Please Wait
8824
Bu ki, bir şəxs müstəqil şəkildə Allaha ehtiyacı olmadan, belə bir iş etməsi Allahın əfali tohidlə (yaradılışda tohid) ziddiyyət vardır. Çünki ölüm və həyat təkcə Allahın əlindədir.
Amma əgər bir şəxs Allahın icazəsiylə belə bir iş etsə, bu iş mümkün olacaq.
Bunun əqli cəhətdən məneəsi yoxdur. Allah Taala Quranda həzrəti İsanın (ə) dilindən buyurur: Anadan gəlmə koru və pisini sağaldıram və ölüləri Allahın iradəsiylə dirildirəm. Buna əsasən heç bir müsəlmanın onun baş verməsinin isbatında şübhəsi yoxdur.
Çünki sonuncu Peyğəmbərin (s) dərəcəsi, digər Peyğəmbərlərin o cümlədən İsanın (ə) dərəcəsindən yüksəkdir və Quranın nəssinə əsasən Əli (ə) Peyğəmbərin (s) nəfsi və canıdır. Nə maneəsi var ki, əziz Peyğəmbər (s) və Əli (ə) da həzrəti İsa (ə) edə bildiyi işi, edə bilsinlər.
Dəqiq və hər tərəfli cavab əldə etmək üçün, bu sualı üç hissəyə bölüb sonra cavabını alırıq.
- Zatən mümkün olmağın sübutu.
Əsasən mümkündür bir nəfər özü məxluq ola və hər gün ölümü dada, ölümüş bir nəfəri dirildə?
- Xaricdə baş verməsinin isbatı.
Onun mümkün olmasını fərz etsək, belə bir şey xaricdə baş veribdir?
- İmam Əli (ə) özülü dirildə bilər?
Sübut məqamında ölüləri dirildməyin mümkün olması.
Bu mətləb iki cəhətdən araşdırılır
- Bu ki, bir şəxs müstəqil şəkildə Allaha ehtiyacı olmadan, belə bir iş edə bilsin. Bu Allahın əfali təhidiylə (yaradılışda tohid) ziddiyyəti vardır.[1]
Əfali tohiddə bu iki sifət (dirildmək və öldürmək) Allaha məxsus on dənəlik sifətlərdəndir ki, bunlardan ibarətdir: Yaratmaq, ruzi vermək, dirilmtmək, öldürmək, ehtiyacsız etmək, kasıb etmək, izzətləndirmək, zillət sağlamlıq, xəstəlik.[2]
Buna əsasən ölüm və həyat təkcə Allahın əlindədir.[3]
- Amma əgər bir şəxs Allahın izni və feyzilə istəyə belə bir iş etsin, bunu nəzərə alaraq ki, Allahın qüdrəti sonsuzdur, nə qədər ki, o iş qeyri mümkün deyil, bu cür iş mümkün olacaq. Əqli cəhətdən bu barədə heç bir maneə yoxdur. Burada da həqiqi fail Allahdır və bu şəxs təkcə vasitə rolunu oynayır. Əzrailin insanların canını almaqda rolu kimi ki, həqiqətdə ölümdə həyat kimi Allahın əlindədir.
İsbat məqamında ölüləri diriltmək
Şübhəsiz işin baş verməsinə ən yaxşı şahid budur ki, görək bu şey xaricdə olubdur; çünki deyiblər; "أدل الدليل على إمكان شيء وقوعه" bizim mövzumuzda da əgər görsək ki, Allahın bəndələrindən bir şəxs bu işləri edibsə, bu barədə heç kəs üçün şübhə qalmayacaq.
Allah Quranda həzrəti İsa (ə) haqqında buyurur: Və onu İsrail övladına Peyğəmbər göndərəcək mən həqiqətən Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izniylə quş olar. Anadan gəlmə korları, cuzam xəstəliyinə tutulanları sağaldar və Allahın izniylə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə bunda bir dəlil vardır.[4]
Buna əsasən heç bir müsəlmanın onun baş verə bilməsində şübhəsi yoxdur. Amma bu ki, Əli (ə) ölü dirildə bilər ya yox?
Quranın Ali- imran surəsinin 49- cu ayəsində və Maidə surəsinin 110- cu ayəsində dediklərinə əsasən ki, qeyd etdik, həzrəti İsa (ə) belə bir iş edibdir. Digər tərəfdən şübhəsiz sonuncu Peyğəmbərin (ə) dərəcəsi digər Peyğəmbərlərin dərəcəsindən üstündür.[5] Quranın nəssinə əsasən Əli (ə) Peyğəmbərin canıdır.[6] Bu cəhətdən o bir şey ki, həzrəti İsa (ə) edə bilir, nə maneəsi var ki, Əziz Peyğəmbər (s) və Əli (ə) da onu edə bilsinlər?! Əlbəttə diqqət etmək lazımdır ki, bu sırf mümkünlüyü çatdırır və mənası bu deyil ki, onu ediblər və bir şeyi etmələridə onu etməyə qadir olmamaq deyil: Məsələn əzrəti İsa (ə) əsanı ilana çevirməyib, mənası bu deyil ki, o həzrətin belə qüdrəti yoxdur.
Buna əsasən; nə maneəsi var Allahın övliyalarından bir övliya İmam Əli (ə) kimi ölüləri dirildə bilsin?
[1] - Vaqiə surəsi, ayə 58.
[2] - Təyyib, Seyyid Əbdül- hüseyn, Ətyəbül- bəyan, fi təfsiril- Quran, cild 6, səh 326, Naşir: İslam nəşriyyatı, Tehran, ikinci şap, 1378 hicri şəmsi.
[3] - Şüəra surəsi, ayə 81.
[4] - Ali- imran surəsi, ayə 49; Maidə surəsi, ayə 110.
[5] - Təbərsi, Fəzl ibnil- Həsən, Əlbəyan fi təfsiril- Quranın tərcüməsi, cild 3, səh 101, Naşir: Fərahani nəşriyyatı, Tehran, birinci çap, 1360 hicri şəmsi.
[6] - Ali- imran surəsi, ayə 61, (İsanın Allahın qulu və Peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə müşahidə edənlərə de: Gəlin bizdə oğlanlarımızı, sizdə oğlanlarınızı, bizdə qadınlarımızı, sizdə qadınlarınızı, bizdə özümüzü, sizdə özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək. (Peyğəmbər bu hadisədə Həsən və Hüseyni (ə) oğul kimi, Fatiməni (s) qadın kimi və Əlini öz canı kimi mübahiləyə gətirdi və kafirlər təslim oldular).