Ətraflı axtarış
Baxanların
8795
İnternetə qoyma tarixi: 2011/10/11
Sualın xülasəsi
İmam Cəfər bin Məhəmməddən nəql olunan rəvayətə əsasən Peyğəmbər (s) yatmazdan öncə üzünü qızı Fatimənin sinələrinin arasına qoyarmış. Bu hədis nə dərəcədə düzgündür? (Baharul Ənvar, cild 43, səh 78.)
Sual
İmam Cəfər bin Məhəmməddən nəql olunan rəvayətə əsasən Peyğəmbər (s) yatmazdan öncə üzünü qızı Fatimənin sinələrinin arasına qoyarmış. Bu hədis nə dərəcədə düzgündür? (Baharul Ənvar, cild 43, səh 78.)
Qısa cavab

- Rəvayətlər iki qrupa bölünürlər: Bir qrup rəvayətlər sənəd baxımından düzgün, güclü və s olub etibarlıdır. İkinci qrup rəvayətlər zəif, məchul və s olub etibarsız hesab edilirlər.

- Bu sual olunan hədis Munaqib ibn Şəhr Aşubun kitabında qeyd edilmişdir. Bu hədisi Baharul ənvarda da nəql edilmişdir. Bu rəvayətin sənədi olmadığından zagiri olaraq etibarlı rəvayət hesab edilmir.

- Fərz etsək ki, bu hədis doğrudur. Bu halda bir neçə nöqtəyə diqqət etməklə problemi həll etmək mümkündür:

1. Peyğəmbər və əhli- beytin məqamı baxımından və Qurani kərimin onların pak olmasına zəmanətinə əsasən onlar ismətə malikdirlər.

2. Həzrət Fatimə Peyğəmbərin qızları və Əhli- beyt içərisində xass xüsusiyyətə sahib idi. Onun yaradılışının başlanğıcında Peyğəmbər üçün xüsusi şərait yaradılır. Allah təala bu qızı Peyğəmbərə verməklə xeyirxahlıq edir.

3. Ailələr içərisində sevgi, məhəbbət və mehribançılıq təbii haldır. Məsələn: Bir insan öz ana və ya bacısını ziyarət səfərindən qayıtması münasibəti ilə öpməsi. Bu növ məhəbbət şəhvət deyildir. Bu insani və mehribançılıq xarakteri daşıyır.

4. Belə görsənir ki, bu sualın verilməsinin əsas səbəbi Peyğəmbərin (s) Fatimənin (s) sinəsini geyim olmadığda öpməsini xəyal edilməsindən irəli gəlmişdir. Amma bu xəyal batildir. Belə məhrəm işlərin qorunması adi insanlar içərisində adi haldır. Belə hallara rəayyət etməmək ədəb, ictimai və ailə cəhətdən mənfi hal hesab edilir. Nə üçün Pak və ismətli Əhli- beyt barəsində belə xəyala və düşüncəyə sahib olmalıyıq?

Buradan belə nəticəyə gəlmək olar ki, adi insanların ailələri içərisində belə halların eybi olmadığından, Peyğəmbər və onun ailəsi üçün də bu adi haldır və onların məsum olduqlarını nəzərə alsaq onlar barəsində belə günahın təsəvvür edilməsi çox yanlışdır.

Ətreaflı cavab

Ümumi halda rəvayətlər iki qrupa bölünürlər: Birinci qrup rəvayətlər sənəd baxımından qüvvətli olanlardır ki, etibarlı hesab edilirlər. İkinci qrup rəvayətlər sənəd baxımından zəif olanlardır ki, etibarsız hesab olunurlar.

Fəqih və islam mütəxəssisləri rəvayətə əməl etməzdən öncə onu rical elmi baxımından onun sənədi barəsində məlumat almaq üçün o hədisin nəqlində vasitəçiləri araşdırırlar. Təhqiq və araşdırma nədicəsində əgər bu hədis heç bir nöqsana sahib olmazsa etibarlı hesab edilir. Bu hədisə diqqət edib, ona əməl edirlər və şəri hökmün verilməsi üçün ondan dəlil kimi istifadə edirlər. Amma əgər rəvayətin sənədi olmazsa, mürsəl olarsa və yaxud sənədi zəif olarsa bu rəvayət etibarsız hesab edilir və ondan dəlil kimi istifadə edilmir.

Baharul ənvarda nəql olunan və sual doğuran bu hədis Munaqib Al Əbi Talib tərəfindən nəql olunmuş və İbn Şəhr Aşub tərəfindən təlif olunmuşdur.

Bu hədisin mətni Munaqibdə belədir:

İmam Baqir və İmam Sadiq (ə) buyurmuşlar:

«عن الباقر و الصادق (ع): "انه کان النبی (ص) لاینام حتی یقبل عرض وجه فاطمة و یضع وجهه بین ثدیی فاطمة و یدعولها، و فی روایة: حتی یقبل عرض وجنة فاطمة او بین ثدییها»

“Peyğəmbər (s) yatmazdan öncə Fatimənin (sa) üsünün ortasından öpüb, üzünü onun sinələrinin arasına qoyaraq ona dua edirdi.” [1]

Digər rəvayətdə belə nəql edilir: Fatimənin yanağının kənarını və ya ortasını yaxud da sinələrinin ortasını öpürdü.

Munaqib kitabının sahibi mərhum Şəhr Aşub (588 h.q) kitabın girişində belə deyir: Mən bu rəvayətləri camaatdan yaxud da Əhli sünnətdən götürmüşəm. Bundan əlavə onları nəql edən kitablardan ümumi şəkildə sənəd qeyd etmişəm.

Amma sual olunan bu rəvayətin sənədini qeyd etməmişdir. Buna görə bu rəvayət mütləq surətdə etibarsızdır.

Fərz etsək ki, bu rəvayət səhihdir. Bu halda aşağıdakı bir neçə mətləbə diqqət etmək lazımdır.

1. Peyğəmbər və Əhli- beyt (ə) xüsusi məqam və dərəcəyə malikdirlər. Onlar xüsusi mənəvi xüsusiyyətlərə malikdirlər. Bu səbəbdən onları digər şəxslərlə müqaisə etmək olmaz. Nümunə olaraq onu qeyd etmək olar ki, Təthir ayəsi ilə məşhur olan Əhli beytin ismət və paklığı Qurani kərim tərəfindən zəmanət edilmişdir. Bu ayədə belə buyurulur:

«انما یرید الله لیذهب عنکم الرجس اهل البیت و یطهرکم تطهیراً»

“Ey Əhli- beyt! Allah sizdən hər növ çirkinliyi götürüb sizi pak qərar vermək istər!” [2]

Burada işlədilən “İnnəma” sözü ərəb dilində müəyyən xüsusi mövzuya həsr etmək üçün işlədilir. Bu onunla izah edilir ki, bu mərhəmət yalnız Peyğəmbərin (s) ailəsinə məxsusdur. Buna görə Məsumlar Pərvərdigarın yaradılış ( təkvini) iradəsi və pak əməlləri ilə günah edə bildikləri halda, heç vaxt günaha yönəlmirlər.

“Rics” sözü pak olmayan olan bir şey mənasındadır. Bu çirkinlik istənilən halda istər insanın təbiətindən irəli gəlsin istər şəri və əqli istərsə də bütün bunlardan irəli gəlsin bunlara aid edilir.

“Təthir” sözü pak etmək mənasındadır. Həqiqətdə “rics”- in aradan aparılmasına və çirkinliklərdən uzaqlığa təkiddir.

“Əhli- beyt” kəlməsi bütün təfsirçilər və alimlərin nəzərində Peyğəmbərin (s) Əhli- beytinə işarədir. Bir çox Əhli- sünnət və şiə rəvayətlərinə əsasən bu Əhli- beyt beş nəfərdən ibarətdir: Peyğəmbər (s), Əli (ə), Fatimə (sa), Həsən (ə) və Hüseyn (ə). Bunlar “Xəsməye təyyibə” yaxud “Əshabi Kəsa” adı ilə məşhurdurlar.

Təthir ayəsi Peyğəmbərin (s) Əhli- beytinin (ə) ismət və paklığına aşkar dəlildir. Çünki bütün günahlar çirkinlikdən irəli gəlir. [3]

Çox dəyərli “Cameye kəbirə” ziyarətnaməsində də belə oxuyuruq:

«عصمکم الله من الزلل و آمنکم من الفتن و طهرکم من الدنس و اذهب عنکم الرجس و طهرکم تطهیراً»

“Allah sizi xətadan saxlamışdır, fitnə və kənara çıxmalardan amanda qoymuşdur, çirkinliklərdən pak etmiş və çirkinlikləri sizdən uzaq etmiş və kamil surətdə pak etmişdir.”[4]

2. Həzrət Fatimə (sa) Əhli- beyt və Peyğəmbərin (s) qızları içərisində xüsusi yerə sahib olmuş və müstəsna bir qız olmuşdur. O yaradılış baxımından fövqəladə vəziyyətdə olmuşdur.

İbn Şəhr Aşubun bir neçə sənədlə təqdim etdiyi bu hədisə nəzər salaq:

“Əbu Ubeydə və ondan başqaları İmam Sadiqdən (ə) belə nəql edirlər: Allahın Rəsulu Fatiməni çox öpürdü. O həzrətin xanımları bunu xoşagəlməz hesab edib, etiraz edirdilər. Peyğəmbər (s) buyurdu: Məni səmaya qaldırdıqları zaman Cəbrail əlimi tutaraq cənnətə apardı. Mənə yemək üçün xurmalar verdi.- Rəvayətlərdə nəql olunmuşdur: - Mənə alma verdi. Mən də yedim. Bu meyvə məndə möhkəm nütfəyə çevrildi. Yerə döndükdən dərhal sonra Xədicə ilə birlikdə oldum və o Fatiməyə hamilə qaldı. Buna görə Fatimə cənnət hurilərindəndir ki, insanlar içərisinə göndərilmişdir. Cənnətin qoxusunun həsrətində olduğum zaman qızımı iyləyirəm.[5]

Doğrudur Peyğəmbərlə (s) qızı Fatimə (sa) arasında çox dərin və mənalı əlaqə mövcutdur. Onun qızına şiddətli əlaqəsi aşkar və məlumdur.

3. Sağlam insanların həyatlarında təbii olaraq ailə üzvləri arasında səmimi əlaqə müşahidə olunur. Bu hər şeydən əvvəl şəhvətsiz məhəbbətdir. İstər bir- birlərinə baxmaqda olsun istərsə də bir- birlərinin əllərini tutmaqda istərsə də məhrəm olanların bir- birlərini öpməkdə heç bir şəhvət hissi yoxdur. Məsələn: İnsan öz ana, bacı və ya qızını hər hansı səfərdən qayıdarkən onu öpürsə bu onlara məhəbbət və səmimiyyətindən irəli gəlir.

Bəzən Allah təala ata, anaya gözəl və ədəbli bir övlad qısmət edir. Əgər bu ata, ana öz cazibəli övladını çox öpürsə və ona xüsusi əlaqəsi vardırsa, bu bir övladla ata arasında və bir övladla ana arasında olan təbii əlaqənin göstərgəsidir. Heç kəs bu ata, ananı və yaxud evladı bunun üçün qınamır.

4. Bu sual bəzi insanların düşüncələrində bunun Peyğmbərin (s) Fatimənin (sa) üzərində geyimi olmadığda baş verdiyini xəyal etməkdən irəli gəlmişdir. Baxmayaraq ki, bu xəyal və düşüncə batildir. Çünki adi insanlar arasında belə məhrəm işlərin qorunması adi haldır. Buna rəayyət etməmək ədəb və ictimai cəhətdən nöqsanlı hesab edilir. Bəs nə üçün Peyğəmbərin (s) pak və ismətli ailəsi üçün biz bu batil düşüncəni xəyal etməliyik.

Buna əlavə olaraq adi insanlar arasında belə ünsiyyət və əlaqə olduqda biz buna heç eyb tutmuruq. Bəs nə üçün biz pak və ismətli Peyğəmbərin (s) əhli- beyti üçün bu iradı tutmalıyıq!?

Bəli, O kəslər ki, hər növ çirkinlikdən və günahdan pakdırlar, onların həyatında belə işlər məsləhət və hikmət cəhətdən baş verir. Deməli belə məzmunlu hədislərin olmasında heç bir problem yoxdur.



[1] - İbn Şəhr Aşub, Əl Munaqib, cild 3, səh 334. Baharul ənvar, cild 43, səh 42.

[2] - Əhzab surəsi, ayə 33.

[3] - Təfsire nümune, cild 17, səh 292.

[4] - Məfatihul Cinan, səh 903.

[5] - Əl mənaqeb, cild 3, səh 334.

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəsnasın keyfiyyəti və varlığı necədir?
    6148 Hədis elmləri 2015/05/04
    Nəsnas müxtəlif formalarda təsvir olunub. Bəzi rəvayətlərə əsasən həzrəti Adəmin (ə) yaradılışından öncə olublar. Əlbəttə digər rəvayətlərə əsasən insanlardan bir dəstəsi mənəvi saflıqdan uzaq olmağa, heyvani hisslərinin güclü olmasına və bir çox günahları törətdiklərinə görə nəsnasın nümunələrindən hesab ediliblər. ...
  • Qurani- Kərimin hansı surəsində peyğəmbərin gecə namazı qılmasına hökm edilmişdir?
    7943 Təfsir 2011/10/31
    Peyğəmbərə gecə namazının əmr edilməsi Quranın bir neçə yerində bəyan edilmişdir. O cümlədən Allah Quranın Muzəmmil surəsində peyğəmbərə buyurur: “Gecəni qısa bir hissədən savayı ayaqa qalx.[1] Baxmayaraq ki, bu surədə müraciət olunan peyğəmbərdir (s), amma surənin davamından anlaşılır ki, möminlər də peyğəmbərin (s) bu proqramında birlikdə olmuşlar. İndi ...
  • Ata və ananın əmr və qadağalarının bir- birinin qarşısında olduğu zaman, övladın vəzifəsi nədir?
    13996 Əməli əxlaq 2011/04/13
    Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində ...
  • Həqiqi mənəviyyata meyillilik nə deməkdir?
    8892 Əməli əxlaq 2010/10/03
    Çox vaxt mənəviyyat və imana meyilli şəxslərin məsləki duyğulu və həssasdır. Yəni ata- ana, mühitə tabe olma bəzi hadisələri məsələn Allah övliyalarının kəramətlərini görmək və camaat namazı, həcc, əzadarlıq və bayramları müşahidə etməklə onların hissiyyatlarının cuşa gəlməsinin təsiri altına düşməklə, mənəvuyyata meyl edib və dinə və onun əməllərinə əməl etməyə ...
  • Bu ayə hansı mənadadır: “(Allah) dilədiyini zəlalətə salar, dilədiyini isə doğru yola yönəldər.”?
    8403 Qədim kəlam 2011/08/23
       Kəlamelmindəisbatolunubki, insanözişlərindəixtiyarsahibidirvəQurandanöyrəndiklərimizdə
  • Şəhidi Əvvəlin həyatını qısa şəkildə bəyan edin.
    7788 تاريخ بزرگان 2012/03/14
    Şəhidi Əvvəl (birinci şəhid) adı ilə tanınan Məhəmməd ibni Məkki Amili Cəzini (rəhmətullahi əleyh) 734-cü hicri qəməri ilində Livanın Cəbəl-Amil məntəqəsində yerləşən Cəzin adlı yerdə dünyaya gəlmişdir. Atası dövrünün alimlərindən biri idi. Şəhidi Əvvəl dərslərindən bir hissəsini öz vətənində öyrənmiş və əlavə elm öyrənmək üçün sair islam ...
  • " السلام علیک یا حجة الله لا تخفی" "Əssəlamu ələykə ya höccətəllahi la təxfa" cümləsindən məqsəd nədir?
    6758 Qədim kəlam 2012/02/07
    "Əssəlamu ələykə ya höccətəllahi la təxfa",«السلام علیک یا حجة الله لا تخفی» İmam Zamanın (ə.c.) ziyarətlərindən birinin bir fəqərəsidir ki, dua və hədis kitablarında gəlibdir.[1] Onun mənası barədə iki ehtimal vermək olar:
  • Digərlərinə nahaq təkfir (küfrdə təqsirləndirmə) və lənətin təsiri və şərii hökmü nədir?
    5650 Əməli əxlaq 2012/02/15
    Bizim dini təlimlərdə, digərlərinə nahaq təkfir nisbəti və lənətləməkdən çəkindirməkdən əlavə, İslam dini heç kəsə belə bir icazəni verməyibdir. Din rəhbərlərimizdən də rəvayətlərimiz var ki, deyir: Əgər bir şəxs, lənətə layiq olmayan şəxsi lənətləsə, bu lənət, lənət edən insanın özünə qayıdır. ...
  • Heyz quslunun fəlsəfəsi nədir?
    9214 Əhkam və hüquq fəlsəfəsi 2012/04/17
    İslamın bütün hökm və qanunları, camaatın maddi və mənəvi məsləhət və mənfəətlərini qorumaq üçün, və heç bir başqa hədəfin burada rolu yoxdur. Allah bu hökmlərlə, həm mənəvi paklıq həm də cismi paklğın camaat üçün yaranmasını istəyir. Əslində quslun, o cümlədən heyz quslunun hikməti, zahiri və ...
  • Kilsədə namaz qılıb, Allaha ibadət etmək olarmı?
    10319 Nizamlar hüquq və əhkam 2012/05/19
    Kilsəyə daxil olmağın eybi yoxdur. Əks halda əgər bir müsəlman şəxsin oraya daxil olması kilsəyə meylin artmasına səbəb olarsa yaxud müsəlman oraya getməklə onun etiqadı sarsılarsa və yoldan kənara çıxmaqa səbəb olarsa, ağıl və şəriət hökm verir ki, müsəlman məscidə meylin azalmasına səbəb olacaq hərəkətlər etməsin. Həmçinin ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164005 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    160168 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    118966 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112220 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    106940 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    92856 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54353 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    50583 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45245 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44727 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...