Ətraflı axtarış
Baxanların
7149
İnternetə qoyma tarixi: 2007/12/26
Sualın xülasəsi
Bədr və Təbuk müharibələrində Peyğəmbər (səlləllahu əleyhi və alih) övlanı və ya məsləhəti tərk etmişdimi?
Sual
Quran Bədr və Təbuk müharibələri ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-i məzəmmət edərək “nə üçün belə bir qərara gəldin, nə üçün bu işi gördün?” deyə buyururmu? Bunlar Peyğəmbərin isməti ilə ziddirmi?
Qısa cavab

Müsəlman alimlərindən bir qrupu inanır ki, hər hansı bir mühüm hadisə barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə vəhy gəlməsəydi, o həzrət öz ictihadı (nəzəri) üzündən qərar qəbul edirdi. Əlbəttə, o həzrətin qərarlarının övləviyyətin (daha üstün olan şeyin) və ya məsləhətin əksinə olması mümkün idi. Bədr və Təbuk müharibələri ilə əlaqədar ayələrdə zikr olunanlardan biri budur ki, Allah-taala Öz Peyğəmbərini “nə üçün övləviyyətin və ya məsləhətin əksinə əməl etdin?!” deyə danlayır.

Digər bir qrup alim də inanır ki, peyğəmbərlərin isməti tərki-övla ilə zidd deyildir, lakin eyni zamanda bu ayələr barəsində qəti dəlil və şahidlərə istinad edərək deyirlər: “Ənfal” surəsinin 67-ci ayəsi: “Heç bir peyğəmbərə layiq deyildir ki, onun üçün əsirlər olsun...” İslam Peyğəmbəri üçün danlaq və məzəmmət deyil; əksinə xitab Bədr müharibəsində iştirak edənlərə yönəldir.

Həmçinin, “Tövbə” surəsinin 43-cü ayəsində Allah səni bağışlasın! Nə üçün Təbuk müharibəsindən qaçanlara icazə verdin...” Peyğəmbəri-əkrəmə nisbət verilən “zənb” – günah kəlməsi nə ürfi günahdır, nə də lüğət mənasına olan günah. Bu ayədəki məzəmmət də ciddi deyil, həqiqətdə Peyğəmbər barəsində dua, təşəkkür və əzizləmək məqsədi güdür.

Deməli, bu hadisələrdə Peyğəmbərdən nə tərki-övla baş vermişdir, nə də o həzrət məsləhəti tərk etmişdir.

Ətreaflı cavab

“Peyğəmbərlərin isməti hətta tərki-övla etməmələrini də tələb edirmi, yoxsa belə bir şeyi tələb etmir?” sualı ilə əlaqədar islam alimləri tərəfindən çoxlu bəhslər irəli çəkilmişdir. Onlar peyğəmbərlərin isməti bölməsində demişlər: Bürhanın dəlalət etdiyi son məsələ budur ki, onlar (peyğəmbərlər) tərki-övlanı etməməkdə yox, sadəcə üsyankarlıq, xəta və unutqanlıq məsələləri qarşısında ismətli – toxunulmazdırlar. Allah da bəzən Öz peyğəmbərlərini “nə üçün biri nisbətən yaxşı, digəri isə daha yaxşı olan iki iş arasından daha yaxşı olanı seçməmişdir?!” deyə müəyyən cəzalara düçar edirdi.[1]

Bəzi alimlər də demişlər: Əgər hər hansı bir mühüm mövzu və hadisə barəsində vəhy nazil olmasaydı, Peyğəmbər elə qərar qəbul edirdi ki, ona başqa şəkildə də əməl edilməsi mümkün idi. Belə olan halda dərhal vəhy nazil olur və onun rəyini əksinə dəyişdirirdi. Məsələn, Bədr əsirləri[2] ilə əlaqədar, yaxud Təbuk müharibəsində[3] münafiqlərdən bir qrupuna icazə verməsi ilə əlaqədar Peyğəmbərə xəbərdarlıq verilir ki, övla (daha üstün olan) hökmə qayıtsın.[4]

Amma şiə alimlərinin əksəriyyəti tərki-övlanı peyğəmbərlərin isməti ilə zidd hesab etmir, eyni zamanda bu iki ayənin mənasının Peyğəmbər tərəfindən tərki-övla olduğunu da qəbul etmirlər. Məsələn, Bədr müharibəsi barəsində deyirlər ki, bu ayədə xitab Peyğəmbərə deyil və məzəmmət ona tərəf istiqamətlənməmişdir.

Mərhum Əllamə Təbatəbai “Əl-mizan” təfsirində yazır: “Ayənin mənası budur ki, Allah-taalanın Öz peyğəmbərləri arasında qoyduğu ilahi sünnətlərdə Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in bir kəsi əsir tutmağının və bu yolla müəyyən qədər mal-dövlət əldə etməyinin misli görünməmişdir. Bu işə yalnız o zaman icazə verilirdi ki, onun dininin hüdudları genişlənmiş olsun.

Bütün müfəssirlər yekdil fikirlə demişlər ki, bu ayələr Bədr hadisəsindən sonra nazil olaraq həmin müharibədə iştirak edənləri məzəmmət etmiş və sonra qəniməti onlara mübah (halal) bilmişdir.[5] Amma bəzi alimlər inanırlar ki, bu ayələr “nə üçün fidyə aldınız?!”, yaxud “nə üçün qənimətlər Allah tərəfindən mübah edilməzdən qabaq halal etdiniz?!” deyə məzəmmətlə əlaqədardır. Belə olan halda Peyğəmbər də məzəmmət olunur. Çünki o həzrət Allah tərəfindən izn olmadan fidyə barəsində öz köməkçiləri ilə məşvərət etmişdi. Lakin bu söz əsla düzgün deyildir: müsəlmanlar bu ayələr nazil olandan sonra fidyə almışdılar; bu ayələrdən qabaq almamışdılar ki, məzəmmətə layiq görülərlər. Peyğəmbəri-əkrəm də elə yüksək məqamlıdır ki, onun barəsində Allahın izni və vəhy olmadan hər hansı bir şeyi halal etməsi ehtimalı verilə bilməz. Allah-taala da Öz Peyğəmbərini əzəmətli (böyük) bir əzabla təhdid etməsi qeyri-mümkündür. Çünki təqsir olmadan əzab göndərməsi Allaha layiq deyildir, halbuki Allahın Özü Peyğəmbəri günahlardan saxlayır. Məlumdur ki, “böyük əzab” yalnız böyük günaha nazil olar.[6]

“Təfsiri-nümunə” kitabında bu barədə deyilir: Yuxarıdakı ayələrin zahiri mənası müharibədən sonra fidyə almaq barəsində deyil, müharibə əsirləri tutmaq barəsindədir. Buna əsasən, ayənin təfsirinin düşünülməsində bəzi müfəssirlər üçün yaranan iradların çoxu öz-özünə həll olunub aradan gedir.

Həmçinin, danlaq və məzəmmət də kamil qələbədən öncə maddi hədəflər üçün əsir tutmağa başlayan qruplara yönəlir, onun Peyğəmbərlə və yalnız cihad hədəflərini izləyən möminlərlə heç bir əlaqəsi yoxdur. Deməli, “Peyğəmbər burada günaha düçar olubmu və bu onun ismət məqamı ilə necə uyğun gələ bilər?” kimi bəhslərin hamısı yersizdir.

Habelə, bu ayənin təfsirində əhli-sünnətin bəzi kitablarında qeyd olunan “ayə Bədr müharibəsindən sonra və Allah tərəfindən izn verilməmişdən qabaq Peyğəmbərin və müsəlmanların müharibə əsirləri müqabilində fidyə almaları ilə əlaqədardır” və s. kimi sözlər tamamilə əsasız hədislərdir.

Amma Peyğəmbərin Təbuk müharibəsində münafiqlərdən bəzilərinə icazə verməsi barəsindəki irada gəldikdə isə, Fəxr Razi və başqa bir qrup demişlər ki, burada əfv etmək tərki-övla müqabilindədir və tərki-övla da mürəşərri ürfündə günah sayılmır, məzəmmətə layiq görülmür.

Başqa bir qrup da demişdir ki, bu ayədə “əfv etmək” daha üstün və daha səlahiyyətli bir iş müqabilindədir və onun tərk olunması lüğətdə günah sayılmasa da, “zənb”in “məsiyyət”lə fərqi vardır. Hər bir halda o həzrətin izn verməsi öz ictihadı üzündən idi və əvvəllər bu barədə ona vəhy gəlmədiyindən bu kimi hallarda səhvə yol verilməsi peyğəmbərlər barəsində caiz və mümkündür. Caiz olmayan şey isə vəhyə müxalif olan şeyin baş verməsi və Allaha itaətsizlikdir ki, bütün peyğəmbərlər ondan məsumdurlar. Peyğəmbərin yalan danışması, ona vəhy olunan şeylərdə səhv etməsi və ya əməldə onunla müxalifət etməsi qeyri-mümkündür

Mərhum Əllamə Təbatəbai bu nəzəriyyələri nəql və tənqid etməklə eyni zamanda buyurur: Bu ayə müharibədən imtina edənlərin nifaq və yalanının zahir olmasını iddia etmək məqamındadır. Onlar müxtəsər bir imtahanla ifşa edilərək rüsvay olunurdular. Bu məqama münasib olan məsələ budur ki, xitab və məzəmmət dinləyiciyə yönəlsin və onu məzəmmət etsin. Məsələn, dinləyici səbəb olur ki, onların abır-heysiyyətləri qorunsun və onların rüsvayçılıqlarının üstünə pərdə salsın. Bunun özü də kəlamın ədəb qaydalarındandır və ondan məqsəd yalnız və yalnız mətləbin açıq-aydın olmasını bəyan etməkdir, bundan əlavə heç bir şeyi çatdırmır. Eynilə “sənə deyirəm, ey divar, eşit!” məşhur atalar sözü kimidir ki, onun əsl mənası nəzərdə tutulmur.

Bu cümlədə də məqsəd o deyildir ki, təqsiri Peyğəmbərin boynuna atsın, sonra “Allah sənin təqsirindən keçsin!” desin.  O cənab Allah əmrinin dirçəldilməsində heç vaxt sui-tədbirə yol verməz və bu yolla günaha batmazdı. Əksinə, məqsəd yalnız və yalnız münafiqlərin yalanını aşkar etmək idi.

“Nə üçün onlara icazə vermişsən?” sözünün mənası budur ki, əgər onlara icazə verməsəydin, daha yaxşı olar və daha tez rüsvay olardılar. Onlar batinlərinin xəbis və niyyətlərinin xarab olduğuna görə buna layiqdirlər, nəinki “icazə verməmək dinin məsləhətinə daha yaxın və ümumiyyətlə, daha artıq məsləhətə malik idi” deyə buyurmuş olsun.[7]

Buna görə də Peyğəmbərin izni nə lüğətdə, nə də ürfdə günah deyildir. Habelə, bu ayədəki məzəmmət ciddi deyildir və həqiqətdə “Allah səni bağışlasın” cümləsi xəbər cümləsi deyil, duadır.[8]

Bu mövzu ilə əlaqədar daha artıq mütaliə və tədqiqat üçün bax:

1. “Üsuli-fiqh elmində mülahizələr”, üsul elminin xaric dərslərinin silsiləsi, birinci kitab, beşinci dəftər, səh. 31-33, ustad Hadəvi Tehrani

2. Görünüş: “Quran nəzərindən peyğəmbərlərin isməti”, sual 8596 (sayt: az8565)

3. Görünüş: “Quranda peyğəmbərlərin ismətli olub-olmamasını göstərən ayələr”, sual 10851 (sayt az10688)

 


[1] Hadəvi Tehrani, Məhdi, “Üsuli-fiqh elmində mülahizələr”, üsul elminin xaric dərsləri silsiləsi, birinci kitab, beşinci dəftər, “sünnətin verilmə mənbələri”, səh. 21-22

[2] Quran Bədr əsirləri barəsində buyurur: “Heç bir peyğəmbərə layiq deyildir ki, dini bütün yer üzündə qərarlaşana qədər əsirləri olsun...” “Ənfal” surəsi, ayə: 67

[3] Bu müharibədə münafiqlərdən bir qrupu Peyğəmbərin yanına gələrək müxtəlif bəhanələr gətirməklə, hətta and içməklə icazə almaq istəyirlər ki, həzrət onları müharibə meydanına aparmaqdan üzrlü hesab etsin, Peyğəmbər də bu qrupa icazə vermişdi.

عَفَا اللهُ عَنْکَ لِمَ اَذِنْتَ لَهُمْ

“Allah səni bağışlasın, nə üçün onlara icazə verdin?!” Nəzərə alaq ki, bu ayədəki sual inkar və ya məzəmmət üçündür. Ayənin əsl mənası belə olur: “Yaxşı olardı ki, müharibədən qaçmaq istəyən və döyüşdən boyun qaçıran bu şəxslərə heç bir vəchlə icazə verməzdin!” “Tövbə” surəsi, ayə: 43

[4] Əbdül-Ğəni, “Quran və müasir elm”, səh. 64

[5] Yəni Allah-taala bu ayələrdə Bədr müharibəsində iştirak edən müsəlmanları ona görə məzəmmət edir ki, onlar kafirlərdən əsir tutmuşdular və sonra Peyğəmbərdən istəyirdilər ki, onların qətlinə fərman verməsin, əvəzində qan bahası alsın, sonra onları azad etsin, nəticədə kafirlər əleyhinə müharibədə döyüş qüvvələri artsın və mövcud nöqsanlı halları islah etsinlər. Allah bu hadisədə müsəlmanları şiddətlə məzəmmət etsə də, onların təklifləri qəbul edildi: qan bahasına şamil olan qənimətlərdən istifadə edilməsinə icazə verdi.

[6] Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan” (farsca tərcüməsi), 9-cu cild, səh. 177-180

[7] Bu mənanın dəlili sözügedən ayədən sonrakı dördüncü ayədir:

لَوْ خَرَجُواْ فِيكُم مَّا زَادُوكُمْ إِلاَّ خَبَالاً ولأَوْضَعُواْ خِلاَلَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ

Çünki bu ayədən başa düşülür ki, o həzrətin icazə verməsində öz-özlüyündə məsləhət yox idi, əksinə izn verməməyin məsləhəti daha çox idi; çünki əgər izn verməsəydi və münafiqləri özü ilə aparsaydı, sair müsəlmanların da fikrini qarışdırar, onların ittifaq və birlikləri təfriqəyə, ixtilafa düçar olardı. Deməli, ən məsləhətli yol bu idi ki, müharibəyə getməmələrinə icazə verməsin. “Əl-mizan”ın tərcüməsi, 9-cu cild, səh. 383

[8] Bu barədə əlavə məlumat almaq üçün bax: Təbatəbai, Seyid Məhəmməd Hüseyn, “Əl-mizan” (farsca tərcüməsi), 9-cu cild, səh. 381-388

 

Başqa dillərdə Q tərcümələr
Baxışlarınız
şərh sayı 0
Dəyəri daxil edin
misal : Yourname@YourDomane.ext
Dəyəri daxil edin
Dəyəri daxil edin

Mövzui təbəqələşdirmə

Təsadüfi suallar

  • Nəyə görə əql dinlə ziddir?
    7458 Təzə kəlam 2011/10/24
    Əqlinsanlarıkamalatərəfaparanvəonlararəhbərlikedənbatinibirdəlildir. Şəriətisəinsanıdünyanın
  • Bir ana üçün uşağına süd verməsinin müddəti nə qədər olmalıdır?
    6101 Nizamlar hüquq və əhkam 2012/03/11
    Bu sual barəsində bəzi fiqhi baxışlara işarə etmək istəyirik: Əksər (məşhur) fəqihlər ananın uşağına sd vermə müddətini iyirmi bir aya qədər olduğunu qeyd edirlər.[1] Lakin iki ilə qədər süd verməni bəzi fəqihlər caiz və müstəhəb hesab edirlər. Bu cəhətdən məşhur fəqihlər arasında ...
  • Ислам нәзәринҹә инсан неҹә мөвҹуддур?
    6833 Təzə kəlam 2009/06/21
    Гуран нөгтеји-нәзәриндән инсан елә бир варлыгдырки, бир тәрәфдән илаһи фитрәтә, диҝәр тәрәфдән исә мадди тәбиәтә маликдир. Илаһи фитрәт ону јүксәк дәрәҹәли мәнәвијјат вә мәрифәтә тәрәф чәкир. Мадди тәбиәти исә инсаны ...
  • Lobsterin, dərya sədəflərinin və su ulduzunun yeyilməsi haramdırmı?
    7870 Nizamlar hüquq və əhkam 2011/09/12
    Lobsteri,[1] dərya sədəflərini və su ulduzunu yemək haramdır. Dini mənbələrdə heyvanların ətinin halal və ya haram olması barəsində külli qayda-qanunlar və müxtəlif meyarlar mövcuddur. Məsələn, quruda yaşayan heyvanlar üçün bir sıra qayada-qanunlar və meyarlar, dəryada yaşayan heyvanlar üçün başqa meyarlar, quşlar üçün daha başqa meyarlar ...
  • Hər il rövzə deyənlər və mərsiyə deyənlər aşura qiyamına yeni bir şey artırırlar. Bu günah deyilmi? Bunun iradı yoxdurmu?
    10782 تاريخ بزرگان 2011/05/05
    Kərbəla səhnəsinin iki üzü vardır: 1). Nurani, aydın və iftixarlı səhnə. 2). Qaranlıq, cinayət, vəhşilik və tarixdə görünməyən hadisələr səhnəsi. Bu səbəbdən Kərbəla səhnəsi inkar olunmazdır. Amma mərsiyəxanların hər il öz mərsiyələrinə artırdıqları sözlərə iki baxışla yanaşaq: Birinci baxışda olan mərsiyə deyənlərə "zəban hal" deyərlər. Yəni ...
  • Niyə İmam Hüseyn (ə) müaviyə zamanında qiyam etmədi?
    7668 Məsumların (Əleyhimussəlam) sirəsi 2010/06/15
    İmam Hüseyn (ə) ın müaviyə zamanında qiyam etməməsinin səbəbinin cavabında aşağıdakı məsələlərə işarə etmək olar: 1-     İmam (ə)ın imamı və qardaşının əhd- peymanına ehtiramı. İmam Həsən(ə) öz həyatı zamanında müaviyəilə əhd bağlamışdı. ...
  • Əgər camaat namazı qılınan zaman fürada (fərdi şəkildə) namaz qılsam, camaat namazına qarşı hörmətsizlik olub-olmamasını necə təyin edə bilərəm? Hörmətsizlik sayıldığı təqdirdə fürada namaz batildirmi?
    6277 Nizamlar hüquq və əhkam 2012/04/09
    Hörmətli mərcəyi-təqlidlərin cavabları aşağıdakı kimidir: Ayətullah əl-uzma Xameneinin (müddə zilluhul-ali) dəftərxanası: Cavab 1: Bunu ayırd etmək mükəlləfin (namaz qılanın) öz öhdəsinədir. Cavab 2: Sadəcə o (hörmətsizlik) namazın səhihliyinə zərər yetirmir. Ayətullah əl-uzma Sistaninin (müddə zilluhul-ali) dəftərxanası: Bu ...
  • Sınmış qəlbdən olan qarğışa Allah əhəmiyyət verirmi? Yoxsa yalnız müsbət duaları qəbul edir?
    35586 Əməli əxlaq 2012/04/18
    Qarğış bizim dini təlimlərdə, tanınmış bir məsələdir. Belə ki, ayə və rəvayətlərdə gəlibdir: "Əbu Ləhəbin əlləri kəsilsin (qurusun)"; Məzlumun qarğışından qorxun ki, məzlumun qarğışı (ahı) göyə gedir... və ... Amma, duanın qəbul olması üçün şərtlərə ehtiyaclı olduğu və hər bir duanın hər şəxs üçün qəbul olmadığı kimi, ...
  • Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?
    7129 Təfsir 2011/09/04
    Allah-Taala Qurani-kərimdə dörd dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Beləki, bir ayədə deyilir: "Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun ...
  • Şiə alimlərinin nəzərindən sehr nədir? Onu necə batil etmək (zərərsizləşdirmək) olar?
    23431 Təfsir 2012/06/23
    Sehr xariqüladə (adi qanunlardan yüksəkdə olan) bir əməldir ki, bəzən göz bağlama yolu ilə olur, bəzən ruha və xəyal qüvvəsinə təsir və təlqin etməklə, bəzən isə şeytanlardan kömək almaqla; habelə bəzi cisimlərin və maddələrin naməlum olan fiziki və kimyəvi xassələrindən istifadə etməklə baş verir. Sehrkarlar azğın dünyapərəst ...

Ən çox baxılanlar

  • Oğlan və qızın arasında dügzün cinsi əlaqə necə olmalıdır?
    164159 Nizamlar hüquq və əhkam 2011/05/31
    Qısa cavab: İslam dininin nəzərinə əsasən qadın və kişi bir- birlərini təkmilləşdirən varlıqdırlar. Allah- Taala bunları elə yaratmışdır ki, bu iki məxluq bir- birlərinin aramlıqlarını bərpa edirlər. həmçinin bununla yanaşı bir- birlərinin bütün cinsi istəklərini təmin etsinlər. İslam dini bu ehtiyacların halal yolla ödənməsi üçün ailə qurmağı (müvəqqəti ...
  • Hacət və diləklərimizə çatmaq üçün ən tez qəbul olunan dua hansıdır?
    161039 Əməli əxlaq 2011/06/28
    Baxmayaraq ki, bir çox dualar İmamlardan hacətlərin qəbul olması üçün rəvayət olunmuşdur ki, onların mətnini burada gətirmək mümkün deyildir. Bunun üçün də onlardan bir neçəsi ki, daha çox əhəmiyyət daşıyır adlarına işarə edirik. Təvəssül duası. Fərəc duası. ...
  • Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
    119137 Nizamlar hüquq və əhkam 2011/01/02
    On iki İmama (ə) inanan insanlar Peyğəmbər (s) və İmamların (ə) sünnəsinə əməl etsinlər deyə, namazı əliaçıq qılırlar. Onların bu şəkildə namaz qılmasına əsas verən çoxlu sayda rəvayətlər vardır. Həmin rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) namaz qılarkən əlləri açıq və yan tərəflərə bitişik şəkildə olduğu göstərilir. ...
  • Aya kişinin ixtiyarı vardır ki, istədiyi halda qadının hər hansı bir yerindən istifadə etsin, əgər güc vasitəsiylə olsa belə?
    112514 Nizamlar hüquq və əhkam 2011/04/14
    Səlamun ələykum. Aşağıdakı cavablar müctəhidlərin dəftərxanalarından verimişdir: Həzrət Ayətullah Xamineinin dəftərxanası: Cavab 1 və 2. Qadının tamam olaraq kişini razı salması, o demək deyildir ki, kişi əxlaqa uyğun olmayan, çox məkruh və yaxud bir iş görə ki, qadının əziyyət olmasına səbəb olsun. Qadının tamam şəkildə ərini razı salması o deməkdir ...
  • Həyat yoldaşının öz razılığı ilə onunla arxadan əlaqədə olmağın hökmü nədir?
    107978 Nizamlar hüquq və əhkam 2015/06/29
    Möhtərəm mərcə təqlid alimləri buyurublar: “həyat yoldaşı ilə arxadan əlaqədə olmağın çox şiddətli kərahəti var”[1] Kərahət də bu mənadədər ki, bu əməl Allah dərgahında bəyənilməz bir əməldir. Amma, bu iş görülməsə daha yaxşıdır. Lakin, bu əməli edənə heç bir günah yazılmır. Diqqət etmək lazımdır ...
  • Qadın kişinin cinsi əlaqə istəyini rədd edə bilmərmi?
    93108 Nizamlar hüquq və əhkam 2012/09/01
    Əziz islam Peyğəmbərinin (s) və Əhli- beytin (ə) hədis və rəvayətlərində qadın və kişinin yaxınlığı barəsində mətləblər budur ki, onlar bir- birlərinin haqqlarına riayət etməlidirlər.[1] Bu hüquqlar yaxınlıq etmənin iki tərəfini göstərir. Bir rəvayətdə kişiyə belə deyilir: “Müstəhəbdir ki, kişi yaxınlığı rahatlıq, fasilə və ...
  • Qızdırma xəstəliynə görə oxunan dua var?
    54489 Hədis elmləri 2014/05/20
    Dua mənbələrində Nur duası adı ilə belə bir dua nəql olunur və bu dua qızdırma xəstəliyinin sağamasında çox təsirlidir. Duanın mətni budur: (tər.) “Nur verən Allahın adı ilə; nur verən Allahın adı ilə ki, nur verir; Nurda olan Nur Allahın adı ilə, hər şeyin təqdir və ölçüsünü ...
  • Salam "Əmmən yucibul- muztər" امّن یجیب المضطرّ duası harada gəlibdir?
    51525 Əməli əxlaq 2012/09/10
    "Əmmən yucibul- muztərrə iza dəahu və yəkşifus- su" « أَمَّنْ يُجيبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ يَكْشِفُ السُّوء » cümləsi Quranda Nəml surəsinin 62- ci ayəsində gəlibdir. Buyurur: "Əli hər yerdən üzülüb darda qalan birisi ona dua etdiyi zaman onun duasını qəbul buyuran".
  • Müvəqqəti evlənməinin sözləri nədir?
    45432 Nizamlar hüquq və əhkam 2014/05/22
    Müvəqqəti əqdin (mütənin) oxunmasından ötrü bir neçə şərt lazımdır: 1.Müvəqqəti əqdin oxunması; bu mənada ki, müvəqqəti evlənmədə təkcə qadınla kişinin bu əmələ razı olmaları kifayət etməz. Əqdin oxunması xüsusi kəlmələrlə bu əməlin inşa olunmasının niyyəti ilə oxunmalıdır. 2.Ehtiyat vacib budur ki, ərəb dilində düzgün qaydada oxunmalıdır. Əgər ...
  • Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?
    44977 Təfsir 2011/11/03
    Göz dəymə insanın nəfsində olan qəsirdən irəli gəlir və bunun üçün də ağıl dərk edən bir dəlil yoxdur. Bəlkə çox hadisələr vardır ki, göz dəyməylə baş vermişdir. Mərhum Şeyx Abbas Qumi göz dəymənin uzaq olması üçün qələm surəsinin 51- ci ayəsini sifariş etmişdir. Bu ayənin nazil olmasını nəzərə ...