Please Wait
13880
Quranda tövhid və şirki qadağan edəndən sonra əmr olunan ilahi vaciblərin ən böyüyü, valideynlərə hötmət və onları əzizləməkdir. Onların hər birinin bir- birinə zid əmr və qadağaları olan və övladın onların hər ikisinin istəkləri yerinə yetirə bilmədiyi yerlərin hökmü barəsində, deməliyik ki,bu barədə bizim iki cür rəvayətlərimiz var. rəvayətlərin bəzisində anaya hörmət və yaxşılıq mühüm sayılıbdır. Amma digərlərində isə atanın övladın boynunda ən böyük haqqa malik olması bildirilir. Bizim fikrimizcə rəvayətləri aşağıdakı formada cəmləmək olar: Ata üçün vilayətin isbat olduğu yerlərdə, məsələn bakirə qızın evlənməsi və ... vilayət sahibinin sözü qabağa salınır. Belə olmayan yerlərdə isə ananın əmri əvvəldə durur.
Quranı- kərimdə Allah- Taala insanlara şirki qadağan edəndən sonra, ata- anaya yaxşılıq etməyi tövsiyə edibdir. Mərhum Əllamə Təba- təbayi deyir: Tövhiddən sonra ilahinin ən böyük vaciblərindən biri valideynə yaxşılıqdır.[1] Bu hörmət və yaxşılıqda mömin və kafir valideyn arasında heç bir fərq yoxdur. Çünki, Quran mütləq formada (heç bir xüsusiyyətsiz) buyurur: Ata- anaya yaxşılıq edin."[2]
Amma sizin sualınızın cavabında deməliyik:
A). Bəzən ata- ana birlikdə övladı günah və şəriətə zidd bir işi görməyə əmr edirlər. bu halda onlara itaət etmək vacib deyil.
Quran bu barədə buyurur: "Biz insana ata- anasına yaxşılıq etməyi tapşırdıq. Əgər onlar (müşrik olsalar) və bilmədiyin bir şeyi mənə şərik qoşmağı səndən istəsələr, onlara tabe olma."[3]
İmam Əli (ə) buyurur: "Allahın günahlarında məxluqa itaət etmək (kim olursa olsun) qəbul edilməzdir."[4]
Ya "Atanın haqqı budur ki, övlad Allahın günahlarından başqa bütün şeylərdə ona itaət etməlidir."[5]
İmam Rza (ə) bu barədə buyurur: "Ata- anaya yaxşılıq etmək vacibdir, müşrik olsalar belə. Amma əgər Allahın günahına əmr etsələr, onlara itaət olunmamalıdır."[6]
Amma bunlardan başqa yerlərdə, yəni müstəhəb, məkruh və mübahlarda onlarda itaət etmək lazımdır. Çünki, fəqihlər buyurublar:
- Əgər ata- və ana övladlarını müstəhəbbi oruc tutmaqdan çəkindirsələr, ehtiyat vacib budur ki, oruc tutmasın. Həmçinin əgər övladın müstəhəb orucu ata- ananın əziyyətinə səbəb olsa, tərk olunmalı və əgər oruc tutsa, iftar etməlidir.[7]
- Əgər ata ya ana öz övladlarına namazı camaatla qılmağı əmr etsələr, ata- ananın itaəti vacib olduğuna görə, ehtiyatı vacibə əsasən, namazı camaatla qılmalı və müstəhəb niyyəti etməlidir.[8]
- namazı vaxtın əvəlində qılmaq müstəhəbdir. Amma əgər ata övladı müstəhəb ya mübah bir işi görməyə əmr etsə, onlara itaət etmək namazı vaxtın əvvəlində qılmaqdan önə keçir.[9]
B). Bəzən valideynlərin biri övladı şəriətə uyğun işə digəri isə Allahın günahı olan bir işə əmr edir. Bu halda yəqinən şəriətə uyğun olan şəxsin dediyinə əməl edilməlidir.
C) Bəzən ata və ana insandan mübah bir işi istəyirlər. Amma onların biri o işi etməyi, o biri isə etməməyi istəyirlər.
Bu barədə deməliyik: Əgər islam şəriətində, bakirə qızın evlənməsi və.... kimidə atanın vilayətinin olması ibadət olubsa, bu yerlərdə vilayət sahibinin sözünün qəbul olunması məlumdur.[10] Amma ata və ananın heç biri üçün vilayətin olması sübut olunmayıb, digər bir tərəfdən dini kitablarda Peyğəmbər (s)- dən nəql olub ki, bir kişi Peyğəmbərin yanına gəldi və kimə yaxşılıq etməsini soruşdu. Həzrət buyurdu: Anana yaxşılıq et. İkinci dəfə soruşdu. Həzrət cavab verdi: Anana. Üçüncü dəfə soruşdu. Həzrət yenə buyurdu: Anana. Dördüncü dəfə soruşanda, buyurdu: Atana.[11]
Digər bir tərəfdən bəzi rəvayətlərdə gəlibdir: Peyğəmbər (s-) dən sual olundu: Kimin insanın boynunda böyük haqqı var? Buyurdu: Atanın haqqı onun boynundadır.[12] Yaxud digər bir rəvayətdə Peyğəmbər (s) buyurur: Sən və sənin malik olduğun mallar, atanındır.[13]
Bu rəvayətlərin nəticəsi və belə hadisləri necə cəm etmək olar barədə, deyirik: Ata və anaya[14] günahlara əmr və vaciblərdən çəkindirməkdən qeyri yerlərdə itaət etməyin vacibliyini, bəzi yerlərdə bütün alimlər qəbul edirlər. dini kitablardan anlamaq olar ki, belə yerlərdə övlad ananın tərəfinə daha çox riayət etməlidir.[15]
Bizim sübutlarımız bunlardır:
1. dediyimiz kimi, Peyğəmbər (s) üç dəfə anaya yaxşılıq etməyə əmr edib və dördüncü dəfə ataya yaxşılıq etməyə əmr edibdir.
2. Baxmayaraq ki, keçən rəvayət atanın haqqını ən böyük haqq bilir, amma digər rəvayətlərdən istifadə olunur ki, ananın haqqı daha böyükdür.
Məsələn Peyğəmbər (s)- dən sual olundu ki, atanın haqqı nədir?
Buyurdu: Nə qədər diridir ona itaət etməlisən. Sual olundu: Ananın haqqı nədir? Buyurdu: "Heyhat, heyhat, əgər səhraların qumu qədər və yağışın damcıları qədər anana xidmət etsən də, onun qarnında olduğun bir günə bərabər olmayacaq."[16]
3. Ananın ruhiyyəsi daha çox həssasdır. Belə bir ruhiyyə daha çox məhhəbət istəyir. Belə bir yerlərdə ananın sözünü qabağa salmaq, xilqətin istəyinə uyğundur.
Hər halda, yaddan çıxarmaq olmaz ki, belə yerlərdə övlad, mümkün qədən ananın əmrinə itaət üçün elə yollardan istifadə etməlidir ki, atanın əziyyətinə də səbəb olmasın.
[1] - Təba- təbayi, Məhəmməd Hüseyn, (tərcümə) Əl- mizan, cild 13, İsra surəsinin 14- 24- cü ayələri.
[2] - Ənam, 151, həmçinin İmam Baqir (ə)- dan olan bir rəvayətdə deyilir: Valideynlərə yaxşılıq edin, günahkar da olsalar, yaxşı iş görən də." Biharul- ənvar, cild 71, səh 56, vəfa çapı, Beyrut.
3] - Ənkəbut, 8, Loqman, 15, Onun ardınca deyir: Amma o iki nəfərlə, (ata- ana) dünyada layiqincə rəftar et.
[4] - "لا طاعة لمخلوق فی معصیة الخالق" Nəhcül- bəlağə, hikmətli sözlər, 165.
[5] - "اِنَّ لِلْوالِدِ عَلَی الْوَلَدِ حَقّاً … فَحَقُّ الْوالِدِ اَنْ یُطیعَهُ فی کُلِّ شَیْءٍ اِلّا فی مَعْصِیَةِ اللهِ" Nəhcül- bəlağə, hikmətli sözlər, 399.
[6] - Məclisi, Biharul- ənvar, cild 71, səh 72.
[7] - İzahlı hökmlər (İmam Xumeyni) cild 1, səh 966, 1741- ci məsələ.
[8] - İzahlı hökmlər (İmam Xumeyni) cild 1, səh 769, 1406- cı məsələ.
[9] - Mərhum şəhid Qəvaiddə buyurub: Digərlərinə nisbət vacib ya haram olan şeyin ata və anaya nisbət vacib olmasında heç bir şəkk yoxdur. Ata və ananın bəzi xüsusiyyətləri də var ki, aşağıdakılardır:
Bir. Ata və ananın razılığı və icazəsi olmadan edilən müstəhəb ya mübah səfər, haramdır.
İki. Hər bir halda ata və anaya itaət etmək vacibdir, hətta şübhəli yerdə. Çünki şübhəlini tərk etmək müstəhəb, ata və anaya itaət etmək isə vacibdir.
Üç. Əgər ata və ana onu səsləsə təxirə salsın və onların cavabını versin.
Dörd: Əgər camaat namazında iştirak etməsinə qadağa qoysalar, zehnə uyğun budur ki, qəbul etmək lazım deyil. Amma valideynə çətinlik yaratsa olmaz. Məsələn gecənin qaranlığında işa və sübh vaxtı getsə.
Beş. Cihadın təyini deyil, kifayi vacib olduğu yerdə onun cihada getməsini qadağan edə bilərlər.
Altı. Əgər müstəhəbbi namaz qılırsa və ata- anası onu çağırsalar, namazın kəsməli və cavab verməlidir.
Yeddi. Ata icazə verməsə övlad müstəhəbbi oruc tuta bilməz. bunların hamısı qüvvə və gücü həddindədir. Baxın: Əl- qəvaid vəl- fəvaid, cild 2, səh 47- 49.
[10] - Baxın: Vəsaigüş- şiə, İslamiyyə çapı, cild 14, səh 11- 120.
[11] - Məclisi, Biharul- ənvar, cild 71, valideynlərin hüququ babı, Kafi, cild 2, səh 159.
[12] - Şeyx Hürr Amuli, vəsailüş- şiə, İslamiyyə çapı, cild 14, səh 112, h 253000
«مَنْ أَعْظَمُ النَّاسِ حَقّاً عَلَى الرَّجُلِ قَالَ وَالِدُه»
[13] - Səduq, Məaniul- əxbar, cild 1, səh 257, Camiye müdərrisin çapı.
[14] - Əlbəttə diqqət etmək lazımdır ki, fəqihlər ata və anaya itaət etməyin vacibliyi yaxud onlara əziyyət etməyin haramlığı barəsində bəhslər ediblər. Onların bəzisi itaətin vacib olmaması, amma əziyyət etmələrinin haram olması nəzəriyyəsini veriblər. Onlar buyurublar: Valideynlərin əziyyətinə səbəb olan və övlada vacib olmayan işi etməməlidirlər, ya da ata- anadan gizlətsin yaxud onları razı salsın, amma onlara itaət etmək, valideynə itaət etmək kimi vacib deyil. (əksinə onlara əziyyət etmək haramdır). Təbrizi, Cavadi yeni suallar, məsələ 2230. Birinci çap, surur nəşriyyatı, Fazil Məhəmməd, Cameul- məsail, cild 1, məsələ 2188, İmam Xumeyni, Mərcələrin izahlı hökmləri, cild 2, Müxtəlif məsələlər, məsələ 85, çap birinci, İslami nəşriyyatı, səh 675.
[15] - Baxın: Mərhum Mirzayi Qumi, Cameuş- şitat fi əcvibətüs- sualatda, cild 1, səh 241, Buyurur: Əgər ata və ananın razılığın ələ almaqla iki yol ayrıcında qalsa və ikisinin də razılığın almaq mümkün olmasa, ananın razılığını atanın razılığından qabağa salmaq ağıla uyğundur.
[16] - Mustədrəkul- vəsail, cild 15, səh 204, rəvayət, 19- 18014
«قِیلَ یَا رَسُولَ اللَّهِ مَا حَقُّ الْوَالِدِ قَالَ أَنْ تُطِیعَهُ مَا عَاشَ فَقِیلَ مَا حَقُّ الْوَالِدَةِ فَقَالَ هَیْهَاتَ هَیْهَاتَ لَوْ أَنَّهُ عَدَدَ رَمْلِ عَالِجٍ وَ قَطْرِ الْمَطَرِ أَیَّامَ الدُّنْیَا قَامَ بَیْنَ یَدَیْهَا مَا عَدَلَ ذَلِکَ یَوْمَ حَمَلَتْهُ فِی بَطْنِهَا»