Please Wait
5883
“İnzibat” kəlməsi “yaxşı əncam vermək”, “möhkəmlətmək”, “dəqiqlik” və “hifz etmək” mənasına olan “zəbt” kökündəndir.[1]
Şəri cəhətdən işə ona şəriət hökmlərindən hər biri: vacib, müstəhəb, mübah, məkruh və haram aid edilə bilər. İş inzibatı da – ona iltizamlı olmağın mənşəyini nəzərə almaqla – fərqli hökmlərə malik ola bilər.[2]
“Təarüf” (adət) kəlməsi də yaxşı işləmək, yaxşılıq, adət-ənənə mənasına olan “ürf” kökündəndir.[3] İctimai adət və təarüflər bir cəmiyyətdəki adət-ənənələr, təvəqqelər və tələb olunan şeylər mənasınadır.
Bir ictimai təvəqqenin və təarüfün mənşəyi bəzi hallarda bütün insanların müştərək fitrəti, habelə təhrif olunmuş və ya təhrif olunmamış xüsusi bir din, bəzən də xüsusi bir mədəniyyət və ya xurafat da ola bilər.
Buna görə də şəriət cəhətindən ictimai adətlər beşlik təşkil edən hökmlərdən hər birinə: vacib, müstəhəb, mübah, məkruh və haram ünvanına malik ola bilər.
Deməli, nə demək olar ki, hər bir halda sırf inzibatçı olmaq lazımdır, nə də demək olar ki, sırf şəkildə və hər bir halda ictimai adətlərə iltizamlı olmaq lazımdır. Əgər bir iş vacib, lakin ictimai adət müstəhəb olsa, burada işdə inzibata iltizamlı olmalıyıq. Əgər iş müstəhəb, lakin ictimai adət vacib olsa, burada ikincini qabağa salmaq lazımdır.
Buna əsasən, hər bir məsələdə hökmlərin vaciblik tərtibinə riayət etmək lazımdır. Misal üçün, müstəhəb bir işi əncam vermək üçün vacib işdən əl çəkmək olmaz, yaxud məkruh işli tərk etmək üçün haram işə mürtəkib olmaq rəva deyildir.
Bundan əlavə, iki vacib və ya müstəhəb və s. arasında da tərtibə riayət etmək lazımdır. Əgər bir vacibin əhəmiyyəti digər vacibdən artıq olarsa və bu ikisindən birini yerinə yetirmək qərara alınsa, əhəmiyyəti daha artıq olanı əncam verməliyik.
Bir sözlə, işdəki inzibatla ictimai adətlər arasında təzad yaranan zaman hər birinin şəri hökmünü bilmək, bundan sonra o ikisinin əhəmiyyətini dəyərləndirmək və əhəmiyyəti çox olanı qabağa salmaq lazımdır. Əgər aralarında təzad olmazsa və hər ikisini yerinə yetirmək mümkündürsə, hər ikisinə əməl etmək olar.
[1] Yeni “Ərəb-fars” lüğəti, “zəbt” kəlməsi
[2] Çünki bəzən dövlət, şirkət və ya xüsusi bir şəxs ilə bağlanan müqavilə işdə inzibatı tələb edir, bəzən isə belə deyildir və sadəcə insani bir vəzifədir.
[3] Yenə orada, “ürf” kəlməsi