Please Wait
6533
Bəzi tərcüməçilərin etdiyi tərcümələrdə sizin işarə etdiyiniz kimi diqqətsizlik baş vermişdir. Ona görə ki, ərəb mətninə diqqət eləsək “ صَلَاحُ ذَاتِ الْبَیْنِ أَفْضَلُ مِنْ عَامَّةِ الصَّلَاةِ وَ الصِّیَام ” [1] görərik ki, Allahın Rəsulunun (ə) kəlamı bu cürdür ki, iki nəfər arasında sülh yaratmaq bir çox namaz və orucdan üstündür. Burada məqsəd bir ilin namaz və orucu və ya bütün namaz və oruclar deyil. Ona görə ki, “ عامه ” kəlməsi bir çox yerlərdə bir çox mənasında işlənmişdir. Məs: “ عَامَّةُ رِدَائِهِ مَطْرُوحٌ بِالْأَرْض ” [2] Onun libasının çoxu yeri örtmüşdür. “ وَ قَدْ ذَهَبَ عَامَّةُ النَّهَار ” [3] Günlərdən bir çoxu ötüb keçmişdir.
Ona görə də Allah Rəsulunun (s) bu sözünün mənası belədir: “Müsəlmanlar arasında baş verən atəş və o vəhşəti onlar arasında aradan qaldırmağın mükafatı bir çox müstəhəb namaz və orucların savabından çoxdur.” Şərhçilərdən bəziləri demişdir: İki nəfər arasındakı atəş elə bir işdir ki, başqaları onu aradan qaldırmaqla savabından bəhrələnə bilər. Amma müstəhəb namaz və orucun savabı şəxsidir, onun nəticəsi başqalarına təsir etmir. Buna görə də bu iki əməli müqayisə elədikdə görmək olar ki, camaat arasında sülh yaratmağın savabı namaz və orucun savabından çoxdur. [4]
Demək lazımdır ki, bu məsələ ixtilafın növündən, müxtəlif şəxslərdən, yerinə yetirdikləri namazların keyfiyyətindən asılıdır. Məs: Bəzi ixtilaflar cüzi olsa da qısa vaxt ərzində atəşə çevrilir. Bəzi ixtilaflar da qantökülməyə, yaşayışın alt- üst edilməsinə və s... səbəb olur. Ehtimal olunur ki, rəvayət bu cür ixtilaflara aiddir, bütün və ya cüzi ixtilaflara yox.
Daha çox məlumat toplamaq istəyirsinizsə: İslam və sülhün üstünlüyü, sual 14695 ( sayt: 14500) indeksinə müraciət edə bilərsiniz.
Bu sualın müfəssəl cavabı yoxdur.
[1] - Nəhcül- bəlağə, səh.421, intişarati darul hücrə, bita, Qum.
[2] - Kuleyni Məhəmməd bin Yəqub, Kafi, cild 1, səh. 361, Darul kitabi islamiyye, Tehran, 1360 ş.
[3] - Şeyx Hürr Amili, vəsailüş-şiə, cild 10, səh. 11, muəssiseyi ali- beyt, Qum, 1409 q.
[4] - Bax: Beyhəqi, Qotbud din Məhəmməd bin Hüseyn, Hədaeqil hədaiq, cild 2, səh. 507, Bünyad Nəhcül- bəlağə intişarat Ətarəd, Qum, 1375 ş.