göstərişləri” kimi zahir olan hökmlər və ilahi qanunların da batini və sirləri vardır. Əşyalar, zamanlar və məkanlar da batini həqiqətə malikdir. O zamanlardan biri də İslam mədəniyyətində ilin ən möhtərəm və mühüm aylarından biri olan mübarək Ramazan ayıdır. Bu ay müsəlmanlar üçün ibadət, ruhi və mənəvi paklıq ayı kimi tanınır. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in təbiri ilə onu “Allah ayı” adlandırırlar.[4]

İmam Səccad (əleyhis-salam) “Səhifeyi-Səcadiyyə” kitabında mübarək Ramazan ayının pişvazına getməyi çox gözəl bəyanla bəyan və onun həqiqətini aşkar etmişdir. Biz bu məqalədə onun cüzi bir hissəsini qeyd edirik. İmam (əleyhis-salam) bu duada əvvəlcə ilahi dinə hidayət etdiyinə, ibadət və bəndəlik nemətini insanlara verdiyinə görə Allaha şükür edir, sonra deyir: “Həmd-səna o Allaha məxsusdur ki, Ramazan ayını hidayət ayı ünvanı ilə Öz ayı qərar verdi: Oruc ayı, İslam ayı, (ruhi mənəvi) pakıq ayı, bəndələrin imtahana və sınağa çəkilməsi ayı və qiyam ayı qərar verdi. Bu elə bir aydır ki, Quran onda nazil olunmuşdur və bu kitabda  insanların hidayəti, haqqın batildən seçilməsi və hidayət üçün aşkar nişanələr vardır. Buna görə də (Allah) bu ayın sair aylardan üstünlüyünü çoxlu ehtiramlar və aşkar fəzilətlərlə aydınlaşdırdı.”[5]

Mübarək Ramazan ayının “islam ayı” və “Quranın nazil olma ayı” kimi ifadələrlə vəsf edilməsi göstərir ki, imam Səccad (əleyhis-salam)-ın və Əhli-beyt məktəbinin nəzərində mübarək bu ay islam həqiqətinin cilvələnməsi, yəni Allah-taalanın qarşısında qeydsiz-şərtsiz şəkildə təslim olmaq üçün bir meydandır. Bu meydan elə bir imkan yaradır ki, bəndələr Allahın əmrinə itaət və Onun razılığı xatirinə özlərinin hətta təbii və halal istək və ehtiyaclarından belə göz yumsunlar, misilsiz Xaliqin əzəmətli dərgahında “bəndə” ünvanı ilə boyun əysinlər. Bu bir aylıq məşq ilin qalan günlərində iradənin gücləndirilməsində, nəfsin cilovlanmasında, nəfsani istəklərin qabağının alınmasında çox faydalı və gözəl bir məşqdir. Çünki bir ay ərzində Allahın göstərişinə itaət edərək halal istəklər müqabilində müqavimət göstərən, yalnız Onun razılığı üçün öz təbii istəklərindən güzəştə gedən və misal üçün, yeyib-içməkdən çəkinən bir şəxs ilin digər on bir ayında da şeytani vəsvəsələrin, əmmarə nəfsinin yersiz istəkləri müqabilində müqavimət göstərməyə qüdrətli olacaq və nəticədə təqva və qurtuluş əhli olacaqdır.

Mübarək Ramazan ayı ruhi və mənəvi paklıq ayıdır. Allahın bəndəsi bu ayda heyvani və maddi meyllərdən uzaqlaşır. O, oruc tutmaqla fiziki orqanizmini paklamaqdan əlavə, öz ruhunu da paklayır ki, ruhi paklıq, mənəvi yüksəliş və tərəqqi aləmində Allahın hidayət bəxşedən nurlarından bəhrələnsin.

Demək olar ki, mübarək Ramazan ayının həqiqəti aşağıdakılardan ibarətdir: İnsanın “öz”ündən – heyvani özlükdən azad olması, ilahi “öz”lük əsasında yenidən təvəllüd. Mübarək Ramazan ayı insanın ilahi əxlaqa zinətlənməsindən, onun həqiqəti və batini isə ilahi görüşə nail olmaqdan ibarətdir. Bir hədisdə Allah-taalanın belə buyurduğu deyilir: اَلصَّوْمُ لِي وَ أَنَا أَجْزِي بِه “Oruc Mənə məxsusdur və Mən Özüm onun əvəzini verəcəyəm!”[6]

Bəziləri bu rəvayətdəki “əczi” kəlməsini أُجْزَي  “ucza” kimi – məchul fel şəklində oxuyurlar və mənası belə olur: “Oruc Mənə məxsusdur və Mən Özüm onun mükafatıyam.” Heyf olsun ki, insan özünə, Allahdan qeyrisinə, bir sözlə, dəyişib zavala uğrayan hər bir şeyə ürək bağlayır. Allahdan qeyri hər bir şey dəyişilir və zavala məruz qalır. Bunlar da insanın həqiqi mükafatı ola bilməz. Oruc tutan şəxsin mükafatı Allahla görüşdür.[7]

 


[1] İbni Mənzur, Məhəmməd ibni Mükrəm, “Lisanul-ərəb”, 7-ci cild, səh. 160, üçüncü çap, “Darus-sadir”, Beyrut, 1414-cü qəməri il

[2] Məhyar, Rza, “Ərəb-fars əbcəd lüğəti”, səh. 41, bi. ta, bi. ca

[3] “Bəqərə” surəsi, ayə: 185; Qurəşi, Seyid Əli Əkbər, “Qamusi Quran”, 3-cü cild, səh. 123, altıncı çap, "Darul-kutubil-islamiyyə", Tehran, 1371-ci şəmsi il

[4] Şeyx Səduq, “Əmali”, səh. 93, “İslamiyyə” kitabxanasının nəşriyyatı, 1362-ci şəmsi il

[5] “Səhifeyi Səcadiyyə əl-kamilə”, Şərani, Əbul-Həsən, 44-cü dua, səh. 206, “Qaimi Ali Məhəmməd” (səlləllahu əleyhi və alih) nəşriyyatı, 1386-cı şəmsi il

[6] Şeyx Səduq, “Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh. 75, “Camieyi müddərisin”in nəşriyyatı ,Qum, 1413-cu qəməri il

[7] Cavadi Amuli, Əbdüllah, “İbadətlərin hikməti”, səh. 33, 131-135, 145-147, “İsra” nəşriyyatı, Qum, birinci çap, 1378-ci şəmsi il

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...