Please Wait
6645
Əgər haizin adət günlərini üç hissəyə bölsək və birinci hissədə onunla qubuldan (qabaqdan) cima olunsa, ehtiyat vacib budur ki, 18 noxud qızıl kəffarəni fəqirə versin. Əgər ikinci hissədə baş verərsə 9 noxud, əgər üçüncü hissədə baş verərsə, gərək 4,5 noxud qızıl versin.[1] Hər 18 noxud qızıl bir şəri misqala, yaxud 4,5 qrama bərabərdir.[2]
Xatırladırıq ki, yuxarıdakı hadisənin kəffarəsi barəsində alimlərin arasında fikir ayrılığı vardır. Bu barədə ətraflı məlumat almaq üçün vərəqaltı haşiyəyə müraciət edə bilərsiniz.
Ayətullah Məhdi Hadəvi Tehraninin (damət bərəkatuh) cavabı:
“Haizin adət (aybaşı) günlərində onunla yaxınlıq etmək haramdır. Bu əməlin tövbə etməkdən başqa heç bir kəffarəsi yoxdur. Amma ehtiyat budur ki, əgər adətin əvvəllərində yaxınlıq etsə, bir dinar (qızıl pul), əgər adət günlərinin ortasında yaxınlıq edərsə yarım dinar və əgər adət günlərinin axırlarında yaxınlıq edərsə dinarın dörddə biri qədər kəffarəni fəqirə versin. Dinar 4,5 qram qızıla bərabərdir.”