Please Wait
5448
- bölüşdürülməsi
İmam Xumeyinin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikrinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, onun siyasi fikirləri zəmiyyətdə, və hökumətdə işlənən bütün məfhumları özündə yerləşdirir. İmam Xumeyninin (rəh) siyasi fikrinin əsas məfhumlarını bu cür saymaq olar: Dinlə siyasətin rabitəsi, ədalət, azadlıq, müstəqillik, xalqa dəyər vermək, qanunluq, mədəniyyət, müsəlmanların birliyi, İslamın və müsəlmanların məsləhətləri, dünyanı İslama dəvət etmək, milli və İslami dəyərləri qoruyub saxlamaq, xarici siyasət İslam hədəfləri üzərində olmalıdır və bütün aləmdə məzlumların, məhrumlardan müdafiə etməlidir.
Lüğətdə əndişə (fikir) məfhumu düşünmək və təfəkkür mənasındadır.[1] Siyasi fikir bir sıra əqidə və nəzər toplusudur ki, əqli və məntiqi yolla siyasi həyata sahman verməyin kifayəti barədə bəyan olur. Bu vəsflərdə ola bilər bəyan edilə. Siyasi alim o kəsdir ki, əqidələrini və nəzərlərini əqli və məntiqi yolla bəyan edə bilsin. Bir həddə ki, artıq onun nəzərləri sırf şəxsi nəzər sayılmasın.[2]
İmam Xumeyninin (rəh) siyasi fikri onun kalan və müxtəlif sahələrdən təsirlənmiş fikirlərinin bir hissəsidir. Bunu nəzərə alsaq ki, İmam Xumeyni (rəh) neçə sahəli şəxsiyyətə sahibdir ki, onun irfanda, fiqhdə, fəlsəfədə, kəlamda və siyasətdə neçə əsəri vardır. O İslami fikirlərin üzərində qurulan bir nizamın rəhbəri olubdur, aydındır ki, onun siyasi fikirləri cəmiyyətdə və hökumətdə işlənən bütün məfhumları özündə yerləşdirir.
İmam Xumeyni (rəh) dövründə İslam dünyasında ən böyük alimlərdən və tarixdə qalanlardan biridir. O böyük bir mütəfəkkir idi ki, müxtəlif elmi sahələrə sahib idi, bu xüsusiyyətlər onda neçə sahəli şəxsiyyət düzəltmişdir.
İmam Xumeyninin (rəh) siyasi fikirləri haqqında siyasətlə məşğul olan adamlar çox əsərlər yazıblar. Bu müxtəlif yazıda İmamın siyasi fikirlərinin bütün sahələrinə toxunmaq mümkün deyil. Bu cəhətdən xülasə olaraq onlardan bəzisinə işarə edib bu haqda mənbələr göstəririk.
İmam Xumeyninin (rəh) siyasi fikirlərinin mühüm xüsusiyyətləri bu cür saymaq olar:
- Dinlə siyasətin rabitəsi: İmamın fikrində əsas məfhumlardan biri dinlə siyasətin rabitəsidir. İmamın siyasi fikirlərinin əsas bünövrəsini bu mövzuda axtarmaq olar. Hökumətin zəruriliyinə və cəmiyyətdə siyasi nəzmin olmasından müdafiə etiqadı, İmam Xumeyninin (rəh) siyasi fikirlərində əsas və bünövrə təşkil edən məsələlərdəndir. İmam Xumeyni (rəh) o alimlərdən idi ki, qeybət dövründə siyasi qurumun təsis olunmasın lazım bilirdi. O əqli və nəqli dəlillərlə isbat edib ki:
Birinci: Hökumətin olması bəşər cəmiyyətləri üçün zəruridir.
İkinci: Hər zamanda o cümlədən Məsum İmamın qeybət dövründə cəmiyyətin xoşagələn hökumətə ehtiyacı var ki, onun möhkəmliyi üçün çalışmaq lazımdır.[3]
- Ədalət: Ədalət mühüm və əsas məfhumlardan biridir ki, İmam (rəh) həmişə ona təkid edirdi. Ədalət İmamın nəzərində siyasi bir quruluşun ən mühüm siyasi və ictimai mövqey seçmişdir. İmam öz nəzəri və əməli mövqeyinə, siyasi bir qurluşun ən mühüm hədəflərindən birini, cəmiyyətdə ədalətin bərpası bilir: Qadir və böyük Allah buyurur ki, biz Peyğəmbərləri göndərdik, onlara möcüzələr verdik, onlara ayələr verdik, onlar üçün mizan verdik və göndərdik... ki, camaat qistilə (ədalətlə) hərəkət etsinlər, xalq arasında ictimai ədalət olsun."[4] İmam Xumeyinin (rəh) siyasi fikirlərinin xüsusiyyətlərindan budur ki, o hökuməti cəmiyyətdə mənəviyyatın və ədalətin bərpası üçün vəsilə və alət bilir. Çünki əgər cəmiyyətdə ədalət hakim olsa insan inkişaf və səadət yolunda hərəkət edər. Amma əgər cəmiyyətdə ədalətdən heç bir əlamət olmasa, səadətdən də əlamət olmayacaq.
- Azadlıq: Azadlıq İslam inqilabının əsas şüarlarından biri idi. İmamın köklü şəkildə müdafiə etdiyi məfhumlardan biri idi. İmam azadlıqdan bir şüar və siyasi kimi deyil bəlkə bəşərin ibtidai hüququ kimi ad aparırdı. İmamın etiqadı var idi ki, bu bəşərin ibtidai haqqıdır ki, azad olsunlar.[5]
Azadlıq istər oradakı digərləriylə müştərək talehdə əlaqə tapır; yəni mədəni və ictimai azaflıqlar, istər xüsusi və fərdi azadlıqlar ki, əqidə, bəyan, fikir, partiyalar və mətbuat kimi sahələrə şamil olur. Əlbəttə təbiidir ki, bu azadlıqlar hədsiz və sərhədsiz olmayacaq. İmamın nəzərində bu azadlıqların həddi o yerə qədərdir ki, ölkənin nəsləhətlərini təhlükəyə atmasınlar. İmam azadlığın sərhədlərini dini və ölkə qanunları bilirdi ki, İslamdan götürülübdür. İmam Buyururdu: Bütün dünyada və bütün ölkələrdə azadlıqla hiylə arasında sərhəd vardır.[6]
- Müstəqillik: İmam bütün sahələrdə müstəqillikdən bu cür tərif edir: Bağlı və aslı olmamaq, əcnəbilərin müdaxiləsin rədd etmək, biganələrin nüfuzun kəsmək və digərlərinin nəzarəti altında olmadan məmləkəti müstəqil idarə etmək.[7]
- Xalqı dəyərləndirmək: Həzrəti İmamın siyasi fikirlərinin əsaslarından biri, xalqın öz talehini həll təyin etməsi və onların müxtəlif siyasi və ictimai sahələrdə fəal hüzurudur. İmam hər illət və hər cəmiyyət özü öz talehin təyin etməsi haqqında belə buyurur: "Bizim qisdimiz yoxdur millətimizə məcbur edək və İslam bizə icazə verməyib ki, diktatorluq edək. Biz millətin səslərinə tabeyik".[8]
- Qanunvericilik: Qanunçuluq və qanun əsasında hərəkət etmək həzrəti İmamın siyasi fikirlərinin əsaslarından biridir. İmam qanuna əməl etməyi cəmiyyətin bütün fərdlərinə qurluşun ən aşağı təbəqəsindən ən yuxarı təbəqəsinə qədər vacib bilir. İmamın nəzərində olan hökumətdə şəxs mətrəh (əsas) deyil, meyar İlahi qanundur. Hamı qanuna tabedir və şəxslər arasında heç bir fərq yoxdur.[9]
İmamın etiqadı bu idi ki, İslamda qanun hökumətiçlik edir, hətta əziz Peyğəmbər də (s) qanuna tabe olub.[10]
- Mədəniyyət: İmam Xumeyni (rəh) hazırkı əsrdə İranın müasir tarixində təsir qoyan mütəfəkkirlərdən biridir. İmam mədəniyyəti siyasi və iqtisadi məsələlər üçün əsas və bünövrə bilir. Onun nəzərincə mədəniyyət düzəlsə və insan düzgün tərbiyələnsə cəmiyyətin bütün prablemləri düzələr: "Nəticədə" mədəniyyət adam düzəldən bir zavoddur, necə ki, Peyğəmbərlər həmin məna üçün gəlibdir ki, adam düzəldsinlər..."[11] İmamın nəzərində kamal və insan düzəldən mədəniyyət ancaq İslamdadır. Cəmiyyətin və xalqın tərbiyəsi təkcə İslam mədəniyyətilə mümkündür. "Bir millətin tərbiyə məsələsi budur ki, o millətin mədəniyyəti düzgün olsun. Siz çalışın mədəniyyəti müstəqil İslam mədəniyyəti düzəldəsiz".[12]
- Vəhdət: Xalqın müxtəlif təbəqələrinin arasında vəhdət yaratmaq İmamın siyasət aləmində fikirlərindən biridir. O İslam inqilabının qələbə rəmzini vəhdət sayəsində bilirdi. Onun etiqadı var idi ki, inqilabının hərəkətlərindən ki, İran millətinə və İslam ümmətinə izzət bəxş etdi, ittihad məsələsiydi.[13]
- Məsləhət: İmam Xumeyninin etiqadı bu idi ki, İslam nəzərindən hökumət işçiləri öz nəzərləri və rəyləri əsasında işləyə bilməzlər. Bəlkə hökumətdə olub keçənlərin hamısı İlahi qanunlar əsasında olmalıdır. Əlbəttə İmam hakimi müsəlmanların məsləhətlərinə uyğun olan mövzularda yaxud öz hökumətinin məsləhətinə əməl edə bilər.[14]
İmam dəfələrlə təkid edirdi, əgər İslamın ya müsəlmanların məsləhətini xüsusi bir işdə görsəydi hərəkət edirdi.[15]
598- ci qətnamənin qəbul olmasının dəlilləri həmin qanun əsasında analiz etmək olar.
- Dünyanı İslama dəvət etmək: Dünya insanlarını İslama dəvət etmək və İslam məarifini müxtəlif millətlər arasında yaymaq İmam Xumeyninin (rəh) əsas siyasi fikirlərindəndir. Komunist rəhbəri Qarbaçofu dəvət etmək bu işlərdəndir: "Qeyri İslami dəstələri və təbəqələri... İslamın tərəqqi etmiş ədalətli məktəbinə dəvət edin.[16]
- İslami mahiyyəti diriltmək: İslami mahiyyəti saxlamaq İmam Xumeyninin (rəh) mübarizələrindən və siyasi fikirlərindən biridir. İmam (rəh) milli- İslami mahiyyəti saxlamağı ölkənin qüdrət və müstəqillik rəmzi və dünya qüdrətlərinin istemarlarının maneəsi bilir. İmam həmişə deyirdi ki: "Heç cür müstəqillik əldə etmək olmaz, məgər özümüzü tanıyaq və özümüzə inanaq.[17]
Məzlumlardan müdafiə etmək, İmam Xumeyninin (rəh) siyasi fikirlərində mühüm məsələlərdən hesablanır. Biganələrin istismarını rədd etmək (əsl nəfyi səbil).[18] Bu İslam fiqhinin mühümqaydalarından biri idi ki, ona əsasən kafirlərin müsəlmanlara üstünlüyü və rəhbərliyi rədd olunubdur. İmam bu fiqhi qaydaya əsasən biganələrin nüsəlmanların işində hər cür müdaxiləsiylə şiddətli müxalif idi. İmamın istikbarla müxalifəti, əcnəbilərin əlaqəsini kəsmək, xarici qüvvələrə söykənməklə müxalifəti, bununla əlaqədardır.[19]
İmam Xumeyninin (rəh) siyasi fikirləriylə daha çox tanışlıq üçün aşağıdakı kitablara müraciət edə bilərsiz:
- Əndişeyi siyasi İmam Xumeyvi (rəh), Cəmşidi, Məhəmməd Hüseyn
- Əndişeyi siyasi İmam Xumeyni (rəh), Fozi, Yəhya
- Dər amədi bər nəzəriyyeyi siyasi İmam Xumeyni (rəh), Dəhşiri, Mühəmməd Rza
- Ərkani Əndişeyi siyasiye İmam Xumeyni, Rəfizadə, Əzim.
[1] - Fərhəngi Moin, əndişə kəlməsi
[2] - Bəşiriyyə, Hüseyn, İyirminci əsrdə siyasi fikrin tarixi, səh 17, ney nəşri, Tehran, 1376.
[3] - İmam Xumeyni, bey kitabı, cild 2, səh 619; İmam Xumeyni muun və ixtiyaratı vəliyyi fəqih, səh 23; səhifeyi- İmam, cild 2, səh 31, Müəssiseyi tənzim və nəşri asari İmam Xumeyni (rəh), Tehran, 1378
[4] - Səhifeyi İmam, cild 15, səh 213
[5] - Həmin, cild 5, səh 378
[6] - Səhifeyi nur, cild 6, səh 271; cild 4, səh 259; cild 9, səh 90, mərkəzi mədarik fərhəngiye inqilabi İslami, bəhmən, 1362
[7] - Həmin, səh 16, 490, 236; cild 4, səh 277
[8] - Həmin, cild 10, səh 181
[9] - Həmin, cild 9, səh 42
[10] - Həmin, cild 10, səh 29
[11] - Təlim və tərbiyət əz didqahe İmam Xumeyni, Tibyan (on yeddinci dəftər), səh 270
[12] - Səhifeyi İmam, cild 8, səh 96
[13] - Səhifeyi nur, cild 5, səh 173- 141
[14] - Həmin, səh 461
[15] - Həmin, cild 1, səh 293
[16] - Həmin, cild 3, səh 322
[17] - Həmin, cild 9, səh 258
[18] - Nisa surəsi, ayə 141
«وَ لَنْ يَجْعَلَ اللَّهُ لِلْكافِرينَ عَلَى الْمُؤْمِنينَ سَبيلاً»
[19] - Səhifeyi İmam, cild 4, səh 317.