Please Wait
6374
Dəstəmazın şərtləri vardır ki, onlardan hər hansı birinə riayət eləməmək dəstəmazı batil edir.
Dəstəmazın şərtlərindən biri də odur ki, üz və əlləri yumaq, başa və ayaqlara məsh çəkmək dəstəmaz alanın özü tərəfindən yerinə yetirilməlidir. Başqası onun üçün dəstəmaz alsa və ya əllərini və üzünü yumaq üçün, başına və ayaqlarına məsh çəkmək üçün kömək etsə dəstəmazı batildir.[1]
Fəqihlərin bu barədə nəzərləri müxtəlifdir:
1. Bəziləri deyir ki, dəstəmaz işləri dəstəmaz alan şəxs tərəfindən yerinə yetirilməlidir. Başqa bir şəxs ona kömək eləsə, belə ki, ürfi cəhətdən dəstəmaz işləri dəstəmaz alana nisbət verilməsə dəstəmaz batildir.[2]
2. Bəzilərinin fikirlərinə əsasən, dəstəmazın müqəddimələrinə kömək eləmək məkruhdur. Buna görə də əllərinə kimsə su töksə, insan o su ilə dəstəmaz alsa dəstəmaz batil deyil.[3]
3.Bəziləri dəstəmaz alanın niyyətini mötəbər hesab edirlər: Bu məsələyə belə cavab vermişlər:
Sual: Kimsə aftafa və ya bunun kimi şeylərlə başqasının əlinə dəstəmaz alması üçün su töksə bu dəsətmaz düzgündür?
Cavab: Su tökənin dəstəmaz alana dəstəmaz alması üçün su tökmək niyyəti olmasa dəstamazın eybi yoxdur.[4]
Bəyan olunan fətvaların məcmuəsindən belə nəticəyə gəlmək olar ki, dəstamazda caiz olmayan şey odur ki, dəstəmaz əməlləri kömək üçün suyu tökənə nisbət verilsin. Ancaq müqəddimələrdə kömək olunsa, əllərinə su töksə, amma dəstəmazı alan özü suyu üzünə vursa bunun eybi yoxdur.
Bu sualın müfəssəl cavabı yoxdur.
[1] - İmam Xomeyni seiyyid Ruhullah Musəvi, Tuzihil- məsail, cild 1, səh.174, dəftər intişarat islami, Qum, 1424 q
[2] - Xuyi, Seyyid Əbülqasim, Minhacul- salihin, cild 1, səh.38, Nəşr mədinətul ülum, Qum, 1410 q.
[3] - Tozihul- məsail, cild 1, səh. 174, Təbrizi cavad, İstiftaat cədid, cild 1, səh. 45, bi ta, Qum.
[4] - Fazil Lənkərani, Məhəmməd, Cameyi- məsail, cild 1, səh.52, İntişarat Əmiri qələm, bi ta, Qum.
Bu sualın müfəssəl cavabı yoxdur.