Please Wait
8587
Ədəb bir növ seçilmiş və xüsusi rəftardır (ki, böyük və kiçik, tanış və yadda) müsbət tərbiyədən qaynaqlanır. Ağılla yaşamaq, dildə mətanət və əməldə vüqarlı olmaq ədəbin nişanələrindəndir. Amma ağılsızlıq, pis danışıq, əxlaqsızlıq, əhanət, təəssüb və... ədəbsizliyin nişanələridir.
Ədəb təlim alınmalı bir hünərdir ki, tərbiyəvi dəqiq nöqtələri əldə etmək və onlara əməl etmək lazımdır.
İslam göstərişləriylə tanışlıq və İslam Peyğəmbərinin (s) həyat tərzindən məlumatlanmaq və Əhli- beytin həyatından ülgü götürmək, gözəl ədəb və əxlaqa yiyələnməyin ən gözəl yoludur. O cümlədən digərlərinin gözəl əməlləri insanda müsbət təsir qoyur və insanların pis əməlləri və əxlaqı da öz mənfi təsirini qoyur. Böyük şəxsiyyətli insanlar digər insanların mənfi əməllərindən də ibrət və dərs alırlar. Cəmiyyətdə ədəbsizliyin ən yaxşı müalicə yolu, ədəbsiz insanların qiymətsiz və ədəbli insanların qiymətli olmalarına diqqət yetirməkdir.
İslamda ədəb və əxlaq barəsində bir çox kitab və mənbələr vardır ki, ətraflı cavabda onlardan bəzilərinə işarə olunacaqdır.
Ədəb əxlaqi və ictimai bir dəyərdir, övlad, müəllim və böyük şəxsiyyətlər üçün məqam mənbəyidir. Ədəb hər bir yerdə və hər bir kəsdə olarsa, məhəbbət əhvalını öz ətrafında toplayar və ədəbli insanı əziz və mehriban edər. Hər bir şeyin gözəlliyi bir xüsusiyyətdədir, nəslin şərəfi, ailənində etibarı onun ədəb və əxlaqındadır. İmam Əli (ə) buyurur: "Əxlaqsızlıqla heç bir şərafət və əzəmət əldə olmaz"[1] əgər bir şəxsin əsl və nəsəbi olmasa, gözəl əxlaqı olsa, şərafət və məqama çatar. Hətta münasib olmayan nəslin eybini belə örtər.[2]
"Ədəb"dən söz açılarkən insanlar arasında (istər kiçik və ya böyük, tanış və yaxud biganə) xüsusi rəftar və əməl nəzərdə tutulur. Əlbəttə bu rəftar və əməl gözəl əxlaqdan qaynaqlanır; danışıq, yol getmək, cəmiyyətdə rəftarı, nəzəri, intizarı, sual, cavab və... tamamıyla onun ədəb və əxlaqına bağlıdır. Hər kəs öz həddini tanıyıb ondan keçməsə, əbəd və əxlaq sahibidir. Ədəbsizlik, bir növ icazə verilməyən məntəqəyə giriş və qanunu tapdalamaq deməkdir. İmam Əli (ə) buyurur: "Ən gözəl ədəb odur ki, insan öz çərçivəsində dursun və öz məqamından tuxarı hərəkət etməsin."[3]
Ədəb, əldə edilən bir hünərdir. Demək olar: Ədəb, gözəl tərbiyədir, istər müəllim, ata və ana olsun və yaxud insan özü olsun. mühüm budur ki, insan tərbiyətdə olan əsas nöqtələri əldə edib onlara əməl etsin. O insanlar ki, ədəbin yüksək qüllələrini fəth etmişdirlər, bu yolu geridə qoymuşdurlar.
İmam Sadiq (ə) buyurur: "Atam məni üç nöqtəyə tərbiyə etdi... buyurdu: Hər kəs pis dost seçsə, sağlam qalmaz və hər kəs dediyi sözlərinə diqqət etməsə peşiman olar və gər kəs pis və çirkin yerlərə getsə, günahkar olar."[4]
Məsum İmamların (ə) bir çox kəlamlarında özünüzü tərbiyə edin və özünüz öz müəlliminiz olun" təkid olunmuşdur. O şəxs bunlara sahib olar ki, agah və diqqətli olsun. Əmirəl- möminin Əli (ə) buyurur: "Sənin özünə nisbət səni tərbiyə etməyə həmin kifayətdir ki, digərlərində görüb bəyənmədiklərindən pərhiz edəsən."[5]
Hədisdə açıqlanan nöqtə budur ki, digər insanlarla rəftarda ümumi bir əsas və qanun vardır. Əslində İmamın məqsədi budur ki, özün üçün diləmədiyini, başqalarına da rəva bilmə, özün üçün istədiklərini digərləri üçün də istə, o işlər ki, digərləri üçün sevmirsən, özün üçündə sevmə. Əgər başqalarının pis işlərinə etiraz edirsən, o işlər və xüsusiyyətlər səndə də olmasın.
Ədəbə yiyələnməyin və ədəbsizlikdən uzaq olmağın yollarından biri də ədəb və ədəbsizliyin özünü tanımaqdır. Baxmayaraq ki, ədəb və ədəbsizliyin hər birinin nişanələri vardır, amma ədəbi dəqiq və kamil tanımaq üçün yalnız ədəbsizliyin nəticələrinə diqqət etmək vasitəsiylə əldə olunur. Bu əlamət, nişanə və nəticələr, söhbətlərindən əlavə rəftarında da aşkar olunur. O şəxs ki, söhbətlərində diqqətsizdir, İmam Əli (ə) bu barədə buyurur: Ədəbdən heç bir bəhrə aparmamışdır.[6] O cümlədən ağılla həyat sürmək, söhbət və rəftarda vüqarlı olmaq ədəbin nişanələrindəndir.
Bunun qarşılığında, ağılsızlıq, məndən danışmaq, əhanət, yersizlik, sözlərində diqqətsizlik, təəssüb və... ədəbsizlikdir. Əgər rəftar və dostluğun kontrolu ədəbdirsə, ədəbsizlik isə məsləhət olunmayan kəslərlə rabitə yaratmaq, dost seçərkən diqqətsiz olmaq və məclis və toplantılarda məsuliyyətsizlik etməkdir. O şəxs ki, insanlarla qarşılaşdıqda, onlarla əzəmət və hörmətlə rəftar etməyə hazır deyildirsə onları təhqir edib qeybətlərini edir, pis sözlərini pis və mənfi əməlləri mənfi əməllə cavab verir, o ki, məclis və toplantılarda, sakitçilik və digərlərinin haqqını payimal edir və... bütün bunlar ədəbsizliyin əlamətlərindəndir.
Digər bir tərəfdən, yemək və içməkdə, diş təmizləməkdə, heyim tərzində və... əməllərə riayət etmək ədəbin nişanələrindəndir. Ədəbsizlik, yəni insanların şəxsiyyətlərinə və hüquqlarına diqqətsizlik etməkdir.
Əgər bir şəxs asqırdığı zaman ağzını tutmayıb digərlərinə hörmətsizlik etsə və ya xoşa gəlməz bir halda yemək yesə və yaxud bir şeyi qarşı tərəfə hörmətlə verməkdənsə onun üstünə atsa, o cümlədən siz mütaliə etdiyiniz bir vaxtda sakitliyə riayət etməyib səs salırsa, xəlvət bir otaqda olduğunuz zaman qapını döymədən otağa daxil olursa bütün bunlar ictimai ədəbə riayət etməməkdir.
Maraqlısı budur ki, İslam bütün bunlar üçün yol göstərmişdir."İslam tərbiyəsi" və əxlaq məktəbi, bütün göstərişlər, "lazımlı" və "lazımsız" və "Əxlaq"- dan ibarətdirlər.
Əgər bir şəxs dini təlimlərə payidar olmasa, ədəb aləmindən ədəbsizlik dünyasına qədəm qoymuşdur. İslam əxlaqıyla tanış olmaq və onunla tərbiyələnmək, Peyğəmbər (s) və Əhli- beytin həyatına nəzər salmaq və o nöqtələrə diqqət etmək lazımdır ki, onlar riayət etmişdirlər.
Peyğəmbər (s) ki, iman, əxlaq, ədəb və gözəl rəftarın ülgüsüdür, özünü Allahın tərbiyələndirdiyi bilir və buyurur: Rəbbim məni tərbiyə etdi və gözəl tərbiyə etdi![7]
"Peyğəmbərin əməlləri" bir əxlaq kitabıdır. Peyğəmbərin rəftarı, əxlaqın ən yüksək və uca nümunələrindəndir. Peyğəmbərin (s) digər insanlarla rəftarından bir neçəsinə işarə edirik:
Allahın Rəsulu (s) hər kəslə üz- üzə oturar, istər kiçik istərsə də böyük olsun salam verərdi.[8]
Heç zaman digərlərinin hazır olduğu bir yerdə ayağını uzatmaz, bir kəsə baxdığı vaxt gözlərini onun üzünə dikməz, göz- qaşla başqalarına işarə etməz və oturduğu vaxtda bir şeyə söykənməzdi.[9]
Bir kəslə görüşdüyü zaman, əlini geri çəkməzdi ki, qarşı tərəf əlini çəkdikdə O Həzrət də əlini geri çəkərdi. Heç bir yeməyi məzəmmət etməzdi.[10] Heç bir kəsə ehtiramsızlıq etməz və narahat edici bir söz deməzdi. Pis işi pisliklə qarşılamazdı. Öz altında olan döşənəcəyi ehtiram üçün digərlərinin ayaqları altına sərərdi.[11] Peyğəmbərliyə çatdığı gündən həyatının sonunadək, bir yerə söykənən halda yemək meyl etmədi.[12] İnsanların hədiyyələrini (baxmayaraq azda olsa belə) qəbul edirdi. Həmişə üzü qibləyə otururdu.[13]
Başqalarının hüzurunda oturduğunda dizlərini açmazdı.
Biganə və digər şəxslərin acıqlı sual və sözləri qarşısında səbr edirdi. Heç bir kəsi məzəmmət etməz və heç bir insanın sirlərini öyrənmək istəməzdi.[14]
Gülüşləri təbəssüm idi heç vaxt yüksək səslə gülməzdi.[15] Çox həyalı idi və bir şəxsin sözünü kəsməzdi. Öz tərəfindən yemək meyl edərdi. İnsanların işlərini imkan olduğu qədər həll edirdi və ... bir çox digər ali fəzilətlər O Həzrətin əxlaq, və İlahi ədəbini hekayət edir.[16]
Məsumlarda (ə) əlavə ki, əxlaq və ədəbdə ən yaxşı ülgüdürlər, digərlərinin də yaxşı rəftarları insanda müsbət təsir qoyur. Əxlaqlı insanlarla rabitə yaratmaq, "ədəb" zinətiylə öz əməl və rəftarımızı bəzəyir.
Bəzi insanların çirkin əxlaqlarıda öz mənfi təsirini geridə qoyur. Amma böyük şəxsiyyətlərin hünəri odur ki, başqalarının xoşa gəlməz əməllərindən dərs alırlar. Bu həmin Loğmanın hikmədidir ki, Loğmandan soruşurlar: Ədəbi kimdən öyrəndir, Dedi: Ədəbsizdən, onda gördüyüm hər hansı bir işdən xoşum gəlməsəydi, ona əməl etməkdən pərhiz etdim.[17] Ondan soruşdular: Sənə kim ədəb öyrətmişdir? Buyurdu: Heç kimsə mənə ədəb öyrətməmişdir. Mən nadanlığın pisliyini gördüm və ondan uzaq oldum.[18] İmam Əli (ə) da bu yolu təyid etmişdir: "Hər vaxt digərlərində pis əxlaqın şahidi oldun, ondan uzaq ol ki, o cür rəftar özündə olmasın.[19]
Bəli o cür ki, az danışmaqlığı, çox danışanlardan ilham almaq lazımdır, nəfsin də əzəmət və böyüklüyünü xəsiz və düşüncəsi aşağı olan insanlardan almaq lazımdır. Əgər digər insanların pis və çirkin işlərindən, yaxşı və xeyir işləri öyrəniriksə, əxlaq müəllimi" öz daxilimizdə gizlənmişdir.
İslam ədəb və əxlaqından əlavə məlumat əldə etmək üçün aşağıdakı kitablara müraciət edin:
- Meracus- səadət, Molla Əhməd Nəraqi.
- Qəlbe səlim, Seyyid Əbdül- Hüseyn Dəstğeyb
- Günahane kəbirə, Şəhid Seyyid Əbdül- Hüseyn Dəstğeyb
- Əxlaqe İlahi, Müctəba Tehrani
- Mərahile əxlaq dər Quran, Abdullah Cavadi Amuli.
- Nöqtehayi ağazin dər əxlaqi əməli, Məhəmməd Rza Məhdəvi Kəni
- Be suye Xodsazi, Məhəmməd Təqi Misbah Yəzdi
- Əxlaq və ruhe səadət, Xanım müctəhidə Əmin.
- Hünahşunasi, Möhsin Qiraəti, Pəyame Azadi nəşriyyatı, Tehran
- Hövzə net saytı, daneşname, əxlaq
Ərəb dilində olan əxlaq kitablarından aşağıdakı kitablara işarə etmək olar:
- Əxlaqi Şüəbbər, Seyyid Əbdullah Şüəbbər
- Məhcətul- bəyza fi təhzibul- əhya, Molla Möhsin Feyz Kaşani
[1] - Amədi, Əbdul- Vahid, Ğurərul- hikəm.
«لا شَرَفَ مَعَ سُوءِ الأدبِ»
[2] - Ğurərul- hikəm
«حُسْنُ الأدبِ یَسْتُرُ قبیحَ النَّسَبَ»
[3] - Ğurərul- hikəm
«اَفْضَلُ الأدبِ اَنْ یَقِفَ الإنسانُ علی حَدِّهِ و لا یَتَعدّی قَدْرَهُ»
[4] - Əllamə Məclisi, Biharul- ənvar, cild 75, səh 261
«ادّبنی ابی بثلاثٍ ... قال لی: یا بُنیَّ! مَنْ یَصْحَبْ صاحبَ السوءِ لا یسلِمْ و مَن لا یقیّدْ الفاظَهُ یَنْدَم و مَن یَدْخُلْ مداخِلَ السّوءِ یُتَّهمْ»
[5] - Məhəmmədi Reyşəhri, Məhəmməd, Mizanul- hikmət, cild 1, səh 72
«کفاک اَدبا لِنَفْسِکَ اِجتنابُ ما تَکْرَهُهُ مِنْ غیرِکَ»
[6] - Ğurərul- hikəm
«لااَدَبَ لِسَّئیِ النُّطْقِ»
[7] - Mizanul- hikmət, cild 1, səh 78
«اَدَّبَنی رَبّی فَاَحْسَنَ تأدیبی»
[8] - Əllamə Təbatəbayi, Sunənun- nəbi, səh 41, 43 və 75
[9] - Sunənun- nəbi, səh 45, 45, 47, 73 və 61.
[10] - Sunənun- nəbi, səh 41 və 47
[11] - Sunənun- nəbi, 75 və 76
[12] - Biharul- ənvar, cild 16, səh 237
[13] - Biharul- ənvar, cild 16, səh 227
[14] - Məkarimul- əxlaq, səh 13, 15 və 17
[15] - Sunənun- nəbi, səh 75
[16] - Hovze net saytından götürülmüşdür
[17] - Gülüstane Sədi, bab 2, hikayət 20
[18] - Biharul- ənvar, cild 14, səh 326
«ما ادّبنی احدٌ رأیتُ قبحَ الجهلِ فجانبتُه»
[19] - Mizanul- hikmət, cild 1, səh 70, hədis 374
«اِذا رَأیتَ فی غَیْرِکَ خُلْقا ذَمیما فَتَجَنَّبْ مِنْ نَفْسِک اَمثالَهُ»