Ətraflı axtarış
Baxanların
10883
İnternetə qoyma tarixi: 2010/11/10
Sualın xülasəsi
Mühasibəçi əql ilə qəlbin (və iman və eşqin) fərqini izah edin.
Sual
Mühasibəçi əql ilə qəlbin (və iman və eşqin) fərqini izah edin.
Qısa cavab

İnsanın batinində iki böyük və əzəmətli qüvvə – əql və eşq qoyulmuşdur ki, bunların hər biri insanın həyatında mühüm rol ifa edir. Əql nurlu bir çıraq kimi həyatın enişli-yoxuşlu yollarında işıq saçır. Əql qərizə (instinkt) qəbilindən deyildir; o, insanın daxilində mövcud olan meylləri tənzimləmək, mötədil vəziyyətə salmaq işini öhdəsinə alır və onun işi mühasibədən ibarətdir. Bu kəlmə qərb terminologiyasında tamamilə başqa mənaya işlənir. Bu məfhumda əql yalnız rəqəmlərin, hesablamaların, riyazi əməliyyatların, qazanc və ziyanların məfhumundan başqa bir şey daşımır və insani istəklərin və şəhvətin təmin olunması üçün bir xidmətçiyə çevrilir.

Eşq isə insanın daxilində və təbiətində başqa bir şeyə olan cazibədən və meyldən ibarətdir.

İman qəlbən yəqin edib ürək bağlamaqdan ibarətdir. Onun həqiqi mənada gerçəkləşməsi iki əsas ünsürün gerçəkləşməsinə bağlıdır, yəni eşq və əqlin qane olması ilə müyəssər ola bilər.

Ürək və qəlb camaat arasında və ariflərin terminində əqlin qarşılığında dayanır. Bu mənaya ki, əql dedikdə külli deyil, cüzi əql nəzərdə tutulur. Amma Quran ayələrinə müraciət etməklə aydın olur ki, bu səmavi kitabın terminində qəlb – hüsuli və hüzuri idrakların, həm də insani duyğuların, atifələrin (emosional xislətlərin, ülvi duyğuların) mərkəzi sayılır. Deməli, qəlb deyildikdə məqsəd bitki və heyvanlara məxsus olan həyat deyil, insani həyatın mənşəyi olan insan ruhundan və nəfsindən ibarətdir.

Əqlin müqabilində dayandığı zaman qəlb dedikdə məqsəd insan ruhunun o yönü nəzərdə tutulur ki, şühudi idraklar, hüzuri elmlər, insani duyğular, atifələr (emosional xislətlər), ülvi duyğular və eşq ondan qaynaqlanır.

Ətreaflı cavab

İnsanda müxtəlif meyllər və bacarıqlar vardır. Onun rəftarı bəzən qərizələrdən (instinkt), o cümlədən yemək, içmək və s., bəzən də qorxu, vəhşət və s. ruhi təsirlərdən qaynaqlanır, bəzi hallarda isə insana məxsus olan ali və yüksək meyllər, o cümlədən həqiqət axtarmaq, kamal qazanmaq, əxlaqi fəzilətlərə rəğbətdən; bəzən də atifə (emosional xislətlər) və hislərdən; belə ki, bunların bəziləri müsbətdir, misal üçün, məhəbbət, ünsiyyət; bəziləri isə mənfidir, o  cümlədən həsəd və kin-küdurət kimi.[1] Quran və rəvayət terminində bu meyl və istəklərin mənşəyi “nəfs” kimi təbir olunur.[2]

Nəfs öz qarşısına çıxan müxtəlif şəraitlərə, əncam verdiyi müxtəlif fəaliyyətlərə, əldə etdiyi müxtəlif çeşidli bəhrələrə görə bəzən “əmmarə”, bəzən “ləvvamə”, bəzən də “mütməinnə” adlandırılır. Əgər qərizə üzündən olan meyllərə, onun axır-aqibəti və nəticəsi ilə əlaqədar təfəkkür etmədən tabe olarsa, həvayi-nəfs adlandırılır.

İnsanın ixtiyari fel və əməlləri nəfsə bağlı iki şeydən qaynaqlanır: 1 - Nəzəriyyələr və mərifətlər, 2 - Meyllər və qərizələr. Biri bəyan edicidir, onun təsirləri gerçəkliyin kəşf olunmasıdır. Digəri isə təhrik edəndir və insanı müxtəlif işləri görməyə təhrik edir.

Əql insan nəfsində qoyulmuş bir qüvvədən ibarətdir və o, meyl və qərizə qəbilindən deyildir.

Əql insanın yolunu işıqlandıran bir çıraq, işləri bir-biri ilə müqayisə edən mühasibəçidir; o, nəzərdə tutduğu işin axirətimiz, taleyimiz və gələcəyimizə nə qədər təsirli olduğunu mühasibə edir. Nəfsdə mövcud olan meyllərdən bəziləri əqlin müqayisəsi, yol göstərməsi və təsdiqinə məruz qalır. Bəziləri isə özünü mümkün olan hər bir yolla təmin etməyə çalışır, hətta əqlin yol göstərməsi və hidayəti ilə tətbiq olmasa belə.[3]

Hər bir halda əqlin məhsulu iki cürdür: bəzən “vardır və yoxdur” deyə hadisələr dairəsində mühakimə yürüdür, bəzən isə “edilməli və edilməməli” şeylər sahəsində. Birinciyə “nəzəri əql”, ikinciyə isə “əməli əql” deyilir. Nəzəri əql elmi cihadda vəhm və xəyalı aydınlaşdırır ki, insan elmi və nəzəri məsələlərdə müğatilə (sofistika) quyusuna düşməsin. Əməli əql isə əxlaqi xislətlərin tənzim olunmasını öhdəsinə alır, istəklərin, meyllərin tənzim olunması məqsədi ilə fəaliyyət göstərir. Malik olduğu əməl növünə uyğun olaraq ona “mühasibəçi əql” də deyilir.[4]

Şəhid Mütəhhəri (r) bu barədə buyurur: İnsan iki cəhətdən elə bacarıq və  qüdrətə malikdir ki, sair canlılar ondan bəhrələnməmişdir:

1 - İnsanda bir sıra mənəvi cazibə və meyllər vardır, o cümlədən əxlaqi hisslər, tədqiqatçılıq hissi, gözəllik hissi, dostluq, pərəstiş və s. Belə ki, bunlar sair canlılarda yoxdur. Bu cazibələr insana imkan verir ki, öz fəaliyyətlərinin çərçivəsini maddi hüdudlarda genişləndirsin və yüksək mənəvi üfüqlərə doğru çəksin.

2. İnsan əql və iradə qüvvəsi ilə təchiz olunmuşdur. Əql ayırd edir, iradə isə işi əncam verir. İnsan meyllərin müəyyən tərəfinə üstünlük verməkdə, yaxud hal-hazırda meyli olmasa da, hər hansı işin bir tərəfinə üstünlük verməsini sırf proqnoz tələb edən hallarda mühasibə və düşüncə qüdrətinə malikdir. Həmçinin daxili meyllər müqabilində dayanmaq, müqavimət göstərmək və mühasibə etmək qüdrətindən də bəhrələnmişdir. İnsan öz taleyini xarici qüvvələrə həvalə etməyə bilər; o, özünü xarici qüvvələrin cazibə dairəsindən xilas edərək özünün sahibi ola bilər, özünün mənəvi azadlığına nail ola və bununla da özünün bu meyllərinə hakim kəsilə bilər.[5]

Ustad Mütəhhəri (r) başqa bir yerdə buyurur: Ləzzəti insanın təbiəti və qərizəsi, məsləhəti isə əqli ayırd edir. Ləzzət meyl stimullarına, məsləhət isə iradə stimullarına əsaslanır. İnsan özünün tədbir üzündən olan işlərini əql və iradə qüvvəsi ilə yerinə yetirir, halbuki, ləzzətlə əlaqədar olan işləri hiss və meyllərin hökmü ilə baş verir. Tədbir üzündən olan işlərin əqlin hökmü ilə yerinə yetirilməsinin mənası budur ki, əqlin mühasibəçi qüvvəsi müəyyən xeyir, kamal və ya ləzzəti əlçatmaz mərhələdə görür, bəzi hallarda çətin olan nail olma yollarını kəşf edir, onun əldə edilməsi üçün tədbir tökür. Tədbir üzündən olan işlərin iradə qüvvəsi ilə əncam verilməsinin mənası budur ki, insanda əql qüvvəsinə bağlı olan bir qüvvə vardır və onun rolu da əqlin qəbul etdiyi işləri əncam verməkdir. Bəzi hallarda bütün cazibələrin və təbii meyllərin əksinə olaraq, əql üzündən qəbul edilmiş qərarları, fikir üzündən olan tədbirləri əməli olaraq həyata keçirir. Bu, eynilə xəstə şəxsdə baş verən halətlər kimidir. O, ürəyi istəyən şeyləri yemək istəyir, dava-dərmana nifrətlə yanaşır, acı, ürəkbulandıran dərmanları içməkdən ruhən əzab-əziyyət çəkir. Amma meyllərə hakim olan iradə qüvvəsinin, eləcə də insanın məsləhətini ayırd edən əql qüvvəsinin hökmü ilə acı və xoşagəlməz dərmanı qəbul edir.

İndi əgər tədbir üzündən olan fəaliyyətlər ləzzət üzündən olan fəaliyyətləri kölgədə qoysa və ləzzət üzündən olan fəaliyyətlər həyatın tədbir üzündən olan ümumi və külli proqramlarının bir hissəsi olarsa, təbiət əql ilə, meyl  iradə ilə uyğunlaşacaqdır.

Digər tərəfdən, insan öz məqsədinə nail olmaq üçün tədbir üzündən olan fəaliyyətlərində istər-istəməz müəyyən planlar tökməli, tədbir görməli, üslub seçməli, vasitəni ayırd etməlidir. Tədbir üzündən olan fəaliyyətlər bir sıra nəticələrə, uzaq hədəflərə malik olduğundan, bu fəaliyyətlər ali-insani meyllərlə təzadda olmamalıdır, əks halda, heyvani yönlü fəaliyyətlərdən də artıq təhlükəli olacaqdır.

Digər tərəfdən də, əql çox geniş səviyyədə, külli, hərtərəfli proqramlar tökə bilər ki, insanın bütün yönlərdəki səadətini təmin edə bilsin. Çünki, o, həyatın məsləhətlərinin məcmusuna əhatəlidir.

Buradan ideologiya və məktəbə olan ehtiyacın zərurəti aydın olur. Bu da vəhy üfüqündən ibarətdir: o, səadətə çatdıran əsil yolun istiqamətini təyin edir, əql və elmin işi də bu əsil yolda hərəkət etməkdən ibarətdir. İnsanın ideologiyaya qovuşması o zaman gerçək olur ki, özünə iman forması alsın. Təsirli, köklü ideologiya bir tərəfdən hər hansı bir növdə olan dünyagörüşə arxalanmalıdır ki, təfəkkür və düşüncəni qane edib qidalandıra bilsin, digər tərəfdən mütləq öz dünyagörüşündən müəyyən hədəfləri nəticə olaraq almalıdır ki, ona doğru cəzb olunsun. Bu zaman imanın iki əsas ünsürü olan eşq və qane olmaq əl-ələ verərək dünyanı qurur.

Buna görə də imanın tərifində belə demək olar:[6] İman – müəyyən iş barəsində bir növ nəfsani halət və sifət olan qəlbi yəqin və təsdiqdən ibarətdir, onun sırf mərifətlə fərqi vardır.[7]

İmanın gerçəkləşib həyata keçdiyi yer – insanın nəfsi, qəlbi və ürəyidir. Onun söz və əməldə təsiri olsa da, həqiqətinin gerçəkləşməsi sözə və əmələ bağlı deyildir. Buna görə də islamla iman arasında “ümumi xüsusi mütləq” münasibəti vardır. Yəni hər bir mömin müsəlmandır, lakin müsəlmanlardan bəziləri zahirdə haqqa təslim olsalar da, mömin olmamaları mümkündür.[8]

İman qəlbdən qaynaqlanan bir əməldir. O, insanın ixtiyari və qəlbi felləri sırasındadır, onun elm və əqidə ilə təfavütü vardır. Çünki, elm və əqidə ixtiyarsız olaraq hasil olur, özünün xüsusi müqəddimələrinə tabedir.[9] İman – könül vermək və qəlbini başqasına tapşırmaqdır. Bu da o zaman hasil olur ki, qəlbin üzü başqa səmtə olmasın. İman bir həqiqət barəsində iltizamlı olmaq, onu qəbul etməkdir. O, başa düşmək və bilmək qəbilindən deyildir. Elm zehinlə əlaqədardır, iman isə qəlbin işidir. Əlbəttə, elm imana zəmin yaradan və onun həyata keçməsi üçün lazım və zəruri şərtdir.[10]

Şəhid Mütəhhəri (r) elm ilə imanın arasında belə fərq qoyur: “Elm bizə aydınlıq gətirib qüdrət verir, iman isə eşq, ümid və qızğınlıq verir. Elm vasitə düzəldir, iman isə məqsəd. Elm sürətləndirir, iman isə istiqamətləndirir. Elm bacarmaq, iman isə yaxşı istəməkdir. Elm “nə olmasını” nəzərə çarpdırır, iman isə “nə etmək lazımıdır” deyə ilham bəxş edir. Elm insanın vücudunu bir üfüq kimi genişləndirir, iman isə onu şaquli istiqamətdə yuxarı qaldırır. Elm əqlin, iman isə ruhun gözəlliyidir. Elm düşüncənin, iman isə hislərin gözəlliyidir.”[11]

Amma eşq:

Eşq lüğət kitabında “şiddətli sevmək” mənasına gəlmişdir.[12] Deyilmişdir ki, bu söz “əşəqəhu” felindən alınmışdır; “Eşq qızıl sarmaşıq bitkisinə deyilir; o, ağacı əhatə edir, nəticə etibarı ilə onun tənəffüs yolunu bağlayır və ağac saralır.”[13]

İbadət və sair işlərə aşiq olanlar barəsində belə demək olar: “Onları ibadət sarmaşıqları əhatə etmişdir və buna görə də saralmış və arıqlamışlar.”[14]

Əbu Səid Əbul-xeyr ağacların payızda saralmış yarpaqlarına xitab edərək bu haləti belə bəyan edir:

Tora ruyi zərdo, məra ruyi zərd,

To əz mehri maho, mən əz mehri mah.

Sənin də üzün sarıdır, mənim də üzüm sarı,

Sən ayın mehrindən, mən də ayın mehrindən.

Hər bir halda, eşq insanın daxili halət və sifətlərindən biridir, meyl və cazibə qəbilindədir, qəlbə aid edilən batini bir hissdir.[15] Biz inanırıq ki, bütün aləm eşq əsasında bərqərar olmuşdur. Yəni bir tərəfdən eşq aləmi icad edən səbəbdir. Allah-taalanın müqəddəs zatı qeyb pərdələrinin şahidi, dünyanı yaratmazdan qabaq Özü həm məşuq, həm də aşiq idi. O, Öz camal sifətlərinin aşkar olunmasını istədiyinə görə yaradılış aləmini Öz camalının güzgüsü qərar verdi.[16]

Cami, “Yüsuf və Züleyxa” kitabının müqəddiməsində bu barədə belə deyir:

Dər an xəlvət ki, həsti bi neşan bud,

Be konci nisti aləm nəhan bud.

O xəlvət yerdə ki, varlığın nişanəsi yox idi,

Aləm yoxluq küncündə gizlənmişdi.

Vücudi bud əz nəqşi dui dur,

Ze qofte-quyi maiyo-tuiyo dur.

Bir vücud var idi, ikilik nəqşəsindən uzaq,

“Mən” və “sən” deyə söhbətlərindən uzaq.

Cəmali mütləq əz qeydi məzahir,

Be nuri xiştən bər xiş zahir.

Mütləq camal,təzahür qeydindən uzaq,

Öz nuru ilə Özünə zahir idi.

Del ara şahidi dər hicleyi qeyb,

Mübərra zati u əz töhməti eyb.

Ürək oxşayan bir şahid idi qeyb pərdəsində,

Onun müqəddəs zatı eyb töhmətindən uzaq.

Nə ba ayineyi ruyəş dər miyane

Nə zülfəş ra kəşide dəsti şane.

Nə güzgü ilə üzünü göstərmiş,

Nə zülfünə daraq çəkmişdi.

Nəvayi delroba ba xiş misaxt,

Qumari aşiqi ba xiş mibaxt.

Ürək oxşayan səslə Özü ilə danışırdı,

Aşiqlik qumarını Özü ilə uduzurdu.

Vəli zan ca ki hökmü xub ruyi əst,

Ze pərde xubru dər təngi xui əst.

Lakin gözəllik bunu hökm edirdi:

Gözəllik pərdəsində təng xislət.

Neku ru tabi məsturi nədarəd,

Çu dər bəndi sər əz rozən bər arəd.

Gözəl üzlünün pərdə altında olmağa taqəti yoxdu,

Qapını bağlasan, başını bacadan çıxarar.

Çu hər ca həst husn, inəş təqazast,

Nəxost in conbeş əz husni əzəl xast.

Hər yerdə gözəllik olduğuna görə bunu istədi,

Əvvəlcə bu hərəkət əzəllik gözəlliyindən qalxdı.

Burun zəd xeyme ze eqlime təqəddus,

Təcəlli kərd bər afaqo ənfus.

Quds iqlimindən xeymə kənara çıxdı,

Üfüqlərə və nəfslərə təcəlli etdi.

Ze zərrati cəhan ayineha saxt,

Ze ruyi xud be hər yek əks əndaxt.

Dünya zərrələrindən güzgülər düzəltdi,

Öz üzündən hər bir şeyə şəklini saldı.

Cəmali ust hər ca celve kərde,

Ze məşuqani aləm bəste pərde.

Camalı hər bir yerə cilvələndi,

Aləm məşuqlarından pərdəni bağladı.

Be eşqi ust del ra zendeqani,

Be eşqi ust canra kamranı.

Məhz Ona eşqlə qəlb canlı qalır,

Məhz Ona eşqlə canlar kama çatır.

Deli kan aşiqi xuban del cust,

Əgər danəd, və gərney aşiqi ust.

O qəlb ki, gözəl aşiq könlünü alar,

Əgər bilsə; amma əgər bilməsə, onun aşiqidir...

Digər tərəfdən, hər bir varlıq öz kamalını axtarır, hər bir məlulun (nəticənin) vücudi kamalı onun illətinin (vücud verən, əsl səbəb) vücudi mərtəbəsidir. Deməli, hər bir məlul öz illətinin aşiqidir. Varlıq aləminin ən yüksək mərhələsi Allah-taalanın müqəddəs zatı olduğuna görə, Caminin bəyanında qeyd etdiyimiz kimi, varlıq silsiləsinin həqiqi məşuqu da Allah-taalanın müqəddəs zatı olmalıdır.[17] Buna görə də Allahdan başqasına eşq bəsləmək məcazi eşq sayılacaqdır. “Yuhibbuhum və yuhibbunəhu” (Allah onları, onlar da Allahı sevir.”)[18] ayəsindən belə nəticə almaq olar ki, eşqin iki tərəfi vardır. Onun əvvəli və axırı çox yüksək məqama malikdir:

Qol əz hicrani bolbol, bolbol əz duriyyo qol hərdəm,

Be tirf, golsetan hər yek be eşq xiş məftun şod.

Gül bülbülün, bülbül gülün hicranından hər zaman,

Gülüstan tərfində hər biri öz eşqi ilə məftun oldu.[19]

 

Əql, eşq və imanın əlaqəsi

Əvvəlki mətləblərə diqqət yetirməklə belə demək olar: Həyat yolunda əqlin ifa etdiyi rol maşının çıraqlarına bənzəyir: o, işıq saçmaqdan əlavə, həm də tormoz kimi çox inadkar hərəkətləri cilovlayır, onun tüğyan etməsinin qarşını alır.[20] Eşq eynilə avtomobili hərəkətə gətirən motora bənzəyir. Buna görə də demək olar ki, çırağı olmayan motor kor, təhlükəli, rüsvay edici və öldürücü eşqdir. Motorsuz çırağın da heç bir ruhu və təsiri, hərəkəti yoxdur və soyuqdur. Deməli, bəzi sufilərin iddia etdiyinin əksinə olaraq, bu ikisi bir-biri ilə rəqib deyildir.[21] Eşq və əql də imanın iki əsas təşkiledici ünsürüdür.

Əlbəttə, ariflərin kəlamında əql iki qismə bölünür: cüzi əql və külli əql. Cüzi əql mütləq eşqin qarşısında qərar tutur və eşqin və s.in çərçivəsində heyrətdən donur:

Aşiq əz həqq çün ğəza yabəd rəhiq,

Əql anca qom şəvəd qom, ey rəfiq!

Əqli cüzi eşq ra münkir büvəd,

Gərçi benəmayəd ki sahibi sər buvəd.

Aşiq haqdan qidalansa rəhiqi,

Əql orada itib-batar, ey rəfiq!

Cüzi əql eşqi inkar edir,

Başının sahibi olduğunu desə də.[22]

Cüzi əql dünyəvi zərər-ziyan və təbiət aləmi ilə məşğul olduğundan onu “mühasibəçi əql” adlandırmaq olar. Halbuki külli əql şəkk-şübhə, vəhm, şəhvət və s.dən uzaqdır və öz ardınca qeyb aləmi və axirətin dərk olunmasını gətirir.

Əqli cüzi gah çiregəhi nequn,

Əqli külli eymən əz reybul-mənun.

Əql befurşo honər, heyrət bexər,

Ru be xoxari nə buxara ey pesər!

Cüzi əql gah heyrətlənir, gah bədbəxt olur,

Külli əqli (yanlış)  ehtimallardan uzaq.

Əqli hünəri sat və heyrəti al,

Xarlığa doğru, nəinki Buxaraya![23]

Bu cüzi əqlin fövqündə olan külli əql insanın səadət səbəbidir:

Qeyr əz in mə’qul ha mə’qul ha,

Yabi əndər eşq fərro bəha.

Bu məqullardan yüksəkdə məqullar var,

Dəyər-qiymətli eşqi onda taparsan.

Ğeyri in əqli tu həqq ra əqlhast,

Ki bedan tədbiri əsbabi səmast.

Sənin bu əqlindən əlavə haqqın bir əqli də var ki,

Səmaların, səbəblərin tədbiri ondandır.

Ki bedin əql avəri ərzaq ra,

Zan degər məfrəş koni ətbaq ra.

Ki, bu əql ilə ruzini gətirərsən,

O birisindən təbəqləri fərş edərsən.[24]

Nəhayət, əql insanı əbədi səadətə doğru hidayət edən vasitədir:

Kist buye qol dəm əqlo xerəd,

Xoş qəlavo ziereh milki əbəd.[25]

Sonda aşiqlərin gözünün nuru Əli ibni Əbi talib (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədisi qeyd edirik: “Allaha eşq və məhəbbət elə bir oddur ki, hər şeyin yanında keçsə, onu yandırar.”[26]

Bəlkə də belə sözlərdən ilham almaqla Şeyx Fəxrəddin Əraqi eşqin tərifində deyir: “Eşq bir atəşdir ki, qəlbə düşən zaman orada tapdığı hər bir şeyi yandırır və elə bir həddə çatır ki, məşuqun sürətini də qəlbdən məhv edir. Məcnun bu yanğıda olan zaman dedilər ki, Leyla gəldi. Dedi: “Mən özüm Leylayam!” Bundan sonra başını aşağı salıb öz işi ilə məşğul oldu. Leyla dedi: “Başını qaldır, məhbubun gəlib, Bax gör yenə də (sağ) qalacaqsan?!” Məcnun dedi: “Məndən uzaqlaş! Sənə məhəbbət məni özünə məşğul edib!”

An şod ke be didare to mibudəm şad,

Əz eşqi tu pərvayi toəm nist əknun.

ٍٍSənin görüşünlə mən şad olurdum,

Sənin eşqindən indi heç bir qorxum yoxdur.[27]

 

Qəlb və ürəyin mənası

Camaat arasında və fizioloji baxımından qəlb insanın sinəsinin sol tərəfində yerləşən xüsusi orqandan ibarətdir. Amma Quran, rəvayət və ya əxlaq terminində qəlb elə insanın mücərrəd ruhudur və müxtəlif funksiyalara  malik olduğundan müxtəlif təbirlərlə qeyd edilir: “sədr”, “nəfs”, “qəlb”, “fuad”, “ruh”. Bu adlarının hamısının xülasəsi ilahi bir incəlikdir ki, ədəbiyyatda ona insanın qəlbi və canı deyilir

Quranda üç növ iş və xüsusiyyət qəlbə aid edilmişdir:

1. Mərifət növlərinə aid olan xüsusiyyətlər, misal üçün, hüsuli idraklar, o cümlədən, təəqqül, tədəbbür və təfəqqüh;[28] habelə hüzuri idraklar (hüzürü və şuhudi görmələr), istər adi olsun, istərsə də olmasın. (Vəhy bir növ sirli idrakdır ki, Quranda qəlbə aid edilmişdir.)[29]

2. Meyl yönünə aid olan xüsusiyyətlər, o cümlədən qorxu, iztirab, qəsavət, daşürəklilik, kobudluq, iman, təqva, şövq (eşq), təmayüllər və s.[30] Eləcə də qəsd, iradə və niyyətlə əlaqədar olan şeylər.[31]

Deməli, qəlb bu kimi işləri yerinə yetirən bir varlıqdır. Yəni dərk edir, insani duyğuların mərkəzidir, qərar qəbul edir, dostluq və düşmənçilik edir və sair.

Buna görə də demək olar ki, qəlb dedikdə məqsəd insani nəfs və ruhdur. Əgər “insanın birdən artıq ruhu yoxdur, bu vahid ruh da insanın bitki, heyvan və insani həyatının mənşəyidir” deyə bəyan olunan nəzəriyyəni qəbul etsək, onda qəlb yalnız insan ruhunun yönlərindən olacaqdır. (Yəni insani xüsusiyyətlər həyatının mənşəyi olan yön olacaqdır.) Başqa sözlə desək, Quranda qəlb heyvani və bitki yönlü həyatın mənşəyi olmur.[32]

Bəli, ariflərin yazılarında qəlb əqlin müqabili (ziddi) olur və bu zaman insan ruhunun yalnız ali-insani, ülvi duyğuların və eşqin mənşəyi olan yönü nəzərdə tutulur. O, idrakların da mənşəyi olur, amma hüsuli idraklar ona aid edilmir və yalnız şühudi və hüzuri elmi üçün bir mərkəz sayılır.

 



[1] Bax: Şirvani, Əli, “İslami əxlaq”, səh. 116-117

[2] “Nəfs” – “şəxs”, “mənlik” mənasınadır. Bu lüğət mənası da Quranda “nəfs” kəlməsi ilə ifadə olunan məsələdir. (“Quranda əxlaq”, Misbah Yəzdi, Məhəmməd Təqi, 1-ci cild, səh. 243-244) Əlavə məlumat üçün “Əl-mizan” təfsirində Quranda nəfs kəlməsinin işlədildiyi yerlərin izahına baxa bilərsiniz: 14-cü cild, səh. 285-287

[3] Bax: Misbah Yəzdi, Məhəmməd Təqi, “İslami əxlaq”, 1-ci cild, səh. 195-dən sonra

[4] Qərb mədəniyyətində də “mahasibəçi əlq” vasitə əqli, cüzi əql və ya dəlil-sübut gətirən (istidlalçı) əql kimi də təbir olunur. Bu termində vasitə yönlü və mühasibəçi əqlin əqlaniyyətinin əsl cəhəti insanın təbiətə hakim kəsilməsi hesab olunur. Vasitə yönlü əql insanın həyatına nəzər yetirir və ümumi şəkildə qüdrət və şüurdan ibarətdir ki, ondan istifadə edərək öz məişətini sahmana salır, bu dünyanın istədiyi həyatına nail olur. Bu əql ixtiraçılıq və mühasibə qüdrətinə malik olduğundan, insanın gələcək hadisələri proqnozlaşdırmasına şərait yaradır. İslam hədisləri məişətin tənzim olunmasındakı əqli və vasitə yönlü istifadələri qəbul etsə də, məişət əqlindən edilən bu təfsir Hiyum kimilərin və qərbdə rəvac tapmış sair alimlərin nəzəriyyələri ilə tamamilə fərqlidir.

Hiyumun irəli sürdüyü vasitə yönlü əql insanın yalınız dünya həyatına nəzər yetirir və insanın axirət həyatı ilə heç bir əlaqəsi yoxdur. O, elə bir əqldir ki, insanın meyl və şəhvətlərinə çatmaq üçün bir vasitə rolunu oynayır. Buna görə də bu əql şəhvətin davamında və ona xidmət üçündür, nəinki onunla eyni səviyyədə və onunla müqabilə edən.

Bu əql Allahı və dini sübuta yetirən nəzəri əqlin xidmətindədir ki, insanların gördüyü işlərin gözəl və ya çirkin olmasını təyin edən, insanı dəyər və əxlaqi fəzilətlərə doğru hidayət edən əməli əql deyildir, əksinə nəzəri və əməli əqlin müqabilində qərar tutur.

Amma islam rəvayətləri baxımından məişət əqli əməli və nəzəri əqlin hədəflərinə çatmaq üçün bir vasitədir. Nəzəri əql Allahı, dini, axirəti isbat etdiyindən, eləcə də əməli əql insanı Allahın hökmlərinə əməl etməyə, din və axirətlə bağlı məsələlərə riayətə çağırdığından, vasitə yönlü əql din, axirət və mənəviyyatın xidmətində qərarlaşır. Bu, şəhvət və həvayi-nəfsin qarşılığıdır. Buna görə də imam Əli (əleyhis-salam) özünün bəzi kəlamlarında məaş (məişət, dünya həyatı) və məad əqlini bir-biri ilə yanaşı qeyd etmişdir.

[5] Bax: “İslami dünya görüşün müqəddiməsi”, Mürtəza Mütəhhəri, səh. 253-262, ixtisarla

[6] “İslami dünyagörüşün müqəddiməsi”, səh. 42-48, ixtisarla

[7] “Əz-zəxirə”, Seyid Mürtəza, səh. 536; “Təfsiri Quran”, Sədrəddin Şirazi, 1-ci cild, səh. 249; “Əvailul-məqalat”, Şeyx Mufid, səh. 48; “Quranda kəlami iman nəzəriyyəsi”, Möhsün Cavadi, səh. 119-158; “İslami əxlaq”, Əhməd Deyləmi və Məsud Azərbaycani, səh. 73

[8] “İslami əxlaq”, Əhməd Deyiləmi və Məsud Azərbaycani, səh. 73.

[9] “İslamı əxlaq”, Əli Şirvanı, səh. 100

[10] Yenə orada, səh. 103 və 119

[11] “İslami dünyagörüşün müqəddiməsi”, səh. 21-23, ixtisarla

[12] “Əqrəbul-məvarid”, 2-ci cild, səh. 786

[13] Səccadi, Seyid Cəfər, “İrfanı ifadə və terminlərin ensiklopediyası”, “eşq” maddəsi; eləcə də “Əqli elmlərin ensiklopediyası”, “eşq” maddəsi. Bəlkə də həzrət Əli (əleyhis-salam) buna görə müttəqilərin vəsfində buyurur: “Onların cəsədləri və bədənləri zəifləmiş olur... eynilə yonulmuş oxlar kimi arıqlamışlar.” "Nəhcul-bəlağə", Məhəmməd Dəştinin tərcüməsi, səh. 303 və 305

[14] Yenə orada

[15] Ayə və rəvayətlərdə adətən belə bir halət “məhəbbət” deyə təbir olunur.

[16] Bax: “Nəzəri ürfan”, Yəhya Yəsribi, səh. 47-53

[17] Molla Sədra, “Əsfar”, 7-ci cild, yeni çap, səh. 158-dən sonra

[18] “Maidə” surəsi, 54

[19] İmam Xomeyninin (r) divani

[20] Əlbəttə, nəfsani istəklərlə mübarizədə qarşılıqlı meylləri gücləndirmək xüsusi əhəmiyyət daşıyır. Misal üçün, xeyir işlərin əsər-əlamət və nəticələrini dərk etmək insanın qəlbində Allaha məhəbbəti çiçəkləndirir, Ona məhəbbətin varlığı ilə Ondan qeyrisinə məhəbbətə yer qalmır. Buna görə də “Şəbaniyyə” minacatında deyilir: “Pərvərdigara! Sənə qarşı itaətsizlikdən (çəkinib) başqa yana keçməyim üçün heç bir qüvvə yoxdur:; yalnız Sənə məhəbbətlə məni qəflətdən oyatdığın vaxtın (bu mümkündür).” “İslami əxlaq”, Misbah Yəzdi, 1-ci cild, səh. 195-213

[21] Bax: “Haqqın cilvəsi”, Məkarim Şirazı, Davud İlhaminin müqəddimə və vərəqatlı haşiyələri ilə, səh. 93-129

[22] “Məsnəvi”, Mövləvi, 1-ci dəftər, 1981-1982-ci beytlər

[23] “Məsnəvi”, Mövləvi, 3-cü dəftər, 1145-1146-cı beytlər

[24] “Məsnəvi”, Mövləvi, 5-ci dəftər, 3233-3235-ci beytlər

[25] “Məsnəvi”, Mövləvi, 5-ci dəftər, 3350-ci beyt

[26] “Biharul-ənvar”, 70-ci cild, səh. 22, “Məhəccətul-beyza”, 8-ci cild, səh. 7

[27] “Divani Əraqi”, “ləməat”, 23-cü lümə, səh. 420

[28] “Əraf”, 179, “Ənam”, 25, “İsra”, 46, “Kəhf”, 57, “Muhəmməd (səlləllahu əleyhi və alih)”, 24 və s. ayələr

[29] “Bəqərə”, 97, “Şüəra”, 193 və 194

[30] “Ənfal”, 2, “Naziat”, 8, “Zümər”, 22, “Hucurat”, 14, “İbrahim” 37 və s.

[31] “Qaf”, 37, “Naziat”, 8, “Zümər”, 22, “Hucurat”, 14, “İbrahim”, 37 və s.

[32] Bax: Misbah Yəzdi, “İslami əxlaq”, 1-ci cild, səh. 244-266

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13927 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Behiştdəki hər hansı bir fərd mələklə evlənə bilər? Belə olan vaxtda hər bir hurinin bir əri olacaq? Behiştdə gedən qadınların da kişi mələkləri olacaq?
    6711 Qədim kəlam 2011/06/19
    Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ...
  • Динин сијасәтлә ујғунлуғу вармы?
    7081 Təzə kəlam 2009/11/10
    Илаһи тәрәфиндән ҝөндәрилән дин дүнјанын сонуна гәдәр бәшәријјәтә сәадәт јолуну зәманәт верир. Бу о демәкдир ки, онун ҹәмијјәтин әсасыны тәшкил едән дөвләт вә гурулуша биҝанә јанашмасы гејри-мүмкүндүр. Имам Рза (ә) ислами дөвләтин зәрурилији һагда бујурур: “Биз тарихдә елә бир күтлә вә ја милләт ...
  • Vəliye fəqihin vəhdətinə rəvayət dəlili hansıdır?
    5633 Nizamlar (Qurluşlar) 2012/09/01
    Bu sualın cavabında qeyd etmək lazımdır ki, vilayete fəqihin vəhdəti rəvayi dəlillərlə isbat edilmir. Bu rəvayətlər yalnız meyarları bəyan etməklə kifayətlənir və vəliye fəqihin vəhdətinə və sayına işarə vurmamışdır. Bu vəliye fəqihin vəhdəti və sayı bu rəvayətlər əasında icazə verilən və düzgündür və cəmiyyətin dini mütəxəssisləri də ...
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Əgər hazırkı məsihi dini təhrif olunubsa və Allah onları kafir hesab edirsə, bəs nə üçün onlara şəfa verir və onlara diqqət yetirir?
    5720 Qədim kəlam 2012/01/19
    Allahın bəzi məsihilərə şəfa verməsi və diqqət yetirməsinin səbəbi Onun rəhmaniyyət və feyzinin ümumu olmasıdır. Bu rəhmət və feyz bütün insanlara şamil olur, nəticədə ilahi nemətlərdən bəhrələnmək sayəsində səadət və iman yolunu seçir, ilahi mərifət və kamala nail olurlar. Çünki Allah-taala insanları azad yaradır, ixtiyarlarına müəyyən imkanlar verməklə onları sınaqdan ...
  • Oğurluq günahını necə bərpa edə bilərik?
    11298 Nizamlar hüquq və əhkam 2011/11/24
    Allah-taalanın lütf və mərhəmətinin sizə şamil olduğuna görə təbrik edirəm! Çünki siz bu işin qəbahətli olduğunu başa düşüb tövbə ilə bu yaramaz işi bərpa etmək fikrinə düşmüşsünüz. Tövbə etməklə bu günahın bərpa olunması üçün ona deməyiniz lazım və vacib deyil. Siz onu öz işinizdən agah etməyin; özünüzlə ...
  • Bilmək istərdim ki, İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət varmı?
    8784 Nizamlar hüquq və əhkam 2015/08/01
    Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və ...
  • Qurani-kərimdə gözəllikşünaslıq məsələsini isbat edən ayələr vardırmı?
    9666 Təfsir 2012/07/22
    Farsca ziba (gözəl) kəlməsinin müxtəlif mənaları vardır: layiqli, yaxşı, xoş surət. Termində isə kamalın üzərinə çəkilmiş şəffaf bir pərdəyə deyilir. Ümumiyyətlə, gözəlliyin dörd növü vardır: Hiss olunan, hiss olunmayan, məqul (əqli) və Allah-taalanın mütləq gözəlliyi. Quran nəzərindən insanın gözəlliyi, təbiət gözəlliyi, mənəvi və əxlaqi gözəlliklər ...
  • Нәјә ҝөрә Шура сурәсинин 23-ҹү ајәсиндә “әл-гурба” сөзүнү Әһли-Бејт мәнасында тәфсир едирсиниз?
    6469 Qədim kəlam 2010/11/22
    Һәр бир ҹүмлә вә ја кәлмәдә данышанын мәгсәд вә һәдәфи мәлум олмаса, кәнарда олан елә әламәт вә шаһидләрә мүраҹиәт етмәк лазымдыр ки, һәмән мәгсәд вә һәдәф мәлум олсун. Гуранын Шура сурәсинин 23-ҹү ајәсиндә охујруг: “Де: "Мән сиздән бунун (рисаләти тәблиғ етмәјимин) мүгабилиндә Әһли-бејтә ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    163889 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    159553 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118843 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112034 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106186 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92698 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54209 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50017 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45085 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44531 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...