Please Wait
5936
Qurani-kərimin aşkar buyurduğuna görə həzrət İsa (əleyhis-salam) beşikdə olan zaman Allah dərgahında yüksək bir məqama malik olmuşdu:
فَأَشارَتْ إِلَیْهِ قالُوا کَیْفَ نُکَلِّمُ مَنْ کانَ فِی الْمَهْدِ صَبِیًّا قَالَ إِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتَابَ وَ جَعَلَنِی نَبِیًّا وَ جَعَلَنِی مُبَارَکاً أَیْنَ ما کُنْتُ وَ أَوْصَانِی بِالصَّلاةِ وَ الزَّکاةِ مَا دُمْتُ حَیًّا
“Məryəm öz övladına işarə etdi (ki, hadisəni ondan soruşsunlar). Onlar təəccüblə dedilər: “Beşikdə olan bir körpə ilə necə danışa bilərik?!” İsa (təzəcə doğulmuş halda) dedi: “Mən Allahın bəndəsiyəm, O mənə asimani kitab vermiş və məni peyğəmbər seçmişdir! Hər yerdə olsam, mənim vücudumda xeyir-bərəkət qərar vermişdir. Sağ olduğum vaxta qədər mənə namaz və zəkatı tövsiyə etmişdir.”[1]
Həmçinin başqa bir yerdə belə buyurulur:
وَ یُکَلِّمُ النَّاسَ فِی الْمَهْدِ وَ کَهْلاً وَ مِنَ الصَّالِحِین
“İsa beşikdə ikən, orta yaşlı olan zaman camaatla danışırdı və daim yaxşı iş görənlərdən idi.”[2]
Deməli, əgər bir şəxsin körpəlik dövründə peyğəmbər olduğunu qəbul etsək, asimani bir Xanımın da yeniyetməlik və cavanlıq dövrlərində peyğəmbərlər kimi bir məqama nail ola bilməsinin mümkünlüyünü qəbul etməliyik. Bunun İslam və Quran təlimləri ilə əsla ziddiyyəti yoxdur. Amma nə üçün bəzi insanların bu məqama çatmalarına gəldikdə isə, bu, tamamilə başqa mövzudur ki, öz yerində tədqiq edilməlidir.
Əlaqədar görünüşlər:
“Peyğəmbərlərlə müqayisədə şiə imamlarının məqamı”, 5227 (sayt 6067)
“Lov la Fatimə hədisinin mənası”, sual 8251 (8723)
“Həzrət Zəhra (əleyha salam)-ın şəxsiyyət yönləri”, sual 1256 (sayt 1334)