Ətraflı axtarış
Baxanların
8802
İnternetə qoyma tarixi: 2010/09/29
Sualın xülasəsi
Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və fərqlər var? bütün elimlərin kökünün Quranda olması, düzdürmü? Bu məsələ nə qədər doğrudur?
Sual
Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və fərqlər var? bütün elimlərin kökünün Quranda olması, düzdürmü? Bu məsələ nə qədər doğrudur?
Qısa cavab

Elmin üç mənası və iki istilahı var:

Bəzən bilmək mənasındadır, bəzən bilik mənasında, bəzən də bilinmiş mənasındadır. Bu üç mənadan, birincisi məsdər mənası, ikincisi ismi məsdər, üçüncüsü isə vəsfi məfuldur.

Elmin (knov l edge) iki istilahı var: Bəzən mütləq elm və düşüncə qəsd olunur, istər həqiqətə uyğun olsun ya olmasın. Bəzən də ondan məqsəd, həqiqətə uyğun olan düşüncədir.

Elm və dinin ziddiyyəti məsələsində, elimdən məqsəd təbii elimlərin kəşfləridir ki, təcrübə əsasında fiziki şeylərin və hadisələrin təhlili ilə məşğul olur.(science)

Axırıncı mənaya əsasən, Xiristian dünyasında müqəddəs kitabların öyrətdikləri ilə təbii elimlərin kəşfləri arasında ziddiyyətin yaranmasına baxmayaraq ki, bunların hamısı müqəddəs kitabların təhrifindən yaranmışdır, amma islam dünyasında yeni elmin kəşfləri Qurana zidd olmamaqdan əlavə, Quran elə məsələlərdən xəbər verir ki, yeni elm təcrübənin köməkliyi ilə onları isbat edə bilmişdir. Bu məsələlər Quranın elmi möcüzələrinin bir gissəsi sayılır. Amma təəssüflər olsun ki, bu məsələ bir dəstənin təfsir qanunlarına diqqət etmədən və qəti elmi nəzəriyyələrlə elmi fərziyyələr arasında fərq qoymadan, Quran ayələrini elmi fərziyyələrlə tətbiq etmələrinə səbəb oldu və bu böyük bir səhvdir. Bizim əqidəmiz budur ki, Quran hidayət kitabıdır və insanların bu məsələdə nəyə ehtiyacları olubsa, onu bəyan etmişdir.

Əgər bəzən elmi məsələlərə işarə edirsə, bu sahəyə kömək etmək üçündür və Quranın möcüzələrindən sayılır.

Əlbəttə, Quranın haqq olması və üstünlüyü üçün, bütün elimlərin Quranda gəlməsini iddia etməyi zəruri bilmirik. Baxmayaraq ki, Quran çoxlu tanınmamış məsələləri özündə saxlayır və hər zamanda onun bir qismini bəşər kəşf edə bilir. Amma əqlin müxtəlif mənaları var və bizim əqldən məqsədimiz, kulliyyat və məfhumları dərk etməyə gücü çatan bir qüvvə və gücdür.

İlk günlərdən elə, Məsihi dünyasında bəzi şəxslər məsihi əqidəsinə ağılın töhfələri ilə uyğun olmadığını və heç bir yerə yozulmayacağını başa düşdülər. Ona görə də bir dəstə iman və əqli bir- birindən ayrı iki baxışda araşdırdılar. Amma İslam dünyasında, ağılın xüsusi bir yeri var. Quran dəfələrlə camaatı ağıla və düşünməyə həvəsləndirmişdir. Etiqadlar sahəsində, ağıla əsaslanmayan əqidəni qəbul etmir. Əhkam və dinin quru hissəsində də, ağılı hökümləri istinbat etməyin mənbələrindən saymışdır. Hətta belə deyilib, əgər bir yerdə ağıl qəti nəzərə və istidlala əsasən elə bir məsələyə yetişə ki, dinin mətnlərinin zahiri ilə uyğun olmasa, mətinlətin ağılın xeyrinə dəyişilir. Əslində mətnin məqsədi ağılın yolu ilə açıqlanır.

Din, əqaid,əxlaq və insanları tərbiyələndirmək və cəmiyyətin işlərinin idarəsi üçün tənzimlənən və müxtəlif səthlərə malik olan biliklərdən ibarətdir.

Din ümumi qanunlar olraq, ilahi elm və lövhi məhfuzda həqiqətə malikdir. Bu ilahi xəzinədə olan şeylərin hamısı ya onun bir hissəsi zaman və məkan və sair mövqeylərinə uyğun olaraq, insanları hidayət etmək məqsədilə, Peyğəmbərlərə göndərilir və insanlar ağıl və rəvayətlərə müraciət etdikləri zaman aşkar olur. Sonda onun bir hissəsinin ümumiləşməsi və camaatın bir dəstəsinin dini formasını alması mümkündür.

Deməli, dini aşağıdakı mərhələlərdə xülasələndirmək olar:

1.     Nəfsul- əmri din

2.     Mursəl din

3.     Məkşuf din

4.     Nəhadi din.

Ətreaflı cavab

El kəlməsi üçün, üç məna qeyd olubdur: Bəzən elmin məsdər mənası var, yəni bilmək və tanımaq. Bəzən də ism məsdər mənası var, yəni bilik və tanışlıq. Bəzən isə məful və məful vəsfi mənasında, yəni nəzərimizdə olan bilinmiş. Bilinmiş o şeydir ki, biz onu anlamışıq.

Fars cümlələrində bəzən səhvən ya səhlənkarlıq üzündən, bilik kəlməsi, bilinmişə deyilir. Bu da bəzi cümlələrdə müğalitəyə səbəb olubdur. Məsələn: Biliyin təkamülündən ki, əslində mərifət sahəsində insanın özünün təkamülüdür, səhvən bilinmişlərin cövhəri dəyişikliyi və mərifət dənələrinin keyfiyyət cəhətdən inkişafı nəticəs alınıb. Halbuki, bu bilik ilə bilinmiş arasında olan səhvdən qaynaqlanın. Təkamül edən insanın biliyidir, nəinki, məlumat və digər biliklərin özü.

Elmin[1] iki istilahı var:

a)     Mütləq elm və düşüncə, həqiqətə uyğun olub- olmamasından asılı olmayaraq. Yəni insanların mərifətində zehni şəkil adıyla yaranan hər şey (Puperinin ikinci dünyası), və ya bir məsələ və xəbər kimi elm bazarında göstərilir ( Puperinin üçüncü dünyası)

b)     Məxsusən o düşüncə ki, həqiqətə uyğun olsun.[2] Elm və dinin ziddiyyəti məsələsində, elmdən məqsəd, təbii[3] elimlərdir.[4]

c)     Təcrübəyə əsaslanaraq fiziki şeylərə və hadisələrə məşğul olan elm, nəticədə bu istilah, elm (knov ledge) barəsində qeyd olan iki istilahdan fərqlənir.

Əql kəlməsinin müxtəlif mənaları var. bizim əqldən məqsədimiz, külli məfhumları dərk etməyə qüdrəti olan bir qüvvədir.[5] Əgər bu idrakda, istidlalın düzgün qayda və müqəddimələrindən istifadə etmiş olsa, aldığı nəticə də doğru olacaq.

Amma diqqət etmək lazımdır ki, ağılın dərk etmə əhatəsi külli məfhumlara aiddir. Və bundan qeyrisində, hiss kimi digər vasitələrdən istifadə olunur. Əlbəttə hissi idrakları təhlil etmək və onlardan nəticə almaq. Ağılın işidir. Ona görə də bəzən hiss xəta etdiyinə görə, ağıl da özünün nəticə almağında, səhvə düçar olur.[6]

Din kəlməsi: Din boyun qoymaq, xuzu, itaət, ardıcıllıq, təslim və cəza mənasındadır. Qurandabəzən bəşərin qəbul etdiyi qayda- qanuna[7] deyilib, bəzən isə batil dinlərə, məsələn Qibtilərin Bəni İsrail üzərində olan hakimiyyətini təmin edən, qayda- qanun məcmuəsinə[8] və ya Hicaz bütpərəstlərinin qarətçi qanunlarına,[9] din deyilmişdir.

Deməli, Quan nəzərindən, din insanları tərbiyə etmək və cəmiyyətin işlərini idarə etmək üçün olan, əqaid, əxlaq və qanunlar toplusudur. əslində. Din yaranışın danışan dilidir ki, onun əsas hissəsi, insanı və varlıq dünyasını tanımağa və insanın əbədi xoşbəxtçiliyə yetişməsinin yol və üslubunun formasına şamil olur. Yalnız Allah tərəfindən tənzimləndikdə haqdır,[10] çünki, yalnız onun dünya və insan barəsində lazımı tanışlığı var. Və qanunlarını insanın mövcud qabiliyyət və gücü barəsində doğru tanışlığa əsasən, qoyur.[11]

Elə ki, bizim din barəsində olan məqsədimiz, ilahi dinlərə məxsus oldu, onun üçün müxtəlif mərhələlər nəzərdə tutmaq olar.

1.     Nəfsul- əmri din: Yəni insanları xoşbəxtliyə doğruhidayət etmək üçün, ilahi elimdə olanlar. İnsanların cövhəri eyni olduğuna görə, bu nüsxə də birdənədir. Deməli hamıya şamil olan olub və zaman və məkan vəziyyətinə bağlı deyil.

2.     Mürsəl din: Yəni insanların hidayəti üçün, Allah tərəfindən Peyğəmbərlərə göndəriləndir ki, bir tərəfdən onun mənbəyi, nəfsul- əmri dindir. Ona görə də dünyaya şamil olan ünsürləri var, digər tərəfdən isə, müxatəblərin məkan və zaman mövqelərinə əsasən və dinin onlar üçün, göndərildiyinəslə uyğun olaraq, həmin zamana aid ünsürlərə malikdir.

3.     Məkşuf din: Yəni ağıl və nəqlə müraciət etməklə, məfşul- əmri dindən ya mürsəl dindən insanlar üçün aşkarlananlar.

4.     Nəhadi din: Yəni məkşuf dinin ümumiləşib və xasiyyətə çevrilib və camaatın bir qurupunun adəti formasını almış hissəsinə aid olur.

Quran "ان الدین عند الله الاسلام"[12] buyurduğu zaman, nəfsul- əmri dini nəzərdə tutur. İslam dini, dinlərin sonuncusudur. Deyildikdə, mürsəl din nəzərdə tutulur. Müxtəlif şəxslərin dininə diqqət edildikdə, məkşuf din nəzərdə tutulur.[13]

Bir dəstə dini sabit qalan, kitab və sünnət (mətn) bilirlər. Dini mərifəti də, kitab və sünnətə bağlı olan mərifət bilirlər, bunu təkidləyirlər ki, insanların zehinlərinə bağlı deyil və ümumi və haməya aid bir işdir, (Puperinin üçüncü dünyası) ona görə də dəyişiləndir.[14]

Amma diqqət etmək lazımdır ki, belə bir istifadə, yuxarıda qeyd olunan məsələlərə əsasən, din kəlməsini onun dərəcələrindən birinə məxsus etməkdir. Bundan əlavə, əgər din həmin kitab və sünnət olsa, nəinki ilahi elm, löhi məhfuz və həqiqi aləmdə olan və sabit olan xarici həqiqət, onda da belə demək olar: Dəyişiklik belə bir dinə də şamil olur. Onu bu işdən uzaq bilmək olmaz, çünki, kitab və sünnət nəfsul- əmr din barəsində danışır. Kitab və sünnətə olan, mərifət, başqa bir mərifətə olan elimdir. Kəlam, usul. Rical və din fəlsəfəsi elimlərində olab fərqli nəzərlərlə, kitab və sünnətin dairəsi dəyişilir. Məsələn: Əgər usul elmində siqənun (düz danışan) sözünü höccət və mötəbər bilsək, dairəsi deyilən mənaya, dəyişiləcək.[15]

Din qərb alimlərinin baxışında:

Qərbdə din barəsində olan təriflər adətən xüsusi bir baxışladır. Məsələn: Psixologiya alimləri belə deyiblər: Din insanların tənha qaldıqları zaman, onların təcrübə, iş və hissiyyatlarıdır, o zaman ki, özlərini ilahi adlandırdıqları şeyin qarşısında görürlər. (vilyam Ceymiz)

Sosiologiya alimləri tərəfindən din belə tərif olubdur: İnsanların düzəltdiyi inanc, əməl, adət və xasiyyətlər toplusudur. (Talkut Darsun).

Təbiət elmi alimləri nəzərindən, din əmr və nəhylər toplusudur ki, istedadlarımızın azad əməl etməsinə mane olur. (Raynax)

Dini nəzərdən, din bu həqiqətə etiraf etməkdir ki, varlıqların hamısı, bizim elm və mərifətimizdən yuxarı olan bir qüvvənin təcəllisidirlər. (Herbert Espenser).[16]

Bizim fikrimizcə, hərtərəfli tərif bu cümlədə gəlibdir: Din son həqiqət məfhumu ətrafında nizam- intizama salınan, etiqad. əməl və hissiyyat (fərdi və cəm) toplusundan təşkil olmuşdur.

Etiqadlar, doğru və yalanı qəbul edən xəbərlərdir. Hər dinin etiqadları, o dinin qəbul etdiyi xüsusi əmələri və əlaqələri yozur.[17] Nəticə budur ki, elm tərəfindən birinə əsasən, həqiqətə uyğun olan düşüncədir. Baxmayaraq ki, qəlbdə elm və dinin ziddiyyətindən ya əlaqəsindən bəhs edən zaman, təbii elimlərə məxsus (science) işlənir və aöıl da ümumi şeyləri dərk etmək qüvvəsidir. Din, Peyğəmbərlər vasitəsilə və vəhy yolu ilə camaata yetişən ilahi hidayətlər toplusundan ibarətdir.

Bu üç nəzərin arasında olan fərq və təzadları araşdırmaq üçün, bəhsi iki başlıqla açıqlayırıq:

1.     Ağıl və din (Ağıl və iman)

Məsihi maarifində, Həzrət Məsih (ə) ın dilində təhrif olduğuna görə, belə hiss olundu ki, ağılın qəbul etdikləri ilə məsihi etiqadları arasında ziddiyyət və uyğunsuzluq var. Bunun ardınca alimlər arasında iki əsas sual açıqlandı ki, ağılın din çərçivəsində yeri var ya yox? Baxmayaraq ki, heç kəs imanı anlamaq üçün ağıldan istifadə etməyə bir söz deməyib, amma əsas sual budur ki, ağılın imanın təsir sahəsində nə yeri var? Yəni insanın imanının doğruluğuna qane edici dəlilləri üç fikir formalaşdı:

a)      İfratı ağıl tərəfdarlar: Yəni kafi olmayan bənzətmələrə əsasən qəbul olunmuş hər bir etiqad, tənqid və etiraza layiqdir. Dini etiqadlar sistemi o zaman qəbul olunur ki, onu doğruluğunu isbat etmək olsun, belə ki, aqil insanların hamısı qane olsun.

Keliford, İngilis riyaziyyatçısı və can, Lak belə bir əqidədə idilər. Akvians da deyirdi ki, məsihiliyin həqiqətini, dəqiq əqli araşdırmalarla, qane edici formada aydınlaşdırmaq olar. Amma ağıl və imanın yolu ayrıdır. Biz imanın ardınca getməliyik, nəinki ağıl Suin Bernin fikri də ifrati ağıl tərəfdarlarına çox yaxındır.

b)     İman tərəfdarları: Bu nəzəriyyə, dini etiqad sistemlərini ağıl cəhətdən araşdırmaq mövzusu bilmir. Dini etiqad sistemlərinin elə əsaslı olduğunu iddia edirlər ki, onları isbat etmək üçün heç bir möhkəm bir şey tapmaq olmaz. "Kirke Qard"[18] bu nəzəriyyənin sahibi idi. O ağılın imanla zidd olduğunu idia edirdi.

Amma bu nəzəriyyə, bu məsələdən xəbərsiz idi ki, xalis bir möminin etiqadları bu mənada əsaslıdır ki, onun həyatı üçün hərtərəfli və əsaslı bir yol göstərən ələ verilər və onun üçün hədəf və dəlillər yaradırlar. Amma bu işdən, bu etiqadların əsaslı olmasını nəticə almaq olmaz. Bu mənaya ki, şəxsin digər etiqad və məlumatlarından daha məlum və daha çox dəlalət edəndir.

c)      Tənqidçi ağıl tərəfdarları: Bu nəzəriyyə bunu açıqlayır ki, dini etiqad sistemlərini, ağıl sahibləri tənqid və araşdıra bilər və etməlidirlər. Baxmayaraq ki, belə sistemlərin tam isbatı mümkün deyil.

Bu üslubda, birinci hamı üçün isbat etmək yerinə, müəyyən şəxslər üçün isbat etməklə kifayətlənib. (Corc Mavods deyirdi: İsbat etnək məfhumunu müəyyən şəxsə bağlı olduğunu bildirmək lazımdır.)

İkinci: Heç vaxt əminliklə hökm vermək olmaz ki, dini etiqadların həqiqət və etibarı barəsində olan bəhs, son nəticəyə yetişmişdir. Bu termin müəyyən qədər Puerin nəzərində olan terminə uyğundur.[19]

Amma İslamda, aöıl dini tanıma mənbələrindən hesablanmışdir. Etiqadi[20] bəhslərdə ilk söz aöılındır. Bu o qədər mühümdür ki, təqlid üzündən və dəlil qəbul olunan əqidə, dəfələrlə Quranda[21] pislənib və tənqid olunmuşdur.[22] Hətta qəti nəzərə görə, kitab və sünnətin zahiri hökmü ağılın xeyrinə dəyişilir.

Hökm və fiqhdə də, ağıl fiqhin və hökmü ələ gətirməyin mənbələrindən biri sayılır. Yəni ağılın dəlil yolu ilə və yəqini formada ələ gətirdiyi aydın hökm və qanunlar, şəri hökümlər və dini mənaları kəşf etməkdə, bitişik və ayrı əsil göstəricilər kimi, dəxalətləri var.

Ağıl, həm nəfsul- əmri dinə əl tapmaq üçün bir vəsilədir və həm də mürsəl dini kəşf etmək üçün bir dəlildir, çünki nəfsul- əmri dinə üç yolla əl tapmaq olar.

a)     Xüsusi bir dəstəyə aid olan, vəhy və müşahidə yolu.

b)     Nəql, yəni vəhy və müşahidə yolu ilə aşkarlanan şeyin, açıqlanması.

c)     Ağıl.

Amma mürsəl dini kəşf etmək üçün iki yol var: Mötəbər nəql və ağıl. Əgər nəql, ağılın kəşf etdiyini açıqlasa, nəqli dəlilin irşadi olmasına dəlildir.[23]

Başqa sözlə, ağıl bəzi biliklərə nisbət meyar və digərlərinə nisbət, çıraq (işıq) və bəzi yerlərdə, şəriətin zəruriliyi ya şirkin batilliyi əsli kimi ki, bu yerlərdə vəhyin öz nəzərinibildirməsinə baxmayaraq, nəzər insanların ağıllarında saxlanılan xəzinələrdir. Həzrət Əli (ə) buyurmuşdur: "Peyğəmbərlər ağıl xəzinələrini camaata aşkarlamaq üçün gəliblər."[24] Burda ağıl vəhyin müqabilində deyil, əksinə ağıl və vəhy, ilahinin hidayətinin iki dərəcəsidirlər. Belə ki, vəhy ağıldan əvvəl və ağılda vəhyə nəzarət edəndir və onların hər ikisi ilahi höccətdirlər,[25] və heç biri digərinə qarşı çıxmır.

b) Ağılın çıraq olması: Ağıl şəriət hökümlərini ələ gətirməkdə, çıraq kimidir və höcciyyəti var. Quran, sünnət və icmanın kənarında fiqhi mənbələrdən sayılır.

Bu rol iki formada ifa olur: Bəzən icma kimi əməl edir, yəni icma məsumun sözünü aşkar etmək cəhətdən mötəbər və höccət olduğu kimi, ağıl da bəzən Quran sünnəti aşkar etmək üçün çalışır və bu yolda Quran və sünnətdən əxz olunmuş itaətkarcasına mənbələrdən istifadə edir (ağıla məxsus qeyri müstəqillər). Bəzən də ağılın mənbə və vəsilələrini şəri hökmü əldə etmək üçün, ortaya qoyur ki, bu halda Quran və sünnəti kimi əməl edir (ağıla məxsus müstəqillər).

d)     Ağılın açar olması, bu mənayadır ki, ağıl elə ki, çıraq kimi şəriətin hökm və qanunlarını özünün varlıq üfüqündə ümumi məfhumlar formasında, mücərrəd və sabit aşkar etdi, ondan sonra şəriətin məhdudlaşdırılmış yerinə girmək haqqı yoxdur. Məsələn: Ağıl yalnız məsumun sözünə istinad etməklə hökümlərin xüsusiyyətilə məşğul olmaq vəzifəsi var və bu həddən çox, ağılın öhdəsindən xaricdir.[26]

Hər halda, qeyd olunan yerlərdə ağılın hökmü, İslam nəzərindən qəbuldur. Təkcə doğru və yalanı qəbul edə bilən məlumatlarda (etiqadlar) ağılın təsdiq etməsinə ehtiyac yoxumuzdur, əksinə hökümlər (əməllər) və əxlaq bölməsində də, ağıl mənbələrdən sayılır. Bəli, qeyd olunduğu kimi, bəziyerlərdə ağıl öz nəzərini bildirə bilmir, məsələn, elə etiqadi məsələlər var ki, ağılın fövqündədirlər ki, belə yerlərdə, ağılın təsdiqinə ehtiyacımız yoxdur. Amma bununla belə, ağıl onları inkar etməməlidir. Axirətə aid məsələlər və xüsusiyyətlər bu qəbildəndir. Əslində, Peyğəmbərlərin hədəflərindən biri, ağıl yolu ilə onları tapmağın mümkün olmadığı şeyləri təlim etməkdir." یعلّمکم ما لم تکونوا تعلمون"[27]

Allah bu ayədə " یعلمکم ما لم تعلموا "buyurmadı: Yəni, sizin bilmədiyinizi öyrətdi" buyurmadı, əksinə belə buyurdu: "Elə bir şey sizə öyrətdi ki, sizin onu əldə etmək üçün heç bir yolunuz yoxunuz idi.[28]

2.     Elm və din

Bu barədə islamın nəzərini öyrənməmişdən öncə, bu məsələnin tapılma yerinə yəni, qərb dünyasına və qərb alimlərinin nəzərlərinə diqqət etməyimiz lazımdır.

Kilsənin elm əhli ilə, Qalilə və sair kimi mübahisəsi və kilsənin təcrübəli elimlərin alimləri ilə nalayiq yanaşmasında və digər tərəfdən, elmi faktların sabit olması macərasında, üç əsas məktəb və cərəyan qərbdə zühur etdi:

a)     Elm və dinin bir- biri ilə rəqabətini və hətta ziddiyyətini iddia edən məktəb və nəzəriyyə.

Bir dəstə ifrata varan məsihilər kimi, elm və dinin ziddiyyət məsələsində, müqəddəs kitabdan ələ gələn iddiaların əsas olduğunu dedilər. Digərləri isə onların əksinə, təbiət meyilli təkamül nəzəriyyəsinə üstünlük verirdilər və yəkamül həyatı nəzəriyyəsini qəbul etməklə, yalnız fiziki təbiətin həqiqət və reallığı var məsələsi ilə birlikdə, "Hakseli" kimi, məsihiliyi Allaha inanan formaları ilə inkar edir, və insanın heç bir gizli hədəfinin qarşısında olmadığını deyirdilər.

b). Bu iki məktəbin müxtəlif nəzərlərdən biri- birindən fərqli olduğunu iddia edən nəzəriyyə. Navar Todoksi, dini eqzestansialism, pozotivismvə camaat arasında yayılmış dilə əsaslanan fəlsəfə, bu dəstədən sayılırlar.

Karl Bat ki, Navar Todoksi idi, deyirdi: Mövzu baxımdan ilahiyyatın mövzusu, Allahın Məsihdə təcəlli etməsidir, amma elmin mövzusu, təbiət aləmidir. Üslub baxımdan, Allahı yalnız təcəllisi yolu ilə bizə tanıtdırmaq olar, amma təbiətin təsir sahəsini insanların ağlının köməyi ilə tanımaq olar. Dinin hədəfi, insanı Allahla qarşılaşmağa hazırlamaqdır, amma elmi mərifət, təcrübə dünyasına hakim olan nümunələri tanımağın ardıncadır. Deməli bu iki sahə, üç cəhətdən bir- birindən fərqlənirlər və ona görə də bir- birinə qarışmırlar.

Kirke Qard ki, eqzistansialismin əsasını qoyanlardan sayılır, deyirdi: "Elmi mərifət, qeydi şəxsi və həqiqi mərifətdir, amma dini mərifət, dərin zehni və şəxsi mərifətdir."

Elmin mövzusu, maddi əşyalar və onların işlənməsi və roludur. Dinin mövzusu isə, şəxsi və əxlaqi həqiqətlərdir. Dini mərifətin hədəfi, mömin ilə Allah arasındakı rabitəyə düyünlənib. Dini, şövq və hissiyyatsız bir elmi terminlər çərçivəsində düşünmək olmaz.

Pozitivismin əqidəsi budur ki, elmi nəzəriyyələri digərlərindən fərqləndirən xüsusiyyətlər bunlardır: Ümumi imtahanı qəbul etmə və təcrübə. Ona görə də elm, mərifət əldə etməyin tənha ağlasığan üslubudur. Yalnız təcrübi reallıqlar, mənalı dilin qayıtmaq yeridir. Dinin dili əsasən Allah ruh və ruhun əbədiliyi kimi qeyri təcrübi reallıqlara, şamil olduğundan, mərifət cəhətdən etibarsiz və mənasızdırlar. Vitqenişteyn ki, onun fəlsəfəsi insanlar arasında yayılmış dilə əsaslanır, belə deyirdi: dilin müxtəlif işlədilmiş mənaları var. elmi dilin hədəfi, bir növ uzaq görənlik və kontrol etməkdir. Amma ilahiyyatda, dil dua və rahatlıq əldə etmək kimi məqsədlər üçün işlədilir. Deməli elm və din, mövzu, üslub və hədəfləri fərqli olan, bir- birindən tam fərqli və ayrı iki fəaliyyət sayılırlar.

c). Elm və dinin arasında etibarlı bağlılığa etiqadlı olan nəzəriyyə, baythed dini və elmi təcrübələrin məlumatlarına əsasən, reallıq barəsində hərtərəfli bir izah verməyə çalışdı. Mekki deyirdi: Elm və ilahiyyat vahid mövzular üçün, fərqli üslub və hədəflərə əsasən, fərqli açıqlamalar verməyə çalışırlar. Elm hadisələrin səbəbləri ardınca, ilahiyyat isə hadisələrin mənalarınıtapmağın ardıncadır. Ona görə də, ən kamil mümkün olan düşüncəni əldə etməyimiz üçün, həm kəlami izharlara ehtiyacımız var, həm də elmi izahlara.

Mekkenin cavab verə bilmədiyi məsələ budur ki, ziddiyyətlə qarşılaşan zaman nəhayət nə etmək lazımdır, məsələsidir?

Soin Bern deyirdi: Elm və ilahiyyat, açıqlama zamanı sahib olduqları xüsusi üslublara əsasən bir- birindən fərqlənirlər. Elmi açıqlama. Zati istedad və qüvvələri, düşüncə sahibi olmayan fiziki həqiqətləri, diqqət mərkəzində qərar verr, amma dini açıqlama, Allahın felindən yaranan xüsusi hadisələri (ağıllı bir iş görən kimi) diqqət mərkəzində qərar verir.

Əlbəttə, bir dəstə, elmin vəzifəsinin açıqlama olmasını qəbul etmirlər, əksinə elmin bacarıqlarını qabaq görənlik və kontrol işində bilirlər. Bəziləri də din barəsində deyirlər: Dinin əsl vəzifəsi açıqlama deyil, əksinəfərdi və ictimai yaşayışın tənzimlənməsi kimi, digər vəzifələr onun öhdəsindədir.[29]

Amma islamda, Quranın təhrifdən hifz olmasına görə, elmi və dini mühit belə söz- söhbətlərdən o cür şiddət və genişliyi ilə uzaq olubdur. Elmin yeni kəşflərinin Quranla ziddiyyəti hiss olunmadığından əlavə, əksinə Quranın elmi möcüzəliyini aşkarladı. Əlbəttə qeyd etmək lazımdır ki, Quranın ayələrinin 10%- dən çoxu, müxtəlif sahələrdə elmi bəhslərə məxsusdur.

Quranın elmi olmasının izahı barəsində üç nəzəriyə var:

1.     Bir dəstə deyirlər, Quran bütün elimlərə şamildir, ona görə də onu elmi kəşflərlə tətbiq edirlər.

2.     Başqa dəstə Quranın elmi təfsir və izahının müxalifidirlər. Elmi təfsiri Quran ayələrinin hədəf və məqsədlərinin müxalifi bilirlər.

3.     Digər bir dəstə, ehtiyat və ehtimala riayət etməklə, zamanın qəti elmi kəşflərinə əsasən, Quran ayələrini təfsir edirlər.

4.     birinci nəzəriyyə, Quran ayələrinə [30] istinad etməklə, hər şeyin Quranda gəldiyini iddia edirlər. "تبیناً لکل شى"[31] "Amma diqqət etməyiblər ki, Quran bəşərin hidayət və xoşbəxtliyi üçün nazil olubdur. Zamanın müxtəlif elmi ixtisaslarına şamil olan, elmi ensiklopediya deyil. "Kulli şəy"- dən məqsəd, onların hamısının hidayəti qayıtması olan şeylərdir. "تبیان لکل شىء و هدى و رحمة..." Yəni Quranın hərtərəfliliyi bəşərin hidayətliyi mənsəbindədir.[32]

Başlanma və məad və ideal əxlaqa və sairə aid olan alimlər kimi ki, camaat hidayətlərində onlara möhtacdırlar və Quran bunların hamısını bəyan edir. Əlbəttə tərbiyəvi hədəfə yetişmək üçün, bəzən təbii və varlıq tanıma məsələlərindən də istifadə etmişdir.[33]

Elmin aydınlaşdırması sayəsində, Quranın elmi möcüzələri özünü göstərə bilir və Quran və islamın haqq olması, yəni bilik və zəmanə elminin aşiqləri üçün aşkarlanır.

Ikinci dəstə, elmi təfsir və izahın dinin və alimin ixtilaflı olmasına səbəb olmasından qorxub, Quranın belə bir təfsiri ilə müxalifətçilik edirlər. Amma xəbərləri yoxdur ki, əgər Quran qəti və danılmaz həqiqətlər əsasında təfsir olsa, heç bir ziddiyyət qarşıya çıxmayacaq. Ona görə də üçüncü dəstə, Quranın elmi təfsiri üçün, şərtlər irəli sürürlərki, öz yerində geniş şəkildə müzakirə olubdur.[34]

Bundan əlavə, məkşuf din ilə müqayisədə belə bir ziddiyyətin hiss olunması mümkündür nəinki nəfsul- əmri və ya mürsəl dində, heç kəsdə onun din barəsində olan müşahidələrinin hamısının yüz fayiz doğru olduğunu iddia etməyibdir.



[1] - Knowledge.

[2] - Müraciət edin: Məhdi Hadəvi Tehrani, İnanclar və suallar, səh 153- 162, İctihadın kəlami əsasları, səh 377- 379

[3] - Natural Sciences.

[4] - Müraciət edin: Elm və din, Əyan barbur, tərcümə, Bəhauddin, Xürrəmşahi, səh 9

[5] - Məhəmməd, Hüseynzadə, Dini mərifətin əsasları, səh 36- 44

[6] - Hadəvi Tehrani, İnanclar və suallar, səh 16- 17

[7] - ""کذلک کدنا لیوسف ما کان لیأخذ اخاه فى دین ملک"" "Biz bu cürə Yusifi hidayət etdik, ta bu hiylə ilə öz qardsaşını; Misir sultanıının qayda- qanunlarına əsasən yanında saxlasın." Yusif, ayə 76

[8] - Firon öz ardıcıllarına deyir: ""انى اخاف ان یبدل دینکم"" "Mən ondan qorxuram ki, Musa sizin dininizi dəyişə" Qafir, ayə 26

[9] - ""لکم دینکم ولى دین"" "siz öz dininizlə (batil) olun, mən də öz (haq) dinimlə olum." Kafirun, ayə 6

[10] - Nəsr, ayə 2, Bəqərə, ayə 193, Ənfal, ayə 39, Əraf, ayə 29, Tövbə, ayə 29- 33, Həcc, ayə 62

[11] - Müraciət edin: Şəriət mərifət güzgüsündə, Cavadiyi- Amili, səh 93- 97, İnanclar və suallar, səh 16- 17

[12] - Ali- imran, ayə 19 "Allah yanında din islamdır."

[13] - Hadəvi Tehrani, İctihadın kəlamı əsasları, səh 348- 389

[14] - Suruş, Şəriətin kiçilib- böyüməsi, səh 182- 184- 245

[15] - Hadəvi Tehrani, inanclar və suallar, səh 153- 162

[16] - Can Hik, Din fəlsəfəsi, tərcümə Bəhram Rad, səh 23- 24, müraciət edin: İctihadın kəlamı mənbələri, Hadəvi Tehrani, səh 384

[17] - Maykl Peterson, ağıl və dini etiqadlar, səh 18- 22

[18] - Kierkegaard.

[19] - Maykl Peterson, ağıl və dini etiqad, səh 69- 95, Hadəvi Tehrani, İnanclar və suallar, səh 49- 58

[20] - Quran Zumər surəsinin 17- 18- ci ayəsində buyurur: ""فبشر عباد الذین یستمعون القول فیتبعون احسنه اولئک هدیهم الله و اولئک هم اولو الالباب" " Yeddinci İmam (ə) Hişama buyurdu: Allah bu ayə ilə ağıl sahiblərinə müjdə vermişdir. Töhəful- uqul, səh 404. bu ayə bunlara işarə edir: 1. Allahın bəndəsi belə olur və Allaha bəndəlik üçün lazımdır ki,  (فیتبعون احسنه) 2. Sima və istima arasında fərq var. sima eşitməkdir, baxmayaraq ki, eşitmək istəməsin. Amma istima qulaq asmaqdır. Yəni onlar deyənləri diqqətlə dinləyirlər. Belə deyil ki, dieyilənləri onun mənasını dərk etmədən rədd etsinlər. 3. onları araşdırıb və xəlbirdən keçirib və ən taxsısına tabe olurlar. ((فیتبعون احسنه)) 4. Burada ağılın hidayəti olmasına baxmayaraq, amma Allah onları ilahi hidayət bilir. 5. ağıl və fikir nemətindən bəhrələnməyən insan heç və puçdur. Necə ki, badamın əsası onun məğzi (içi)– dir. ("اولئک هم اولوالالباب")

[21] - Bəqərə, ayə 170, Maidə, ayə 104, Ənbiya, ayə 53- 54, Şuəra, ayə 74, Züxruf, ayə 23 və

[22] - Tuhəful- uqul, səh 404- 425, İslamda təlim və tərbiyə, Şəhid Mütəhhəri, səh 17- 30 və 175- 195

[23] - Şəriət mərifət güzgüsündə, səh 335, İctihadın kəlamiəsasları, səh 384- 389

[24] - ""و یثیرولهم دفائن العقول"" Nəhcul- bəlağə, xütbə 1

[25] - Yeddinci imam (ə) ,Hişama buyurur: "Allahın insanlara iki höccəti var. biri daxili höccət olan ağıldır, o birisi isə xarici höccət olan vəhydir. Töhəful- uqul, səh 407, Müraciət edin: İslamda təlim və tərbiyə, Şəhid Mütəhhəri, səh 17- 30 və 175- 195 . İslami əxlaq, Muhyiddin Hairi Şirazi, səh 5- 17

[26] - Cəvadi Amili, Şəriət mərifət güzgüsündə, səh 190- 194

[27] - Bəqərə, ayə 150

[28] - Üsuli Kafi, əql və cəhl kitabı, cild 1, səh 12, hədis 12, Müraciət edin: Şəriət mərifət güzgüsündə, səh 110 və 344, İnanclar və suallar, səh 48

[29] - Əql və dini etiqad, səh 358- 396

[30] - Nəhl, ayə 89, Ənam, 38- 52, Səba, ayə 3, Əraf, ayə 52, Furqan, ayə 6

[31] - Nəhl, ayə 89

[32] - Maidə, ayə 15- 16

[33] - Əlmizan, cild 12, səh 325

[34] - Bu şərtlər bunlardır: 1). Təfsirin qanunlarına riayət etmək. 2). Qəti elmi qanunlara əsalanmaq, nəinki hisi və güman yolundan ələ gələn nəzəriyyə və fərziyyələrə. 3). Quranın rütbə və dərəcəsinə diqqət etmək. 4). Ayələrin uyğunluğuna riayət etmək. 5). şərin qəti həqiqətləri ilə ziddiyyətin olmaması. 6) Elmi qanunun diqqət mərkəzində olan ayə ilə əlaqəsi olması. Daha çox məlumat əldə etmək üçün, Müraciət edin: Nasir Rəfii Məhəmmədi, Quranın elmi təfsiri kitabı, cild 2, səh 176- 219

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...