Please Wait
7904
Şiənin əqaidi tovhid, ədalət, məad, nübuvvət və imamətdən təşkil olunmuşdur. Baxmayaraq ki, ədalət Allahın sifətlərindən biridir və tovhid bəhsində izah edilmlədir. Lakin böyük əhəmiyyət kəsb etdiyindən ayrıca izah edilir.
Amma əhəmiyyətli olmasının səbəb ondan ibarətdir ki, ədalət sifəti ədliyyə (şiə və mötəzilə) kəlamı ilə əşairə qrupunun kəlamının ayrılmasına səbəb olur. Bu sifətin isbat və rədd edilməsi fərli və ziddiyyətli nəticələrə gətirib çıxarır. Əlbəttə əşairə Allahın ədalətini rədd etmir. Daha doğrusu ədalət Allahın hansı əməli yerinə yetirərsə ona deyildiyini söyləyir. Baxmayaraq ki, ağıl nəzərində bu zülm olsa belə!
Əhli- beyt məktəbinin əqidə üsulları tovhid, nübuvvət, ədalət, imamət və məad məsələlərindən ibarətdir. Bütün müsəlmanlar tovhid, məad və nübuvvətdə həmfikirdirlər. Lakin ədalət və imamət məsələsində on iki imam şiəsi ilə digər İslam firqələri arasında (mötəzilədən savayı ki, ədalət məsələsində şiə ilə həmfikirdir) ixtilaflar mövcuddur.
Doğrudur, ədalət Allahın sifətlərindəndir və istilahi cəhətdən tovhidə ədalət və Allah təalanın digər sifətləri daxildir. Lakin ədalət məsələsi çox mühüm olduğundan, əşairə ilə ədliyyənin (imamiyyə şiəsi ilə mötəzilə İlahi ədalətə inanırlar) ayrılığına səbəb olmuşdur. Bunun bir çox təsirləri vardır. Ədaləti ayrıcana bəhs edərək, əqaidin üsullarından biri kimi qeyd etmişlər. Dünya İslamı kəlamı cəhətdən üç qrupa bölünürlər: Əşairə, mötəzilə və şiə. Şiə və mötəzilə İlahi ədalətə inandıqlarından “ədliyyə” adlanırlar. [1]
Ədalətin mənası:
Ədalətə etiqad hüsn və qobhe əqli (yəni, yaxşı və pisin zatı cəhətdən əqli olması) ilə sıx bağlıdır. [2] Ədliyyə inanır ki, Allah təalanın təkvini və təşrii fellərinin əlaqəsi hüsn və qobh əqli ilə xarakterizə edilir. İnsan ağlı müəyyən səviyyədə hüsn və qobh (yaxşı və pis) felləri dərk etməyə qadirdir. Yəni Allah pis iş görmür. Bu (Allah qorusun) o demək deyil ki, Allaha əmr və qadağan edilsin. Daha doğrusu bu o deməkdir ki, Allah təala üçün pis iş görmək mümkünsüzdür. Əlbəttə mötəzilənin bu barədə nəzərlərinin çatışmamazlıqları vardır ki, öz yerində bəhs edilməlidir. Lakin “şiənin əqidəsi məsumların arxasınca getməklə belədir”. [3] Bu tozihlə ədalət Allahın sabit kamal sifətlərindəndir. [4] Yəni Allah zülm etmir, pis və sağlam ağıla zidd olan işlər görmür. [5] Ədliyyə yaxşı və pisin əqli olmsı qaydası ilə bir çox kəlam qaydalarını, məsələn: Səxavətliyə şükrün vacibliyi ilə lütf qaydasını, cəbr və ixtiyar məsələsini və onun nəticəsini isbat etmişdir. [6]
Əşairə, tarix və əqaid:
Əşairə Bəsrə əhalisindən olan “Əbul Həsən Əşəri”-nin tərəftarlarına deyilir. O illərlə Əbu Əli Cəbainin (Şeyx Mötəzile) böyük şagirdlərindən olmuşdur. Amma ustadla ayrılaraq yeni kəlami İslam məzhəbi təsis etdi. Onun ayrılmasına səbəb olan ixtilaflar ədalət və Qurani- Kərimin yaradılması bəhsləri olmuşdur. Bu ayrılıq hicri ili ilə 300- cü ildə baş vermişdir. [7] Əşərilərin metodu mötəzilənin metodu müqabilində ki, dəlil və kəlam idi, “əhli- sünnət” məzhəbini təqul edərək gücləndirdi. İslam cəmiyyətlərinin əksəriyyəti əhli- sünnət məzhəblərindəndirlər və əşəridirlər. [8]
Bu kəlam məktəbinin digər əhli- sünnət məzhəblərini üstələməsi və istilasının səbəbi siyasi hədəflərlər ücbatından olmuşdur. Abbasilər dövlətinin, Mütəvəkkilin zamanından Muqtədirin zamanına qədər (295- 320- ci illə) mötəzilə və əqlçilərə təzyiqləri davam etmişdir. Bu ara zamanda (295- 320) Əbul Həsən Əşəri etizal məktəbinə tövbə edərək, hədis əhli məktəbinə dail oldu. Bu əqidə də Abbasi xəlifələrinin və səlcuq hökmdarlarının qəbul və təsir etdikləri bir əqidə olmuşdur. [9]
Əşərilərin əqaidi:
Əbul Həsən Əşəri öz kəlamını dörd bünövrə üzərində və hər bünövrəni on əsasda yaratmışdır ki, bunların bəzi üsulları bizim bəhsimizə aid olduğu üçün bəyan edirik: [10]
Allah- təala bəndələrin əməllərinin yaradıcısıdır.
Allah- təala pis iş görə bilər.
Allah- təala günahsız insanlara əzab verə bilər.
İtaəti vacib olan imam olmadığı halda zamanın hakiminin əhkamına itaət etmək lazımdır.
Böyük günah sahibi əgər tövbə etmədən dünyadan köçərsə onun hökmü Allahdadır. Allah onu ya rəhməti ilə bağışlayar yaxud da peyğəmbərinin şəfaətinə çatdırar.
Həmçinin deyirlər: Ağılda əşyaların yaxşı və ya pis olmasına dəlalət edən bir şey yoxdur. Daha doğrusu şərin bildiyi hər hansı yaxşı işlər gözəl, şərin pis hesab etdiyi hər hansı işlər çirkindir. Yəni Allah həqiqi mömin insanı cəhənnəm atəşində yandıra bilər. Yaxud günahkar bir şəxsi cənnətə daxil edə bilər. Bütün bu batil inanclar yaxşı və pisin əqli olmasını rədd etməklə və təbii olaraq İlahi ədaləti inkar ilə fərdi və ictimai həyata təsir etmiş və İlahi ədalətə inanan alimlərin ədaləti əqaidin üsullarından birinə çevirmələrinə səbəb olmuşdur.
Qeyd etmək lazımdir ki, əşərilər Allahın ədalətini inkar etmirlər. Amma onların inancında ədalət yəni Allah nə edirsə odur və ağıl onu müəyyən edə bilməz.
Əlaqəli indeks: Məfhume ədl dər Üsuliddin, sual 10101.(sayt: 10095).
[1] - Amuzeşe əqaid, Ayətullah Misbah Yəzdi, səh 161.
[2] - Miləl və nəhl, Ayətullah Sübhani, cild 2, səh 332.
[3] - Amuzeşe əqaid, səh 162.
[4] - Bədayətul məarifdən tərcümə, cild 1, səh 112.
[5] - Üsuli şie və üsuliha, Şeyx Muhəmməd Hüseyn Al Kaşifəl Ğitai, səh 74.
[6] - Həmin mənbə, səh 75.
[7] - Fərhənge ferəqe İslam, Muhəmməd Cavad Məşkur, səh 54.
[8] - Həmin mənbə, səh 56.
[9] - Həmin mənbə, səh 56 və Meləl və nəhl, Ayətullah Sübhani, cild 2, səh 31.
[10] - Fərhənge ferəqe İslam, səh 56, 57 və 58.