Please Wait
6855
Cin bir varlıqdır ki, Quran onun yaradılışı barədə buyurur: "Və cinni ondan qabaq (Adəmin yaradılışından) isti və yandırıcı oddan yaratdıq".
Buna əsasən cin həqiqi varlıqlardandır ki, hidayətləri üçün Peyğəmbərlər göndərilibdir. İnsan kimi Allahın ibadətinə əmr olunubdur. Allahın göstərişləri qarşısında itaət ya boyun qaçırmaq nəticəsində, kafir və müsəlman dəstələrinə bölünürlər. İblisdə ki, yaradılış dastanında Adəmə səcdə etmədi cin tayfasından idi. Allahın icazəsiylə zərər yetirmək!:
Allahın izniylə zərər yetirmək bu mənayadır ki: Bu dünyada bütün qüdrətlər Allahın qüdrətiytindən qaynaqlanır. Hətta odun yandırmağı və qılıncın kəsməyi də onun icazəsi və fərmanı olmadan olmur. Necə ki, sehrbaz yaradılış aləmində Allahın iradəsinin ziddinə olaraq dəxalət edə, belə deyil ki, Allahı hökumət dairəsində məhdudlaşdırıbdır. Bəlkə bunlar bir sıra xüsusiyyatlar və əsərlərdir ki, o müxtəlif mövcudatlarda qoyubdur, bəziləri ondan yaxşı istifadə edir bəzisi pis istifadə.
"Div" həqiqət yoxsa xəyal!?
Fars lüğətində div xəyali bir varlığa deyilir ki, özünə məxsus zahiri xüsusiyyatlarla şeytanın nəslindən olsun. Amma haçan ondan məqsəd "xüsusi ism" (ad) olsa, məqsəd iblisdir.[1] O ki, sizin sualda "div" adıyla adlandırılıb Quran lüğətində ona "cin" deyilir. Əslində cin kəlməsinin mənası nəzərdən və gözdən pünhan olan hər şeyə deyilir.[2]
Cin bir varlıqdır ki, Quran onların yaradılışıbarədə buyurur: "Və cinni ondan qabaq (Adəmin yaradılışından) isti və yandırıcı oddan yaratdıq".[3] Buna əsasən cin həqiqi varlıqlardandır ki, hidayətləri üçün Peyğəmbərlər göndərilibdir,[4] insanlar kimi Allahın ibadətinə əmr olunublar.[5] Allahın göstərişləri qarşısında itaət ya boyun qaçırmaq nəticəsində, kafir və müsəlman dəstələrinə bölünüblər.[6] İblisdə ki, yaradılış dastanında Adəmə səcdə etmədi cin tayfasından idi.[7]
Bəli bəzi avam dilində heç bir həqiqəti olmayan xəyal varlıqların adlandırmaq üçün "div" kəlməsindən istifadə edirlər. Amma o ki, bu ayədə və oxşar ayələrdə habelə Məsum İmamların (ə) rəvayətlərində cin barəsində gəlibdir, hamısı həqiqi bir varlıqdan danışır.
Bəqərə surəsinin 102- ci ayəsinə əsasən yəhudilər sehr və cadudan tabeçilik edib və onu iki mənbədən ələ gətirirlər:
- Həzrəti Süleymanın dövründə olan şeytanlar ki, camaata pis işlər görmək üçün, sehr örgədirdilər.
- Yerə gəlmiş iki mələyin təlimlərindən ki, camaata sehri batil etməyi örgədirdilər.[8]
Bu ayədə Allah iki mələkdən[9] (nə cinlər ya siz demişkən "divlər" yox) "harut" və "marut" adıyla ad aparır ki, xalqa bir sıra məsləhətlərə görə sehr örgədirdilər. Amma onlar o iki mələkdən bir sıra mətləblər örgənirdilər ki, onların vəsiləsiylə ər arvad arasında ayrılıq salsınlar
Bəs
Birinci: Sizin sualınızın əksinə, camaat divlərdən (cinlər) belə bir şey örgənmirdilər. Bəlkə iki mələk xalqı təlimatlandırmağa tapşırıq almışdırlar.
İkinci: Quran buyurmur ki, bu iki mələk qadınla kişi arasında ayrılıq və ixtilaf salmağı camaata örgədmirdilər, bəlkə buyurur: Camaat onlardan qadınla kişi arasında ayrılıq salmağın yolunu örhənirdilər![10]
Bildiyiniz kimi bu iki mətləbin arasında çox fərq var, bəzən bir müəllim öz şagirdlərinə bir sıra mətləblər örgədir ki, onlardan istifadə etməklə inkişaf etsin ya elmi problemlərin həll etsin. Amma şagird o məlumatlardan su istifadə edərək əks yolda addımlayır. Bəzən bir sıra elə mətləblər örgədir ki, yaxşı və pis işlərdə istifadə oluna bilər amma şagird ondan pis yolda istifadə edir. Müxtəlif bombaların hazırlanma elmləri ki, insanların ölüm vəsiləsidir əvvəl bu cür olub. Bəşər elmin inkişafından su istifafə edərək bu texnologiyaya əl tapa bildi.bu ayənin şəni nuzulundan istifadə edərək bu məsələni aşkar şəkildə başa düşmək olur. Bu iki ayənin şəni nuzulu gəlibdir ki: Bu iki mələk sehrbazların sehrini batil etmək üçün, camaata sehrin və onu batil etməyin yolunuörgədirlər və xalqdan əhd peyman alırdılar ki, biz sizin imtahan vəsilənizik bəs kafir olmayan (bu elmdən onun yolunda istifadə edin).[11] Şəni nuzul və harut marut dastanı haqqında artıq məlumat üçün sual 4960 (sayt 5247) müraciyə edin.
İradın cavabı "Allahın icazəsiylə ziyan yetirmək" əgər qeyd olunan ayəyə yaxşı diqqət olsa: Görərik ki, ayə gizli suala cavabdır. Bundan sonra ki, buyurur: Camaat o iki mələkdən ər arvad arasında ayrılıq salmağın yollarını örgənirdilər.
Zehndə yarana bilər ki, sehr və caduyla yaradılışa və dünya qanunlarına əl aparmaq olar və Allahın təkvini istəyi və onun iradəsi olmadan məsələləri istənilən şəkildə dəyişmək olar. Allah bu iradın cavabında buyurur: "Əgər sehrlə zərər yetirmək istəsələr yenə də Allahın iradəsi altından xaric olmayıblar...[12]
Daha çox şərh:
Ayənin bu hissəsi tohidin əsas əsrllərindən birinə işarədir ki, bu dünyada olan bütün qüdrətlər Allahın qüdrətindən qaynaqlanır. Hətta odun yandırmağı və qılıncın kəsməyi olunun fərmanı və icazəsi olmadan olmur. Necə ki, sehrbaz yaradılış aləmində Allahın iradəsinin ziddinə olaraq dəxalət edə, belə deyil ki, Allahı hökumət dairəsində məhdudlaşdırıbdır. Bəlkə bunlar bir sıra xüsusiyyətlər və əsərlərdir ki, o müxtəlif mövcudlarda qoyubdur, bəziləri ondan yaxşı istifadə edir bəzisi pis istifadə. Allahın insana verdiyi bu ixtiyar və azadlıqda onların imtahanı və təkamülü üçündür.[13]
İndi ki, bütün şeyi xasiyyəti Allahın əlindədir bu mənada deyil ki, Allah sehr etməyə və xalqa zərər yetirməyə razıdır. Bəlkə ancaq bu mənayadır ki, sehr və onun istifadəsi Allahın varlıq aləmində yaratdığı başqa qanunlardan istifadə kimidir. Necə ki, pıçaqda olan kəsicilik xasiyyəti və onun lətif cismlərdə əsəri varlığın qanunlarındandır və camaat bu qanundan çox istifadə edirlər. Əgər bir şəraitdə bir məzlum insan pıçaqla öldürülə, bu mənaya deyil ki, Allahın ümumi icazəsiylə ki, həmin pıçaq kimi kəsici şeyin haqqında varlıq qanunlarının icrasıdır, bu məzlum şəxs öldürülübdür. Amma heç vaxt bu mənaya deyil ki, Allah zalimə məzlumu öldürmək üçün "xüsusi" icazə veribdir. Bəlkə Allah müxtəlif ayələrdə zülm etməkdən, məzlum insanı öldürməkdən və xalqın hüquqların tapdalamaqdan çıkindiribdir. Bu cür adamlara dəhşətli əzab vədəsi veribdir.[14]
Əlaqədar göstəricilər:
- Sual 4960 (sayt: 5248) (harut və marut).
- Sual 2992 (sayt: 3237) (şər işlərin Allaha nisbətin keyfiyyəti).
[1] - Muin, Muhəmməd, Fərhəng, Muin, səh 457, Behzad nəşri, Tehran 1386.
[2] - Raqib İsfəhani, Əlfərdat fi qəbibul- Quran, cild 1, səh 203.
[3] - Hicr surəsi, ayə 27.
[4] - Ənam surəsi, ayə 130: (Qiyamət günündə Allah tərəfindən xitab olar ki) Ey cin və ins dəstələri sizin üçün özünüzdən elçilər gəlmədilər ki, mənim ayələrimi sizin üçün deyələr və sizi bu günkü görüşünüzdən qorxdular? Deyərlər: Biz öz dilimizlə şahidlik veririk (bəli elçilər gəldilər və qorxutdular) və dünya həyatı onları aldatdı və (bu cəhətdən) öz dilləriylə şahidlik verənlər ki, kafir olublar".
[5] - Əz- zariyat surəsi, ayə 56.
[6] - Əhqaf surəsi, ayə 29 bu ayədə cinlərdən bir dəstənin müsəlman olmasına işarə edir. Müxtəlif ayələrdə kafir cin dəstəsindən, ad aparılıb N. K. Fussilət surəsi, ayə 29, Əraf surəsi, ayə 38, Kafi, cild 1, səh 395.
[7] - Kəhf surəsi, ayə 50: "Və (yada sal) o vaxtı ki, mələklərə dedik: Adəmə səcdə edin nəticədə iblisdən başqa ki, cin (tayfasından) idi, hamı səcdə etdi (yoxsa mələk günah etmir) bəs Allahının fərmanından boyun qaçırdı".
[8] - Sehr örgənməyin caiz olan yerləri: Sehri batil etmək və sehrbazlarla mübarizə etmək üçün N. K. Cəfəri Yəqub, Kövsər təfsiri, cild 1, səh 308, Bica, bina.
[9] - N. K. Vəsailüş- şiə, cild 17, səh 147 sehri və onun pulunu haram buyuran fəsl.
«عن الرضا(ع):وَ أَمَّا هَارُوتُ وَ مَارُوتُ فَكَانَا مَلَكَيْنِ عَلَّمَا النَّاسَ السِّحْرَ لِيَحْتَرِزُوا بِهِ سِحْرَ السَّحَرَةِ وَ يُبْطِلُوا بِهِ كَيْدَهُم»
[10] - Ayənin mənasına diqqət edin: "Və (yəhudilər) Süleyman dövründə şeytanların camaata örgətdiklərindən itaət etdilər. Süleyman heç vaxt (sehrə əl bulaşdırmadı) və kafir olmadı amma şeytanlar, küfr etdilər və xalqa sehr örgətdilər. Və (habelə yəhudilər) babilin iki "harut" və "marut" və mələyinə nazil olanlardan tabeçilik etdilər. (O iki mələk, sehr etməyin yolun, sehri batil etmək yolu ilə tanış olmaq üçün camaata örgətdilər). Heç kəsə bir şey örgətmişdir. Məgər qabaqcadan ona deyirdilər: "Biz imtahan vəsiləsiyik kafir olma! (Və bu təlimlərdən su istifadə etmə!)" Amma onlar o iki mələkdən elə mətləblər örgənirdilər ki, o iki mələkdən elə mtləblər örgənirdilər ki, onun vasitəsiylə ər arvad arasında ayrılıq ayrılıq sala bilsinlər amma heç vaxt Allahın icazəsi olmadan bir insana zərər yetirə bilməzlər. Onlar o hissələri örgənirdilər ki, onlara ziyan yetirirdi və bir xeyir vermirdi. Mütləq bilirdilər hər kəs bu cür malı olan olsa axirətdə heç bir bəhrəsi olmayacaq və nə çirkin və bəyənilməsi idi o ki, özünü ona satdılar, əgər biləydilər".
[11] - Bəqərə surəsi, ayə 102.
[12] - Təfsiri Əl- mizandan istifadə etməklə, cild 1, səh 355.
[13] - Məkarim Şirazi, T
Fsir- nümunə, cild 1, səh 377.
[14] - Allah buyurur: "Və o kəsin ki, Allah qanını haram sayıb, öldürməyin, məgər həqiqətə xatir! Və o kəs ki, məzlum öldürülüb sahibi (vəli) üçün sültə (qisas haqqı) qoyuruq amma öldürməkdə israf etməyin, çünki o himayət olunubdur". İsra surəsi, ayə 33.