Please Wait
7417
Həzrət Zəhranın (s) şəhadəti günü barəsində tariz kitablarında bir neçə nəzəriyyə vardır. Bəzi tarixçilər bu müddəti qırx gün və bəziləri isə altı ay və bəzi dəstələr isə səkkiz ay Peyğəmbərin (s) vəfatından sonra qeyd etmişdirlər. O cümlədən məsum İmamlardan (ə) əlimizə yetişən rəvayətlərdə iki tarix qeyd olunmuşdur ki, şiə alimlərində bir çoxu Peyğəmbərlərin vəfatından 95 gün sonrakı etibarlı bilirlər.
Həzrət Zəhranın (s) atasının vəfatından neçə gün həyatda olması barəsində, tarix və hədis kitablarında bir neçə nəzəriyyə vardır. Bəziləri bu müddəti qırx gün və bəziləri isə altı ay və bir dəstə isə bunun səkkiz ay olduğunu bildirirlər.[1]
Mərhum Əbulfərəc İsfəhani, məqatilul talibin kitabında deyir: Həzrət Fatimeyi Zəhranın (s) Peyğəmbərin vəfatından sonrakı həyatı ixtilaflıdır. O cür ki, bu barədə qeyd olunmuşdur ki, ən az müddət 40 gün və ən çox müddət isə səkkiz aydır. Amma bizim nəzərimizdə məsum İmamlardan bizə çatan rəvayətlər etibarlı və qəbul olunmuşdur. İmam Baqir (ə) buyurur: Həqiqətən Siddiqeyi Kubranın (s) vəfatı, Peyğəmbərin (s) vəfatından üç ay sonradır.[2]
O cümlədən Mərhum Təbəri Şiyi Darətul- imamət kitabında öz sənədinin silsiləsi əsasında həzrət İmam Sadiqdən (ə) bir sıra rəvayətlər nəql edir ki, o həzrət buyurur: Həzrət Siddiqeyi Tahirə (s) Cəmadiyul- axər ayı ikinci gün aydan üç gün keçmiş və hicrətin on birinci ilində dünyadan göçmüşdür.[3]
Bu iki rəvayət şiə alimlərinin bir çoxunun o cümlədən Seyyid Tavusun İqbal kitabında nəzəriyyəsinin əsasıdır.
Amma başqa bir dəstə mötəbər rəvayətlər bu müddətin 75 gün olduğunu bildirir o cümlədən bu rəvayətləri mərhum Kuleyni imam Sadiq (ə)- dan etmişdir ki, o həzrət buyurur: "Həqiqətən Fatimənin (s) atasından sonrakı həyatı 75 gün olmuşdur".[4]
Bəzi şiə alimlərinin o cümlədən mərhum Kuleyninin nəzəri, bu cür (ikinci dəstə) rəvayətlərə əsaslanmışdırlar. Əlbəttə mümkündür bu ixtilaflı nəzəriyyələrin dəlili o zaman ərəb yazılışında nöqtə və hərəkətlərin olmamasından qaynaqlanır. Bu cür oxşarlıq " خمسه و سبعون" və " خمسه تسعون" bu mənanı təyid edir.
Alimlərin bir çox dəstəsi Cəmadiyus- sani (Peyğəmbərin vəfatından 95 gün sonra olduğunu) daha etibarlı olduğunu bilirlər.
Əlavə məlumat üçün bax göstərici:
Həzrət Fatimeyi Zəhranın (s) şəhadəti sünni mənbələrində, sual 5256 (sayt 5512).
[1] - Məclisi, Məhəmməd Baqir, Biharul- ənvar, cild 43, səh 189, hədis 19- Kəşful ğimmət.
«وَ نَقَلْتُ مِنْ كِتَابِ الذُّرِّيَّةِ الطَّاهِرَةِ لِلدُّولَابِيِّ فِي وَفَاتِهَا ع مَا نَقَلَهُ مِنْ رِجَالِهِ قَالَ لَبِثَتْ فَاطِمَةُ بَعْدَ النَّبِيِّ ص ثَلَاثَةَ أَشْهُرٍ وَ قَالَ ابْنُ شِهَابٍ سِتَّةَ أَشْهُرٍ وَ قَالَ الزُّهْرِيُّ سِتَّةَ أَشْهُرٍ وَ مِثْلُهُ عَنْ عَائِشَةَ وَ مِثْلُهُ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ وَ عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ ع خَمْساً وَ تِسْعِينَ لَيْلَةً فِي سَنَةِ إِحْدَى عَشْرَةَ وَ قَالَ ابْنُ قُتَيْبَةَ فِي مَعَارِفِهِ مِائَةَ يَوْمٍ وَ قِيلَ مَاتَتْ فِي سَنَةِ إِحْدَى عَشْرَةَ لَيْلَةَ الثَّلَاثَاءِ لِثَلَاثِ لَيَالٍ مِنْ شَهْرِ رَمَضَانَ وَ هِيَ بِنْتُ تِسْعٍ وَ عِشْرِينَ سَنَةً أَوْ نَحْوِهَا»
[2] - Əbul Fərəc Əli ibni Hüseyn Əl- İsfəhani (m 356), Məqatitul- talibin səh 59 və 60.Təhqiq Seyyid Əhməd Səqər, Beyrut, Darul- mərifət.
[3] - Təbərsi, Fəzl ibni Həsən, Əminul- İslam, Əlamul- vəra, səh 152,
«الفصل الثالث في ذكر وقت وفاتها و موضع قبرها سلام الله عليها، انتشارات دارالکتب الاسلامیه، تهران؛ خزاز قمی،علی بن محمد»
Əl- fəzlus- sale fi zikri vəqti və fatihi və mozee qəbriha Səlamullah ələyha. Darul- kitab əl- İslamiyyə intişaratı, Tehran; Xəzzaz Qumi Əli ibni Məhəmməd, Kifayətul əsər, səh 63. Bidar nəşriyatı, Qum, 1401 hicri qəməri.
[4] - Əl- Kafi, cild 1, səh 458. Bab mövludi Zəhrayi Fatimə (s), hədis 1.
«مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ ابْنِ مَحْبُوبٍ عَنِ ابْنِ رِئَابٍ عَنْ أَبِي عُبَيْدَةَ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ إِنَّ فَاطِمَةَ ع مَكَثَتْ بَعْدَ رَسُولِ اللَّهِ ص خَمْسَةً وَ سَبْعِينَ يَوْماً»