Please Wait
8644
İslamda sehr əməli, öyrənməsi, öyrətməsi və onu yerinə yetirməyə görə pul almaq qadağan və haramdır. Amma əgər onu başqasının sehrini batil rtmək üçün öyrənsə haram deyil. Deməli sehrbazların işinə baxmaq və onların etdiklərinə filmdə tamaşa etmək və sehr və cadigərlik barəsində kitab və jurnal oxumaq, əgər öyrənmək üçün olmasa, iradı yoxdur. Amma digər bir cəhətdən iradı olmamalıdır. Məsələn: sehrin yayılmamasına və ... səbəb olmasın.
İslam nəzərindən sehrlə pul qazanmaq, onu öyrətmək, öyrənmək və yerinə yetirmək qadağan, haram[1] və böyük günahlardandır. Bəzi rəvayətlərdə sehri öyrənmək və öyrətməyi küfrə səbəb biliblər.
Sehr çox vaxt, camaatı düz yoldan çıxarmağa, həqiqətləri təhrif etməyə və sadə düşüncəli insanların əqidələrini zəiflətməyə səbəb olur. Əlbəttə bu hökmün, Allahın digər hökümləri kimi, istisna yerləri var. o cümlədən, sehri batil etmək üçün ya sehrdən zərər çəkən insanlardan onun təsirlərini aparmaq və ya yalandan Peyğəmbərlik iddiasında olanların iddiasını batil etmək üçün sehri öyrənmək.
Kitab və jurnalları oxumaq və sehrbazların işlərinə baxmaq ya televizor və kino kulublarda sehrbazların işinə tamaşa etmək, əgər öyrənmək üçün olmasa və yalnız əylənmək üçün olarsa, iradı yoxdur.[2] Amma digər məsələlər ona şamil olmamalıdır. Məsələn film ya kitab elə formadadır ki, insanda mənfi təsirlər qoysun və onun yolunu azmasına səbəb olsun. Yaxud insanı düz yoldan çıxaran kitab və filmi (münhərif edən kitabları saxlamaq) saxlamaq hökmü ona şamil olsun və ya sehrin yayılmasına səbəb olsun ki, bu cəhətlərdən iradı var və haramdır.