Please Wait
6460
- bölüşdürülməsi
Peyğəmbər (s) və Əhli- beytin (ə) həyatda olması Quranda olduğu kimi həqiqi mənanı daşıyır ki, xüsusiylə də şəhidlər barəsində ona təkid olunmuşdur:
«وَ لا تَحْسَبَنَّ الَّذينَ قُتِلُوا في سَبيلِ اللَّهِ أَمْواتاً بَلْ أَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ»
O cümlədən, bir çox rəvayətlər İmamların həyatda olması barədə söz açmışdır ki, onlardan məqsəd həyat deyildir; çünki İmam Zamandan başqa on dörd Məsum özlərinə məxsus dövürdə həyat sürmüş və ondan sonraşəhid və ya təbii olaraq dünyadan köçmüşdürlər. Bununla belə ruh üçün bundan da yüksək həyat vardır ki, Məsum insanlar üçün ondan daha da yüksəkdir ki, səbəb olur dünyada olan bütün işlərdən xəbərləri olur və həyatda yaşamayan insanlardan daha yaxşı u dünyada hazır olurlar.
Bu nəzəriyyəni rəvayət və ayə cəhətindən bir çox dəlilləri vardır ki, ölümdən sonra və qiyamətdən əvvəl həqiqi həyata təkid edir. O cümlədən bir çox rəvayətlər Məsum İmamların məqamı və onların varlığı barəsində nəql olunmuşdur ki, bu mövzuda heç bir şübhəyə yol qoymur. Məntiqi dəlil üçün ən sadə dəlilə işarə etmək mümkündür və o da nəfsin təklikdə məntiqi şəkildə fəaliyyət və ruhun təsir qoyması və o cümlədən Məsumların varlığını maddi həyatdan yuxarı bir təbəqədə edir.
Peyğəmbər (s) və Əhli- beytə (ə) etiqad və inamı olan şəxslərdən əldə olunan budur ki, Peyğəmbər (s) və onun Əhli- beyti yalnız bir müəllim deyildir ki, öz təlimlərini verib əsərlərini insanlarda qoyub bu dünyanı tərk etsinlər, bəlkə onları əzəmətli bir varlıqdırlar ki, həmişə hazır xüsusiylə də öz davamçılarına və həqiqəti axtaranlara əhatələri vardır.
Baxmayaraq ki, bu məna şiələrin həyatda olan İmamına (İmam Zaman) şamil olur, amma batini hidayət qanunu, həyatda olması və xüsusiylə də mənəvi rabitələrdə, onların həyatda olmasını bütün Məsumlara şamil etmək olar.
Məsumlar barəsində olan bu nəzəriyyə, ən çox onların batini və müqəddəs məqamlarına əsaslanmışdır. Bunun üçün də onların ölü və ya diri hazır və yaxud qeybətdə olmalarında heç bir fərq yoxdur.
Quran, məntiq və ağıl cəhətindən bu nəzəriyyə hər şeydən əvvəl insan ağlı bunu dərk edir ki, maddi həyatdan üstün daha yüksək bir həyat vardır. O cümlədən İmamların bir çox ziyarətnamələrində gəlmişdir;
«أَشْهَدُ أَنَّكَ تَشْهَدُ مَقَامِي وَ تَسْمَعُ كَلَامِي وَ أَنَّكَ حَيٌّ عِنْدَ رَبِّكَ تُرْزَقُ»[1]
Şəhadət verirəmki, məni görür sözlərimi eşidirsən; sən dirisən Rəbbin dərgahından ruzi alırsan.
" انک حیّ عند ربک ترزق" ibarəti Quranın bu ayəsinə işarə edir:
«وَ لا تَحْسَبَنَّ الَّذينَ قُتِلُوا في سَبيلِ اللَّهِ أَمْواتاً بَلْ أَحْياءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُون»[2]
heç vaxct düşünmə ki, Allah yolunda ölənlər ölüdürlər, bəlkə onlar diridirlər və Allah tərəfindən onlara ruzi verilir.[3]
Bu ayə şəhidlər üçün yüksək və həqiqi həyatı isbat edir və bildirir ki, ölümdən sonra nəinki onların həyat, qedrət və ruhlarından azalmışdır bəlkə onlara əlavə və bərəkət verilmişdir. Qeyd etmək lazımdır ki, bu həqiqət Peyğəmbər və İmamlara da Şamildir; çünki onların ən az olan məqamları şəidlik məqamlarıdır.
Bunun üçün də Peyğəmbər (s) və onun Əhli- beytinin (ə) diri olması qeyd olunmuş mənadadır nəinki, onların dünyaya olan vurğunluqları diri və həyatdadır; çünki ondörd Məsumun hər biri İmam Zamandan (ə) başqa məxsus bir dövrdə öz dünyəvi həyatlarını yaşamış və sonda şəhid və yaxud təbii olaraq dünyadan köçmüşdürlər.
Bunun üçün də ruhun qüdrət əhatəsinə nəzər saldıqda bizi bir həqiqətə çatdırır ki, dünyada olan cismin o həqiqi ruhda heç bir təsiri yoxdur və bu da Peyğəmbər (s) və İmamlar barəsində dəfələrlə yüksəkdir. Baxmayaraq ki, bu həqiqəti məhdud ağıl və zahirdə olan mübahisələrlə dərk etmək mümkün deyil. Lakin bu həqiqətin az bir hissəsini dərk etmək, həmin Quranın təkid etdiyi həqiqi həyatı dərk etməkdir ki, öldükdən sonra həyata keçir. Bəs bu həyatı və diri olmağı kəlmənin həqiqi mənasında və dünya həyatına məxsus bilmək olmaz:
«وَ ما هذِهِ الْحَياةُ الدُّنْيا إِلاَّ لَهْوٌ وَ لَعِبٌ وَ إِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوانُ لَوْ كانُوا يَعْلَمُونَ» [4]
Bu dünya həyatı əbəs (ləhv və ləib) oyun- oyuncaqdan başqa bir şey deyil, həqiqi həyat axirətdir, əgər onlar dərk etsələr.
Bəs Quranda nəqli dəlillər, bir çox ayələrdir ki, ölümdən sonra və qiyamətdən əvvəlki həyata təkid edir, bütün bunlardan mühüm şəhidlər üçün ən yüksək həyatdır ki, ayədə onlara nisbət verilmişdir. Qurandan əlavə sənədli bir çox rəvayət və ziyarətnamələr bu mənaya dəlalət edir. Xüsusiylə batini məqama aid olan rəvayətlər on dörd Məsum barəsində daha çoxdur.
O cümlədən ən sadə məntiqi dəlil həmin ruhun elmi qüdrət və məlumtıdır ki, həqiqi həyata malik və dünyada olan həyatla heç bir rabitəsi yoxdur, bəlkə həqiqi həyat odur ki, ölümdən sonra ruh üçün həyata keçir.
Sonda bu nöqtəyə işarə etmək lazımdır. Baxmayaraq Məsumlar ən yüksək həyata sahibdirlər onların diri və ya ölü, hazır və yaxud qeybdə olmaları fərq etmir. Lakin bu mövzuda şiyəylə rabitəsi olan bəhslər və İmamın (İmam Zamanın) həyatda olmasına təkid olması.
Bir çox rəvayətlərdə dünyada və həyatda hal- hazırda yaşamamasına təkid olunmuşdur, o cümlədən:
«سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ (ع) يَقُولُ مَنْ مَاتَ وَ لَيْسَ عَلَيْهِ إِمَامٌ حَيٌّ ظَاهِرٌ مَاتَ مِيتَةً جَاهِلِيَّةً قَالَ قُلْتُ إِمَامٌ حَيٌّ جُعِلْتُ فِدَاكَ قَالَ إِمَامٌ حَيٌّ إِمَامٌ حَيٌّ»[5]
Hər kəs dünyadan köçə və diri İmamı olmaya cahil olmuşdur. Sual olundu: Diri İmam?! Buyurdu bəli diri İmam, diri İmam.
Bu rəvayət keçən bəhslərlə heç bir müxalifəti yoxdur və İmamın dünya həyatında olması böyük əhəmiyyət daşıyır ki, lazım olduğu yerdə ona işarə olunmuşdur və burada bu qədər kifayət edir.
Bu mövzuda əlavə məlumat əldə etmək üçün aşağıdakı suallara müraciət edin:
İmamın hər bir yerdə hazır olması sual 1835 (sayt: 2439)
İmamlar və təkvini vilayətləri, sual 222 (sayt: 1406)
İmam Zamanın (əc) Qeybət dövründəki vücudunun faydaları, sual 13908 (sayt: 13719)
İslam Peyğəmbərinin (s) bərzəx həyatı, sual 5626 (sayt: 5870)
[1] - Mühəddis Nuri, Müstədrəkül Vəsail, cild 10, səh 345, Alul- beyt müəssisəsi Qum, 1408 hicri qəməri.
[2] - Ali- İmran surəsi, ayə 169.
[3] - Qeyd etmək lazımdır ki, Quranda bir çox ayələr ölümdən sonra və qiyamətdən əvvəlki bərzəx aləminə işarə etmişdirlər. Tamamıyla bu ayələr bu mətləbi isbat edir. Bu həyat yalnız şəhidlərə məxsus deyil, lakin bu ayənin məşhur olduğu üçün bəzi rəvayətlər İmamların həyatda olduğunu qeyd etdiyi üçün bu ayəni dəlil gətirmişdirlər, biz də bu ayəni nəql etdik. Bərzəx aləmini sabit edən nəqli dəlilləri əldə etmək üçün 3891 (sayt: 4160) və 5626 (sayt: 5870) suallarına bu saytda müraciət edə bilərsiniz.
[4] - Ənkəbut surəsi, ayə 64.
[5] - Müstədrəkul- vəsail, cild 18, səh 177.