Please Wait
6574
Cavabı almaq üçün, münasib gördük sizin diqqətinizi ustad Hadəvi Tehraninin bu mövzuda söhbətlərinə yönəldək: Yeni əsrdə dinə doğru meyillilik daha çox müşahidə olunur, o halda ki, keçən əsrdə və bəzi dini dəstələrin fəaliyyəti (onların ilk qabaqcılı İran İslam İnqilabı idi ki, İran İslam Respublikasının yaranmasıyla nəticələndi) səbəb oldu ki, müasir insan bir çox dəyişiklikləri təcrübə etsin: Dini tanımayan, dinin aşiqi olan bir şəxsiyyətə çevrilir və axirətin həqiqət və mənəviyyətin nə olduğunu bilməyi tələb edir.
Bunun üçün də bütün və yaxud bəzi dinlər arasında dialoqlar son illər daha parlaq və bir çox konfranslar keçirilmişdir. Misal üçün beynəlzalq təşkilatlar rəhbərlərinin konfransı 2002- ci ildə taylənddə, beynəlxalq dinlər parlamenti 2003- cü ildə İspanyada, Dünya dinləri konfransı 2003- cü ildə Qazaxıstanda və nəhayət İbrahimi dinlər konransı müharibə və sülh brəsində 2006- cı ildə İtalyada keçirilmişdir.
Amma bütün bu fəaliyyətlər daxilində ki dinlər arasında konfranslar arasında keçirilmişdir lakin İbrahimi dinlərin sonuncusu xüsusiylə də İslam və məsihiyyət arasında olan faydalı dialoqların olması üçün problemlər vardır ki, onlardan bəzilərinə işarə edirik:
1. İştiraklı nöqtələr ki, iki dinin arasında vardır həqiqi diqqətin yetirilməməsi. O nöqtələr kimi ki, Quranda onlara işarə olunmuşdur: "De: Ey kitab əhli! O sözə doğru gəlin ki, bizimlə sizin aranızda birdir, Allahdan başqasına itaət etməyək və heç bir şeyi ona şərik qərar verməyək və bizlərdən bəzilərimiz digərlərimizi (yeganə Allahdan başqa) Allah kimi qəbul etməyək".[1]
İslam və Məsihiyyətdə əqidə və əxlaq nəzərindən bir çox bərabər nöqtələr vardır və yaxud bu iki din arasında bir çox sülh və əmniyyətdən tövhid çərçivəsi daxilində əsas qanun olmalı və başqa bir tərəfdən isə bir tərəfin qarşı tərəfə rəhbərlik iddiası olmasın. Əlbəttə ki, bu iki xüsusiyyət bu günkü dünyada müşahidə olunmur. Tövhidə diqqət olunmur və güclü hakimiyyətlərin zəif dövlətlərə təcavüz etməsi addi sayılır o cür ki, İranın nüvə proqramında ətraflı müşahidə olunur.
2. Bu iki din arasındakı dialoqların nəticəsindən məlumatın olmaması:
O cür ki, bu dialoqlar, dəqiq anlaşmalar üçün əsas bir körpüdür. Bu iki din arasında əqidə, əxlaq və... bəhslərin elmi və şəri axtarışları və müqayisə olunması böyük müvəffəqiyyətlərə səbəb olmuşdur.
Bu elmi anlaşmanın nəticəsi, açıq nəzəriyyələr əsasında azad yaşayış və bu iki din arasında bir araya gəlmək və beləliklə fikir və düşüncə müharibəsi ki, bu iki din arasında olmuşdur sona yetişmişdir. Bir sözlə inkişaf üçün əmin- amanlıq bir mühitə sahib olmaq və bəşəri istedad fəaliyyətlərini hərəkət etdirməkdir.
3. Hər bir dində başqa bir dinə qarşı keçmiş düşüncəylə baxılması və onlar da yeni fikirlərin oyanmaması.
Bir çox fikirlər ki, bu köhnə düşüncələrdən irəli gəlir, etibarı olmayan mənbələrin mütaliəsi zamanı yaranır və ya batil sözlərdən yaranır. O cür ki, belə düşüncə və fikirlərin nəticəsi, qarşı tərəfə mənfi fikirlərin yönəlməsiylə sona çatır.
4. Başqa problemlərdən biri də dünya səviyyəsində güclü qüvvələrin olmasıdır ki, iki din arasında mübarizələrin olmasını istəyirlər.
Bu dünya qüvvələrinin rəhbərləri, öz mənafelərini yalnız müharibələrdə görürlər. məlumdur ki, müharibənin əsl və dərin kökləri olmalıdır və bunların ən əsası etiqadda olan ixtilafdır. Buna görə də bu ixtilafların əsl dərinliyinə təkid edirlər.
Danimarkada müşahidə olunan karikaturlar, bu cür beynəlxalq ixtişaşlardan hesab olunur və bu Danimarka hadisələrinə bundan başqa ad vermək olmaz. Bu qədər nadanlıq ki, İlahi aləmin şəxsiyyəti həzrət Məhəmməd (s)- ə bu cür ehtiramsızlıq, həyata keçirildi, bunun baş verməsi Danimarka seçildi çünki bayraqlarının üzərində xaç şəkli vardır.
Onlar daha yaxşı bilirdilər ki, müsəlmanların qarşılıqlı hərəkatları onların bayraqlarını yandırmaqla nəticələncəkdir. Və bunun da qarşılığında Məsihilər öz etirazlarını bildirəcək.
Səkkiz ay öncə on altıncı bentiket, Vakitanın Papıyla olan görüşümüzdə bu nöqtəyə işarə etdim və ondan istədim ki, bu şeytan hiyləsinə diqqət edib öz tərəfdarlarına bu məsələni açıqlasın ki, bayrağı yandırmaq xaça ehtiramsızlıq deyil bəlkə dövlət əleyhinə siyasi bir hərəkatdır ki, onda Peyğəmbərə (s) ehtiramsızlıq olmuşdur.
Bu cür hadisələrdən biri də 11- sentyabr hadisəsidir ki, indi bir çox sənəd və dəlillər əsasında bilirik ki, bu yalnız bir siyasi cərəyan idi ki, dünya ticarət mərkəzinin iki böyük binası təyyarələr vasitəsiylə vuruldu və bundan məqsəd isə müsəlmanlara qarşı soyuq müharibənin dairəsinin böyüməsi (o cür ki, o zaman Amerika Prezidenti bu mövzuya işarə etdi) idi.
Mənim nəzərimdə, son zamanlar Papın gördüyü iş, dünyada dinlərə qarşı olan iğtişaşlardan biri idi. O səkkiz ay əvvəl[2] bəlkə də bir ay əvvəl dinlər arasında dialoqlara xüsusiylə də İslam və Məsihiyyətin dialoqlar etməsinə təkid edərək esesidə olan konfransda İslam və Məsihiyyətin dialoqları barəsində bəyaniyyə verdi. Bəs bu cür mövzulardan necə göz yuma bilər və bir sözlər deyir ki, onun şənində deyildir.
5. Hər iki dinin həqiqətləri bilməməsi problemləri; bu mövzu üçün çoxlu misallar vardır, əlbəttə ki, onların ən mühümmü Papın söhbətləridir ki, onlardan bəzilərinə işarə edirəm.
1)- Cihadla ki, İslamda bir termi məna daşıyır və müqəddəs döyüş ki, Məsihiyyət tarixində baş vermişdir bir sıra anlaşılmamazlıq olur, Pap deyir: "İmperatorluğun başlanğıcı həmin cihad və müqəddəs döyüşdür". Cihad, hidayət maneələrini aradan aparmaq və Allaha ibadət etməyi asanlaşdırmaqdır, bu döyüş, o şəxslərlə döyüşməkdir ki, Allaha itaət etməyin qarşısını alırlar və Allah bəndələrini onu tanımaqdan və hidayət olmaqdan uzaqlaşdırırlar. Bu da həmin kiçik cihad hesab olunur. Bəzi vaxtlarda cihaddan məqsəd nəfsi tanımaq və onu islah etmək üçün səylərdir ki, ona nəfslə cihad etmək deyilir. O halda ki, müqəddəs döyüşün əsl məqsədi, Məsihi olmayanları öz əsarətlərinə alıb, onları Məsihi olmağa məcbur etməkdir.
Əgər Ermənilərin İranda Lobnanda və başqa- başqa ölkələr ki. tarixlərinə nəzər salsaq, onların tədqiqatçılarının bu mövzuya etiraf etmələrini görərik ki, Məsihilərin başqa məzhəbləri səy etmişdirlər Ermənilərin din və dindarında dəyişiklik etsinlər, amma müsəlmanlar bu mövzuya hətta bir qədəm belə götürməmişdirlər.
2)- Quran tarixindən və ayələrinin nazil olmasının tarixindən məlumatının olmamazlığı.
O deyir: "Həqiqətən imperatorluq bilirdi ki, Quranın ikinci surəsinin (Bəqərə 256- cı ayəsi deyir: "Dində xoşagəlməməzlik yoxdur"... və bu surə Quranın ilk surələrindəndir ki, Məhəmmədin 9s) öz zamanına bağlıdır ki, o dövürdə heç bir qüdrət və rəhbərliyə çatmamışdı..."
Amma bu ayəyə nəzər saldıqda, bu ayə Mədinədə o zaman nazil olmuşdur ki, Peyğəmbər 9s) hökumət təşkil verib qüdrət sahibi idi və heç bir qüvvə onu qorxurtmurdu və bu ayənin barəsində olan rəvayətlər bu cür açıqladırlar ki:
Müsəlmanlardan biri, Mədinəyə ticarət üçün gələn Məsihilərin təsirinə düşərək Məsihi olur. Onun atası Peyğəmbərin (s) hüzuruna yetişib oğlunu məcbur olaraq qaytarılmasını istəyir. Peyğəmbər (s) bu işdən üz çevirib, bundan sonra ayə nazil olur.
Əlbəttə bu ayədə nişanələr vardır ki, Peyğəmbərliyin ilk illərinə dəlalət etmir, çünki ondan bir hissəsi buyurur: "Hidayət yolu, gümrahlıq yolundan seçilmişdir". Bəs məlumdur ki, bu cür məzmun Peyğəmbərliyin son illərində nazil olmuşdur nəin ki, ilk ilərində.
3)- O söhbətlərindən bir- hissəsində deyir: İmperator birdən- birə üzünü söhbət edən şəxsə tərəf çevirdi və... bizim əsl sualımız, dinlə rabitə və qəzblə olan rabitə birdir.
Sonra dedi: Ciddi bir şey ki, Məhəmməd (s) gətirmişdir mənə göstərin? O halda ki, siz insanlığa layiq olmayan və çirkinlik, misal üçün onun dinin qılınc vasitəsiylə yayılması əmrindən başqa bir şey toplamayacaqsınız!
Əlbəttə ki, bu sözlərdə heç bir insaf görünmür, bəzi müasir Məsihilər, Peyğəmbərin (s) risaləti barəsində Məsihilər üçün yazmışdırlar ki, bildirir ki, Məsihi bir şəxs, Məsih olmasıyla belə Peyğəmbərin nurundan istifadə etmiş və o həzrətin həyat tərzindən bəhrələnmişdir.
İslam tarixilə qısa bir nəzər salmaqla bilirik ki, İslam və müsəlmanlar bəşər cəmiyyətinə necə elm, maarif və yüksək nəaliyyətlər bağışlamışdır.
İslam İlahi maarifini tövhid üzərində bərpa etdi, bir fəlsəfə yaratmışdır ki, bərabəri yoxdur. Bu fəlsəfə Molla Sədranın hikməte Mütəaliyyəsində öz əksini tapmışdır və dünya fəlsəfəsində xüsusi yer tutmuşdur.
İslamda əxlaq və mənəvi dəyərlər parlayıb saçmış və İslam irfanında kamilliyə çatmışdır, bunun vasitəsiylədir ki, ruhani və nəfsani dəyərlər öz məqamına yol tapmışdır.
Şəriət, qanun və kamil göstərişlər ki, İslam insan həyatının müxtəlif yerlərində rol oynayır, İslamda xüsusi əhəmiyyət daşıyır.
İslam dünya və axirəti birləşdirib siyasət, iqtisad və tərbiyyət sahəsində olan ən yüksək mənəviyatı insan ixtiyarında qoyur.
Müsəlmanlarda bəşərin inkişafı tarixində böyük izlər qoymuşdurlar.
Bir çox ixtiralar onların əlləriylə həyata keçmişdir və bir çox elmlərin misal üçün kimya və fizika kimi elmlərinin əsas qanunları onlar tərəfindən kəşf olunmuşdur və ya bəzi elmlərin inkişafında tibb elmi kimi böyük rolları olmuşdur.
İslamın parlaq əsri bu cür nümunələrlə doldurur, bəs necə olur ki, o bütün bunlardan xəbərsizdir və yalnız özündən əvvəlkilərin cahil və ya cahillikcə sözlərinin nəticələrini təkrar edir.
4)- O deyir: "İmprator ətraflı olaraq açıqlayır ki, necə çətinlik və qəzəblə dini nəşr etmək ağılla düz gəlmir..."
O bu məsələni bir şəkildə açıqlayır ki, güya İslamda, dinin nəşr olunması, çətinlik vermək və qəzəb vasitəsi əsasında bərpa olmuşdur.
Amma bu Roma kilsəsinin seçdiyi yoldur ki, bu kilsənin tarixinə müraciət etməklə daha yaxşı məlum olar.
Amma İslam dini, elm, ixtiyar və iradə dinidir. Allah Taala insanları elmə dəvət edir və buna tərəf zövq verir": Aya o şəxslər ki bilirlər, o şəxslər ki, bilmirlər, bərabərdirlərmi?.[3]
Peyğəmbərin (s) risaləti oxumağa başlamışdır:" Oxu Rəbbinin adıyla ki, yaratdı..."[4]
"Oxu ki, Rəbbin (hamıdan) ucadır, o kəsdir ki, oxumağı qələm vasitəsiylə öyrətdi və insana o şeylər ki, bilmirdi öyrətdi!"[5]
"Və bəşarət ver o şəxslərə (ki, çox) sözlər eşidirlər və onların ən yaxşısından itaət edirlər"[6]
Gözəl hikmət və nəsihətlərlə Allaha doğru dəvət et! Və onlarla ən gözəl şəkildə münazirə et! Sənin Rəbbin hər kəsdən yaxşı bilir kim onun yolundan azmışdır, o hidayət olanları daha yaxşı tanıyır.[7]
İslam dini, hikmət və gözəl nəsihət və ağıl və məntiq dinidir.
Onun digər bir ibarəti ki impratorluqdan söz açır budur:" Bu cür qəzəb və çətin tutmaqlıq Allah və ruhun təbiətiylə əks bir haldır.
Allah qanı istəmir və ağıl çərçivəsində olmayan işlər Allahın təbiətiylə müxalif haldır. İman ruhun səmərəsidir nəin ki, cismin."
Bu sözlər daha çox Məsihi tarixiylə xüsusiylə də kataloq Məsihiyyətiylə münasibdir.
5)- O deyir: "İslam əqidəsində Allahın iradəsi mütləq deyil və bu da nəin ki, bizim nəzəriyyəmiz bəlkə ağılla üst- üstə düşmür".
Sonra isə İbni Həsmin təfsirindəki sözlərini dəlil gətirir ki, demişdir: Allaha vacib deyildir ki, hətta əgər bir kəlmə və sözünə əsaslansın və heç bir şey onu məcbur etmir həqiqətləri bizə anlatsın və insanın ixtiyarı vardır ki, əgər istəsə bütlərə ibadət etsin."
Papın bu sözləri, onun İslam mədəniyətində fəlsəfə və etiqadi kitablara müraciət etməməsinə ən gözəl dəlillərdir. İslamın fəlsəfə mənbələri buna təkid edir ki, Allahın iradəsi mütləqdir və onun iradəsinin həqiqəti onun elm və zatı deməkdir.
Amma onun fel iradəsi onun fellərində öz əksini tapır və onun dəlilləri ki, ibni Həzm Əndolosinin sözlərindən gətirir çox güman ki, mədəniyyət və maarifinin zəifliyindən irəli gəlir; çünki ibni Həzmin məzhəbi rədd olunmuş və məhv olmuş bir dindir ki bu gün onun heç bir davamçısı və tərəfdarı yoxdur.
Amma Əhli- beyt məktəbi diri bir məktəbdir, elm, ağıl və iradə dolu imanda daha gözəl şəkildə məlumdur.
Quranda imanda olan iradənin roluna işarə edərək buyurdu: "Və onu zülm və tuğyan əsasında inkar etdilər, o halda ki, qəlblərində ona yəqinləri var idi!"[8]
İnanaraq inkar etmək yəni iradənin imanda əsas rol oynaması. İslam kəlamı və fəlsəfəsinin bəhslərini nəzərə alaraq inanırıq bunu isbat edək ki, hətta elm də zəruri olaraq imana əsaslanmır.
Amma ibni Həzmin sözü ki, Allaha vacib olmasını rədd edir, ağılın yaxşı və pisi dərk etməsini inkar etmək deməkdir.
O halda ki, şiə filosofları ağılın yaxşı və pisi dərk etməsini isbat etmişdirlər, baxmayaraq ki, Əşairə firqəsi onu inkar etmişdirlər.
Dialoqun məntiq və öz çərçivəsi var.
Dialoq məntiqi iki ünsür əsasındadır:
1. Deyilənlərin doğruluğu və qarşı tərəfdə həqiqətlərə ehtimal verək.
2. Qarşı tərəfdə olan problem və nöqsanı özümüzdə olmasını da ehtimal verək. Amma dialoq çərçivəsi; ki, hormonotikada üfüq adlandırılır (Horrizon), yəni; bir məntəqənin bir bəhsdə hər iki tərəfi şərik (bərabər) olsunlar.
3. bəs mümkün deyil faydalı dialoqlara əl tapaq yalnız bu məntiq və çərçivəyə riayət etməklə.
Vəs- səlam.