Ətraflı axtarış
Baxanların
7064
İnternetə qoyma tarixi: 2012/03/07
Sualın xülasəsi
Ali İmran surəsinin 54- cü ayəsinə əsasən əgər Həzrət İsadan (ə) qiyamətə kimi itaət edənlər bütün kafirlərdən üstündürlərsə, bəs İsanın dinindən itaət edək ki, qiyamətdə bütün kafirlərdən üstün olaq?
Sual
Ali- İmran surəsinin 54- cü ayəsində buyurur: Qiyamətə kimi (İsa) sənin davamçılarını kafirlərdən üstün qərar verdim. Əgər İsanın (ə) davamçıları qiyamətə kimi kafirlərdən üstündürsə, bəs nə üçün Həzrət Məhəmmədin dininə üz tutaq? İsanın dininə üz tutaq ki, qiyamətə kimi kafirlərdən üstün olaq?
Qısa cavab

Sual etdiyiniz ayə barəsində, bir çox cavab və nəzəriyyələr verilmişdir lakin biz onlardan bir neçəsinə işarə edirik.

  1. İsadan itaət və onun davamçılarından məqsəd, Məhəmmədin (s) ümmətidir ki, bu barədə üç nəzəriyyə vardır.

A: Çünkü zaman cəhətindən İsanın ümmətindən sonradırlar.

B: Çünkü Həzrət Məhəmməd (s) İsa və onun kitabını təsdiq etmişdir, odur ki, bir kəsin digər şəxsi təsdiq etməsinin ondan itaət etməsi bilirlər.

C: Bizim Peyğəmbərin şəriəti tövhid və əsas hökmlərdə digər Peyğəmbərlərin şəriətiylə birdir, bunun üçün də onların davamçısı kimi nəzərdə tutulur.

  1. Ayədə " اتباع" ittiba sözündən məqsəd haqdan itaət etmək deməkdir ki, o davamçılardan Allah razıdır. Bəs "O şəxslər ki, səndən itaət edirlər" cümləsi o şəxslərə şamil olur ki, İslam zuhurundan əvvəl iman gətirmişdir və İslam zuhurundan sonra müsəlman olan şəxslərə də şamil olur.
  2. Bu ayədən məqsəd Allah Nəsraniləri Yəhudilərdən üstün qərar verməsidir.(Bu təfsirin daha düzgün olduğu anlaşılır).
  3. Məqsəd bütün Nəsara və müsəlmanlardır. Ayə bildirmək istəyir ki, Yəhud tayfası həmişə zəlildir və İsadan (ə) itaət etmək hər bir kəsə vacibdir.

Amma nə üçün müsəlmanları yalnız kafirlərlə müqayisə edir? Çünki burada kafirdən məqsəd inkar mənası nəzərdə tutulmuşdur və bu da yalnız Yəhudilər idi ki, O həzrəti inkar edirdilər lakin müsəlmanlar onu inkar etməyib və kafir deyildirlər; bəlkə həzrət İsanın həqiqi davamçıları, İslam Peyğəmbərinin besətini eşitdiklərində müsəlman oldular.

Müsəlmanlar Həzrət İsanı İlahi Peyğəmbərlərdən, şəriət və kitab sahibi bilirlər. Odur ki, Allah Taala buyurur: Qiyamətə kimi sənin davamçılarını kafirlərə üstün qərar verdim. Məlum olduğu kimi kafirlərdən məqsəd müsəlmanlar deyildir, çünki heç bir zaman bu kəlmə müsəlmanlar barəsində istifadə olunmamışdır.

Ətreaflı cavab

Sualda etdiyiniz tərcümə ayəylə düz gəlmir, biz sizin sualınıza dəqiq cavab vermək üçün əvvəl onun tərcüməsini sonra isə təfsirdən istifadə edərək sizin sualınızı cavablandıracağıq.

Ayənin tərcüməsi:

O şəxslər ki, sənin (İsa) köməkçilərindir, qiyamət gününə kimi kafirlərdən üstün qərar verəcəyik bəs bütün insanlar mənə doğru qayıdacaqdır; və sizin aranızda olan bütün ixtilaflara hakim olacağam.[1]

Sualın cavabını əldə etmək üçün bir neçə nöqtə məlum olmalıdır. Aşağıdakı bəhslərdən və ayənin açıqlamasından istənilən cavabı əldə edəcəyik.

Sual etdiyiniz ayə barəsində bir çox cavab və nəzəriyyələr verilmişdir ki, biz onlardan bəzilərinə işarə edirik:

  1. İsanın (ə) köməkçilərindən məqsəd, Həzrət Məhəmmədin (s) ümmətidir lakin Məhəmmədin (s) ümmətinin, həzrət İsanın köməkçisi adlandırılması barəsində üç nəzəriyyə verilmişdir.

A: Zaman cəhətindən İsanın (ə) ümmətindən sonra gəldikləri üçün. Bir şəxsin digərindən sonra gəldiyi üçün, onun davamçısı kimi adlandırılır.

B: Həzrət Məhəmməd (s) sa (ə) və onun kitabını təsdiqlədiyi üçün onun köməkçisi adlandırılır. Odur ki, bir kəsin digərini təsdiq etməsi ondan itaət etməsini bildirir.

C: Bunlardan əlavə, bizim Peyğəmbərin şəriəti töhvid və əsas hökmləri də digər Peyğəmbərlərin şəriətiylə birdir. Bunun üçün də İslam Peyğəmbəri onun davamçısıdır; yəni onun etiqadını qəbul edir.[2]

  1. Ayədə " اتباع" ittiba sözündən məqsəd, haqq olan məsələlərdə itaət etmək deməkdir ki, o köməkçilərdən Allah razıdır. Bəs "O şəxslər ki, səndən itaət edirlər" cümləsi o şəxslərə şamil olur ki, İslam dininin zuhurundan əvvəl və İsanın dini aradan getməmiş, Nəsrani dinində idilər; bunlardan əlavə o müsəlmanara şamil olur ki, İslamın zühurundan sonra müsəlman olmuşdurlar və olurlar.

Çünki İslam dinindən itaət etmək haqdan itaət etməkdir ki, nəticədə həzrət İsadan itaət etməkdir.[3]

Bu nəzəriyyəni Əllamə Təbatəbayi bəzi təfsir alimlərinə nisbət vermiş və onları təhlil etmişdir.[4]

  1. Bu ayədən məqsəd Allah Nəsraniləri[5] Yəhudilərə (yəni onlar ki, əcdadları Həzrət İsaya qarşı kafir olub o həzrətə qarşı zülm etmişdirlər) üstünlük qərar verəcəkdir.məqsəd Yəhudi qövmünə əzabın nazil olmasıdır. Allahın əzabı onlara qarşı daha şiddətli olacaqdır.[6]

Bu təfsirə əsasən ki, daha çox ayəylə uyğundur. Bu ayə möcüzə olan ayələrdəndir ki, qeyb və gələcəkdən xəbər verir və buyurur: Həzrət İsanın köməkçiləri həmişə yəhudilərə (o həzrət inkar etdikləri üçün) üstün olacaqlar.

Bu dünyada bunu həqiqət olaraq müşahidə edirik ki, Yəhudilər Məsihilərə bağlı olmasa heç bir zaman öz siyasi və ictimai həyatlarına davam etməyə qadir deyildirlər.[7]

Bu nəzəriyyəyə əsasən həzrət İsanın davamçılarından məqsəd Nəsranilərdir. Çünki hər bir zaman və hər bir yerdə Yəhudiləri onlardan aşağı təbəqədə müşahidə edirik. O cümlədən rəhbərlik məqamları Yəhudilərdən alınır lakin Məsihilər bu işdə sabitdirlər. (Avropa və Roma və...) Nəsranilər həmişə onlardan əziz və qiyamətə kimi onlara rəhbərlik edəcəkdirlər.[8]

4." الَّذِينَ اتَّبَعُوكَ" (Hamı birlikdə) cümləsindən məqsəd Nəsranilər və müsəlmanlardır. Ayə Yəhudilərin qiyamətə kimi zəlil olmasından xəbər verir ki, İsadan (ə) itaət etməyin vacib olmasına inanır lakin inkar edir.[9]

Müsəlmanlar həzrət İsanı inkar edən kafirlərdən hesab olunurlarmı?

Kafir sözündən məqsəd burada inkar mənasındadır.[10] Müsəlmanlar nəin ki, o həzrətin yalançı olduğunu iddia etmirlər bəlkə ona qarşı kafir də deyildilər. O həzrəti böyük Peyğəmbərlərdən və üçüncü ulul- əzm Peyğəmbər şəriət və kitab sahibi bilirlər. Allah Taala Quranda buyurur: (Gözlənilmədən İsa danışmağa dil açdı və) Dedi: "Mən Rəbbimin bəndəsiyəm o mənə (səmavi) kitab vermiş və məni Peyğəmbər qərar vermişdir!"[11]

Lakin bu Yəhudi qövmü idi ki, o həzrəti inkar edib onu öldürdülər. Odur ki, Allah Taala buyurur: İsanın köməkçilərini qiyamətə kimi kafirlərə üstün qərar verdim. Əslində kafirlərdən məqsəd müsəlmanlar deyil çünki heç bir halda bu kəlmə müsəlmanlara şamil olmur.

Bunun üçün də bu cümləyə " الَّذِينَ اتَّبَعُوكَ" əsasən bütün həzrət İsanın (ə) köməkçilərinə şamil olur və müsəlmanlar da " الَّذِينَ اتَّبَعُوكَ" cümləsinin təfsirinə əsasən o həzrətin köməkçilərindən hesab olunurlar.

Bəs bu təfsirə əsasən Nəsrani və müsəlmanlara da şamil olur və ayənin mənası belədir. O şəxslər ki, (İsa) səndən itaət etdilər qiyamət gününədək kafir oolanlardan üstün qərar verdik bəs siz sonda bizə doğru qayıdacaqsınız. Sizin aranızda olan iftilafa mən qəzavət edəcəyəm.

Nəticə olaraq bu nöqtəni açıqlamaq lazımdır ki, əgər haqq yolda olub zərər görməkdən və yaxud batil yolu seçib qələbə çalmaqla üzləşiriksə, birinci yolu seçmək münasib görülür, o cür ki, İmam Hüseyn (ə) bu yolu seçmişdir. Bunlara əsasən, əgər İslamın haqq olması bizim üçün məlum olarsa və istəsək yalnız zahirdə müvəffəq olaq məsihi dininə üz tutmalıyıq (sualınızda olan dəlilə əsasən) məntiqli deyil və Quranın digər ayələriylə o cümlədən Bəqərə surəsinin 120- ci ayəsi kimi qəbul olunmur.

Əlavə məlumat əldə etmək üçün göstərici

İslam dininin sonuncu olmasının sirri- nə 3503 nömrə bu sayta müraciət edin.

 


[1] - Tərcümə Ayətullah Məkarim.

[2] - Təbərsi, Fəzl ibn Əl- Həsən, Məcməul- bəyan fi təfsiril Quran, Mutərciman, cild 4, səh 94. Fərəhani nəşriyyatı, Tehran, birinci çap, 1360 hicri şəmsi.

[3] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 3, səh 326 və cild 3, səh 327. Dəftəre intişarate İslami camee Müdərrisin hozeye elmiyyeye Qum, beşinci çap, 1374, hicri şəmsi.

[4] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 3, səh 328- 329.

[5] - Təbərsi, Fəzl ibn Əl- Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, Mutərciman, cild 4, səh 94.

[6] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 3, səh 330.

[7] - Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, cild 2, səh 570, Darul- kitab əl- İslamiyyə, Tehran, birinci çap, 1374 hicri şəmsi.

[8] - Təbərsi, Fəzl- ibn Əl- Həsən, Məcməul- bəyan fi təfsiril- Quran, Mutərciman, cild 4, səh 94.

[9] - Təbatəbayi, Məhəmməd Hüseyn, Əl- Mizan təfsiri, Musəvi Həmədani, Seyyid Məhəmməd Baqir, cild 3, səh 330.

[10] - Fərahidi Xəlil ibn Əhməd, Əl- eyn, cild 5, səh 356, ikinci çap, hicrət nəşriyyatı, Qum 1410 hicri qəməri.

[11] - Məryəm surəsi, ayə 30.

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6148 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    7943 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13996 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    8892 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
    8403 Qədim kəlam 2011/08/23
       Kəlamelmindəisbatolunubki, insanözişlərindəixtiyarsahibidirvəQurandanöyrəndiklərimizdə
  • Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
    7788 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    6758 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5650 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9214 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    10319 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164005 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160168 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118966 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112220 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106940 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92856 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54353 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45245 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44727 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...